Страница 2 из 2 · 50%

S ə r i y y ə . Rüstəm, bunların rəhminə güvənməkdənsə, dəryada iynə üstünə
minib xilas olmağa güvənmək daha əfsəldir.

R ü s t ə m. Artıq heç bir çarə yoxdur, gözəlim! Gəl nə qədər onlar burada
yoxdur, qaçaq! Gəl, gedək!

S ə r i y y ə Səfərə baxır.

S ə f ər (kənara). Döyülməyinə döyüləcəyəm, qoy xırlı-pırlı, ağıllıbaşlı
döyülüm! Oynayan yerli oynar. Gedin! Heç bir tikə sizi tutmaram. Gördüm
dəyənək haqq-hesabı var, mən də qaçıb sizin yanınıza gələrəm. Gedin, Allah sizə
kömək eləsin. (Səs gəlir.) Bircə dayanın, görüm o nə səsdir. (Gedir.)

S ə r i y y ə . Deyəsən, Rüstəm, xəbər tutublar.

S ə f ə r (daxil olur). Ay xanım, ağa öz oğlanları ilə gəlir.

H ə m z ə (öz oğlanları ilə daxil olur). Bu nə hekayətdir? Bunu kim buraxdı? R ü s t ə m. Məgər nə olar bura gələndə? Mən buranı öz evim kimi sanıb
gəlmişəm. Atam sağ olanda da mən bura gələrdim. İndi nə olub ki, məni bura
buraxmaq istəmirsiniz? Mənim təqsirim nədir?

H ə m z ə. Sənin təqsirini mən sənə bildirərəm. Sənin o qızın yanında nə işin
var?

R ü s t ə m. Məgər o qızın yanına gəlmək qadağandır?

S ə r iy yə (kənara). Allah! İndi onu öldürərlər.

H ə m z ə. Əlbət ki, qadağandır. Məgər sən mənim evimi nə hesab edirsən?

R ü s t ə m. Mən həmişə gecə-gündüz o qızla olmuşam. Onunla böyümüşəm.
İndi nə səbəbə gəlmək olmayır?

H ə m z ə. Dəxi sən görən ağaclar kəsildi. Bir də o qızın yanına gəlməyə
ixtiyarın yoxdur, çünki o qızı özgəyə vermişəm.

R ü s t ə m. Necə özgəyə vermişəm, bəs mən?.. Mən?..

H ə m z ə. Sən bir də qiyamətdə onu görərsən?

R ü s t ə m (stulu götürür). Ox, dəxi can gəldi boğazıma, ya Allah…
H ə m z ə (tutur stulu). Adə, vurun bu həyasız oğlunu! (R ü s t ə m tutur
Həmzənin yaxasından.)

Q u r b a n. Adə, burax atamı?

H ə m z ə. Adə, Q u r b a n ölmüşsən? Tapança ilə vursana.

Q u r b a n tapançanı divardan götürüb Rüstəmi
vurmaq istədikdə, S ə r i y y ə qışqırıb mane olur.

S ə r i y y ə . Yox, onu vurma, məni vur.
M ə h ə r r ə m R ü s t ə mi bayıra itələyir.

Q u r b a n. Çəkil qabağımdan, sənə deyirəm. (İtələyir Səriyyəni. Getmək
istədikdə M ə h ə r r ə m qoymur.)

H ə m z ə. Haram olsun sizə yediyiniz çörəklər. Mən onun üçün göydə
gəzirdim, yerdə əlimə düşmüşdü, niyə onu tutub sağ buraxdınız?

Q u r b a n. Hərgah M ə h ə r r ə m onu qaçırmasaydı, onu bir gülləyə Qurban
edərdim.

S ə f ə r (kənara). Bəs necə, kişi əvvəlinci qoçudur. (Çıxır bayıra.)

H ə m z ə (M ə h ə r r ə mə). Buna bax, bu da ona kömək edir. Yoxsa o mənim
əlimdən sağ qurtara bilərdi?

M ə h ə r r ə m. Ay ata! Belə iş yaramaz. Mən dünən də demişəm: Qurban üçün
qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın.
Nahaq yerə iki cavanı bədbəxt edirsiniz. Qurban onu öldürər, özü də katorqaya
gedər. Qız da Rüstəmsiz yaşamaz! Nə üçün yaxın bir qohumluq arasında ədavət
qalxsın. Hərgah Qurban zor ilə o qızı alsa da… heç biri bir gün görməz, fəna bir
həyat qarşısında məhv olub gedərlər. Çünki Səriyyə Rüstəmi sevir, Rüstəmə
aşiqdir, Rüstəm də Səriyyəyə. Bunu bir dəfə demişəm, siz nahaq yerə bu cavanları
zəlalətə salmayın.

H ə m z ə. Yəni sözün qısası nə demək istəyirsən?

M ə h ə r r ə m. Mən onu demək istəyirəm ki, Səriyyəni Rüstəmə verib, Qurban üçün özgə qız alın.

H ə m z ə. Səsini kəs məlun! Yoxsa başını əzərəm. Boyuna bax! Bir qarış boyu
yoxdur, bizim başımıza ağıl qoyur.

M ə h ə r r ə m. Ay ata! Axı onlar bir-birini sevirlər. Onları ayırmaq da mümkün deyil. Bu sizin üçün günahi-kəbirədir. Çünki bədbəxtliyə bais siz
olursunuz. Allahdan qorxun.

H ə m z ə. Adə! Burada nə günah yeri var? Qızdır, o da istəyir, mən də… O
alanda savab oldu, mən alanda günah? Sabah biri gəldi ki, arvadını istəyirəm.
Vermədim, bu da mənim üçün bir günah oldu?

M ə h ə r r ə m. Ay canım!..

H ə m z ə. Belə bir zəhrimar canım, dərd canım! Babının bir babı, gəlib bizim üçün vəkillik edəcək. Belə mənim də inadda əlim var. Ya gərək bunlar qəbirə
getsinlər, ya Sibirə. Axır o qız ölsə də, verməyəcəyəm!.. Vəssalam.

M ə h ə r r ə m. Əhsən möminliyinə. (Gedir.)

H ə m z ə. Allah vursun sənin kimi övladı. Aləm oxuyar mömin, Axund olar.
Amma bu Allah vurmuş oxuyub babı olub. Bu da camaatın təzə uşqollası! Səfər!
Səfər!

S ə f ə r (daxil olur). Nə buyurursan ağa?

H ə m z ə. Adə, ay heyvan oğlu heyvan! Mən sənə deməmişdim qapıdan bir
yana tərpənmə, bura adam-zad gəlməsin?

S ə f ə r (əsə-əsə). Ay ağa! Vallah qapını qıfıllamışdım, getmişdim. Tez yenə
qayıtdım gəldim.

H ə m z ə. Məgər hansı cəhənnəmə getmişdin?

S ə f ə r . Ay ağa! Məgər neçə cəhənnəm var?

H ə m z ə. Heyvan oğlu heyvan, hələ mənimlə sual-cavaba başla! Belə hara
getmişdin? (Gedir üstünə.)

S ə f ə r . Vallah, ağa, qələt eləmişəm! Gələn səfər gedəndə daha qapını
qıfıllamaram, açıq qoyub gedərəm.

H ə m z ə. Allahü-əkbər! Adə, mən deyirəm heç getmə. Bildin?

S ə f ə r . Baş üstə, ağa, istəyirsən heç qapıda da dayanmayım.

H ə m z ə. Ay kişilər, belə heyvana nə deyəsən?

S ə f ə r (kənara). Hər nə deyirsən de, ancaq dəyənək haqq-hesabı olmasın.

Səriyyə (o biri otaqdan). Ah! İlahi!!!

H ə m z ə (S ə r i y y əyə tərəf). Zəhrimar! Səni bir dərdə salım ki, dərmanın ələ
düşməsin! (Qurbana.) Qurban! Səfəri apar bu tin dükandan bir kəllə qənd al, ver
ona, gətirsin, gedək Axundun yanına.
Səfər ilə Qurban gedirlər. Yerdə qalanlar keçirlər o biri otağa.

S ə r i y y ə . Bəli! Hər bir yerdən ümidim kəsildi. Bircə ümidim qalır ki, o da
şəriətimizdir. İndi məni Axundun yanına apararlar, onda deyərəm ki, razı deyiləm!
Axund nikah kəsməz, sonra gərək nə olar. Belə də gözəl şəriət olar? Hər şeyi gözəl
surətdə əmr buyurmuşdur.
Qurban , Səfər daxil olurlar. Qurban baxır o biri otağa.

S ə f ə r . Qəndi A x u n d yeyəcək, nahaq yerə çiynim əzildi.

H ə m z ə. Hə… Gəlmişsiniz… Adə, Səfər, götür qəndi gedək. (Hamı çıxır.)

S ə r i y y ə (yıxılır ayaqlarına). Ay baba! Vallah mən bu işə razı deyiləm!

H ə m z ə. Səsini kəs, həyasız! Məgər sənin ilədir razı olmuyasan? Vaxta ki,
anan və mən razıyıq, sən də qələt eləyirsən? Bir saatdan sonar səni həmişəlik adam
elərəm.

S ə r i y y ə n i itələyib gedir və qapını qıfıllayır. Bir azdan sonra R ü s t ə m pəncərənin qabağında görünür.

R ü s t ə m. S ə r i y y ə! Ağlama! Səbr elə!

S ə r i y y ə R ü s t ə mi görcək pəncərənin qabağına atılır.

S ə r i y y ə . Bir az səndən qabaq anam, Həmzə və oğlu Axundun yanına
getdilər. Məni aparmadılar. R ü s t ə m. Yaxşı, dəxi sən ağlama! Mən gedib bu saat Axunda sizin razı
olmamağınızı bildirərəm. Salamat qal. (Gedir.)

Bu halda Q u r b a n o biri otaqdan daxil olur. Qapını itələyir,
qapı bağlı olduğundan, mıxdan tapançanı götürüb, yan otaqdan
çıxıb pəncərənin qabağına, R ü s t ə m gedən tərəfə yüyürür.

S ə r i y y ə . Ah, zalım, getdi! İlahi, sən Rüstə mə kömək ol.
Bir bərk səs gəlir. Bir azdan sonra Q u r b a n qayıdır.

Q u r b a n. Hə… Yaxşıdır? İndi görək nə edəcəksən? Kiminlə danışacaqsan?
Kimi sevəcəksən? R ü s t ə m də öldü?

S ə r i y y ə . Necə, R ü s t ə m öldü!

Q u r b a n. Canı da çıxdı!

S ə r i y y ə. Ah!.. Yox, mən də Rüstəmdən sonra yaşamaq istəmirəm. Dəxi
mən ölüm istəyirəm.

Q u r b a n. Yenə dilini kəsmirsən?

S ə r i y y ə . Hərgah səndə insaf varsa, tapança ilə vur. Birdəfəlik məni bu
bəladan qurtar.

Q u r b a n. Sənə demirəm kəs səsini! (İtələyir, gedir o biri otağa.)

S ə r i y y ə .
Ya rəb, neçin rəvaqi dağılmır fələklərin? Görmürmü zalimani-cəhanın cəfasını?
Zalim, nə qədər zülm eləyirsən, elə… fəqət,
Axırda bu zülmün görəcəksən cəzasını!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Çocuq

22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu həvəsləndirmək və cəsarətləndirmək üçün sanki “doğru deyirsən”, “yaxşı deyirsən”, “qorxma”, “tez bitir”, deyə sözlərini başı ilə təsdiq edirdi. Fəqət ilk əldə qorxan və indi-indi dili dolaşır kimi görünən bu gənc getdikcə sakitləşir, demək olursa, özünü öz əlinə alırdı. Çox keçmədən üzünün qızartısı itmiş, onsuz da sarımtraq çöhrəsinə xəfif bir solğunluq enmişdi. Ara-sıra dodaqlarında və səsində duyulan yüngül bir titrəyiş hələ də dərin bir həyəcan yaşadığını anladırdı. Fəqət hər halda bu gənc artıq acınacaq bir görkəm ərz edən həminki qorxaq çocuq deyildi. Qırpımdan-qırpıma kəndisini doğruldur, sözdən-sözə öz qüvvət və mənliyini bütün qurultaya hiss etdirirdi.

10 мин
Altun heykəl

Xeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunmasıilə mühitindəki adi kəndlərdən ayrılır.

4 мин
Qara Qənbər

Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.

5 мин
Gülzar

Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.

25 мин

Стихи других поэтов