“Şeyx Sənan” haqqında
Страница 3 из 4 · 50%
Nə isə iş-işdən keçmiş. Keşiş yavaş-yavaş Sənanı tanımaya başlayır. Nə istəyirsiniz, o itaətdən boyun qaçırmaz, deyə adi bir qarışqa, bir böcək qədəri əhəmiyyəti qalmayan Sənana belə baxmaq istəmədən ötürür. Sənan özü də deyir. Hər nə əmr etsəniz qəbul edərəm. Doğrudan da deyirlər donuz otar, baş üstə. Yaxşı ki, Şeyxin səfilliyini hər kəs bilir. Bunun da səbəbini soruşmayırlar. Yox, yəqin ki, Şeyx kənd təsərrüfatını yüksəltmək istədiyini bəhanə gətirəcəkdi. Siz görürsünüz ki, hər nə tələb etsələr, Sənan qəbul edir. Hərəsinə də bir bəhanə gətirir. Qumar oyna desəydilər, baş üstə. Ya Şeyx haram deyilmidir? Səsini kəs, budala köpək. Köpəyə nə söz. Onun eybi yoxdur. Fəqət eybi yoxdur, ona görə deyil ki, doğrudan da, eybi yoxdur. Onu görə ki, Sənanın şəxsi səadəti üçün bu lazımdır. Platonun 3-4 nəfər düşməni var, onları da aradan qaldırır. Baş üstə. Ya Şeyx, adam öldürmək olmaz. Səsini kəs, budala, 3-4 nəfərə nə söz və i.a. Ab şur əst, xeyr nədarəd. Onu da deməliyəm ki, burada ayrı-ayrı sözlərimdən sallanıb deyə bilərlər ki, Sənan üçün ingilis, fransız, yəhudi, türk, ərəb yoxdur. O, Xumarı sevməklə din təəssübünə zərbə vurdu. Pək gözəl. Beynəlmiləlçilik yaxşı şeydir. Fəqət burada Sənanın bu hərəkətlərindən məqsəd beynəlmiləlçilikmidir? Cəmiyyətə, insanlığa bir nicat, bir səadət verməkmidir? Burada mühüm məsələ hərəkətin, vasitənin yaxşı-yamanlığı deyil, zərərli-xeyirli olması deyil. Sənanın şəxsiyyətini təyin etmək üçün əsil məsələ onu o hərəkətlərə sövq edən səbəblərdir. Əsil məqsəd nədir, onu qiymətləndirməlidir. Dünyada o qədər müharibələr olmuşdur. Bu müharibələrdə o qədər qanlar tökülmüşdür ki, Fransa inqilabında tökülən qanlar onun çərəki də olmaz. Hər ikisində qan tökülmüşdür. Fəqət Azərbaycanda bütün qan tökülən müharibələrə nifrət edilirkən Fransa inqilabı bayram saxlanılır. Nə üçün? Çünki məqsədlər başqadır. Bir italyan zabiti canından qorxub müharibədən qaçmışdır. Biz onun üçün bir heykəl tikməliyiz ki, nə var, gedib qan tökməmişdir... Doğrudur, onun qaçması nəticəsində qan tökülməmişdir. Yaxşı iş olmuşdur. Ancaq onun məqsədi qan tökülməmək deyil, müharibəyə insan qanının tökülməsinə qarşı üsyan deyil, bəlkə öz canının qorxusudur. Ona görə də bizim üçün heç bir əhəmiyyəti yoxdur. Şimdi ola bilər ki, şərab içmək yaxşı şeydir, qumar oynamaq yaxşı şeydir, donuz otarmaq da yaxşı şeydir – kənd təsərrüfatı artar. Gürcü qızı sevmək də yaxşı şeydir, çünki bunlar cəmiyyətə xeyir verə bilər. Fəqət Sənan Xumarı ona görə sevməyir ki, cəmiyyətibəşəriyyəyə xeyirdir, ona görə sevir ki, Xumar gözəldir, döşünə yatır. Xaçı ona görə asmayır ki, onun xeyri vardır, ona görə asır ki, Xumarı almaq üçün o bir vasitədir. Burada məqsəd Xumar, mühərrik isə, onun nəfsi, onun qadınçılığı, onun daxilindəki saxlanmaz adi, bayaqı ehtiraslar.
İştə həmin bu ehtiraslara da Sənan bütün əməlini, diləyini, ictimai məqsədlərini, məfkurəsini, məsləkini qurban verir. Üzvü bulunduğu cəmiyyət qarşısında daşıdığı vəzifələri atır, cəmiyyət üçün bəslədiyi ictimai əqidə və məsləkini öz şəxsi ehtiraslarına, öz şəxsiyyətinə satır. Öz şəxsi ehtiraslarına tapınaraq bəşəriyyəti buraxır, donuz damına soxulur. Böylə bir şəxsiyyətə Ştiverdən başqa hankı bir cəmiyyət müsbət gözlə baxa bilər. Deyə bilərlər ki, o donuzlar Sənanı əhatə edən şeyxlərdən yaxşıdır? Sənan onlardan ayrılmaqla çirkabın üzərinə çıxmış oldu. Hər doğru yol tapıb özünü kənara çəkənlərə yaxşı adam deyilə bilərmi? Pək eyi, çox gözəl, Mərvan donuz, Nəim də donuz, bəs Sədra? O donuzdur. Bəs Hadi? O da donuzdur! Bəs səni bəsləyən, səni yetişdirən, tərbiyə edən mühit, sənə göz bəbəyi yedirən cəmiyyət, sənə əba verən, ləbbadə verən, əmmamə verən fəqət həmin səfaləti-çirkabın içərisində boğulan, çabalıyan milyard yarımlıq zavallı bəşəriyyət. Onları kim düşünməlidir. Hər doğru yol tapıb evinə qapanan adamlara yaxşı deyilərmi? Sənin həyat və səadətin təmin edildisə, hər şey bitdimi? Sən doğru bir yol buldunsa, hər şey bitdimi? Halbuki, sən səmimi bir xalqçı olsaydın, bir eqoist olmasaydın, öz ehtiraslarını boğar, öz nəfsini öldürər və donuz damına girməkdənsə, səni görməyə gəlmiş yığın-yığın insanların arasına çıxar, tapdığın doğru yolu onlara da göstərərdin. Öz nüfuzundan istifadə ilə onları bir nicata doğru çəkə bilərdin. Fəqət sən bunu yapmadın, çünki bu, gücdür. Bunun üçün insanda fədakarlıq, iradə lazımdır. Fəqət Sənanda Xumarın eşqinə qarşı qüvvət və iradə yoxdur. O, ehtiraslarının əsiridir. Onları tanıyor, onları düşünür. Özünü, ancaq özünü düşünür. Ona, böyük bir məqsəd ilə gəldin – deyəndə Vətənim, Kəbəm, Məkkəm, Mədinəm həp Xumardır, əl çəkməm – deyir. Ondan başqa hər şeyə nifrət. Qoy bütün dünya məhv olsun, fəqət mən Xumardan əl çəkməm. Bu bir yaxşılıqmıdır? Bu bir hünərmidir? Bunu hər kəs yapa bilər və yapır. Bunu bütün məmləkətin, bütün xalqın hüququnu, həyat və səadətini öz şəxsiyyətinə fəda edən 1-ci Lyudoviq “Posle menya xot potop” – deyə daha gözəl bacarır. Bunun bütün məmləkəti, bütün xalqı obezliçenni bir hala salan, bütün cəmiyyəti öz şəxsiyyəti ayaqlarında tapdayan 14-cü Lyudoviq də “Qosudarstvo – eta ya” – deməklə daha gözəl yapır. Pək eyi, Şeyx əfəndi, sizin bunlardan nə fərqiniz vardır? Fəqət fərqiniz vardır. O da budur ki, onlar yapdıqlarını olduğu kimi açıq-açığına söyləyirlər. Sən isə niyyətini gizlətmək üçün hər hərəkətinə bir bəhanə qoşur, bir don geyindirirsən. Hər hərəkət üçün bir bəhanə gətirirsən. Fəqət məqsəd sənin şəxsiyyətindir. Bütün ictihadların ancaq şəxsi mənfəətinə xidmət etmək üçündür. Məkkədə ikən həp cinayət, qadın cinayəti. Çünki Sənan qadınları öz şöhrət və cəlalı üçün qorxulu görür. Tiflisdə ikən qadınlar yaxşıdır. Çünki Sənan Xumarı sevir. Son pərdədə qadınlar başa bəladır. Çünki, Sənanın Xumardan əli çıxmışdır. Şərab içmək yaxşıdır, çünki Sənan özü içməyə məcburdur. Xaç taxmaq olar, çünki buna da məcburdur. Sənan özü yaxşı ki, adam öldürmək məcburiyyətində qalmamış, yoxsa o da İbrahimin qoyunu kimi bir ictihad, bir qanun olaraq boynumuza keçəcəkdir. Beləliklə, hər bir ictihadı ta Şərq mollalarında olduğu kimi, cəmiyyətin səadəti üçün deyil, ümumi birlik ilə deyil, ancaq Sənanın səadətinə xidmət etmək üçündür. Burada bir məsələyi qeyd etməlidir. Çünki bizim adamlar bir az fantazistdirlər. Ariflik deyə hər açıq şeydə gizli bir məna, bir rəmz, bir müəmma ararlar. Deyirsən, bazara gedirəm. Deyir görəsən haraya deyir, biz başa düşməyiriz.
Məsələn, Sənan Xumarı almaq istəyir. Bir də görəcəksən müdafiəçi durdu ki, yox, sən başa düşməyirsən. Xumar hələ Sənanın idealıdır... Onu bir ideal kimi sevir. Xumar Sənanın fikri, əqidəsi, əməlidir. Onun yolunda hər şeyi fəda edir. Bunu Sənan desə, eybi yoxdur. Çünki o adətən hər şey üçün bir bəhanə tapa bilir. Ona deyəndə ki, ya Şeyx, sən ki, o qadından ürkərdin? Deyir bu qadın deyil, mələkdir. Müdafiəçi də bu sözdən yapışıb deyəcəkdir ki, tək bir mələk deyil, hətta əməldir, idealdır, bilməm nədir. Çünki Sənan ona özü mələk deyir. Nə olsun ki, deyir. Sənan Zəhraya da deyirdi ki, sən mələksən, əməlimsən və i.a. Bu hiylə belə olar da. Bir kişi aldığı bir qadına nə deyə bilər? Ya deyəcək sən mələksən, ya deyəcək məlaikəsən, allahsan, bu, kor-kordur da. Yoxsa nə desin?! Desin sən şeytansan, ifritəsən, əcinnəsən, kafirsən. Ya mələk deyəcək, ya da buna oxşar bir şey də. Yaxşı tutalım ki, Xumar Sənanın hələ doğrudan-doğruya idealıdır. Nə üçün Sənan keşişin bir kəlmə sözü ilə öz idealını atıb getdi? Əgər Sənan bütün idealları üçün böylə mübarizə aparırsa, daha yaman. Tula itdən murdar. Son pərdədə Xumar ona gəlib deyir:
Pək müqəddəsdir iştə bəncə sənin,
Həp şeyin, həp təriqətin, dinin.
Burada yoldaş müdafiəçi də özünü itirəcəkdir. Əcaba o könüldən düşən bunların hankıdır? Xumar Sənanın, ya Sənan Xumarın. Ancaq bunların həpsi birər xəyal, birər xülyadır. Mələyin, əməlin, idealın donuz damında nə işi vardır?
Nəhayət, Sənan iki il donuz otardıqdan sonra əski şöhrət və cəlalının da əldən getdiyini, Xumarı da ala bilmədiyini görüncə peşman olub deyir:
Şeyx, ya Şeyx, gəl də seyr elə,
Yandım atəşlə kəndi rəyimlə.
Mən qulaq vermədim dəyərli sözə,
Həp qadından gəlir nə gəlsə bizə.
Demək, Xumarı sevmədiyindən onun uğrunda əhlini, diləyini atmasından peşman olmuşdur.
Ah, sağ olsaydı şimdi Şeyx Kəbir,
Ataraq seyr edərdi pək əlini,
Kəndi möcüznüma kəramətini.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-seyx-senan-haqqinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir.
El ədəbiyyatı toplaşdırılmalıdırBu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.
Azərbaycan türk ədəbiyyatının son vəziyyətiIDünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.
Qəzetimizin ədəbiyyat dərnəyindəCümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.