Üçüncü məclis
Страница 3 из 3 · 67%
S ə f ə r. Allah vara əlli qız olsun, o kəllədən əl çəkməz! R ü s t ə m. Onda siz aşkar xilaf-şər iş görürsünüz.
A x u n d. Artıq-əskik danışma, bura sənin üçün teatr deyil, bayıra çıx!
S ə f ə r . Bəs necə, bura A x u n dxanadır!
A x u n d. Övlad ki var, ata-ananın qolubağlı quludur. Lap moltanıya da nikah
etməyə hazıram.
S ə f ə r . Yəqin mələklər basabas salıb, davaya tamaşa edirlər. Bu dəfə on
beşinin qıçı sınar, çünki tamaşa çoxdur. R ü s t ə m. Ala, bu da bizim şəriətmədarımız. Şəriətimizdə necə gözəl yollar,
maraqlı təriqlər var!.. Baxın, indi necə şəriətə xilaf gedən vicdansızlar özlərini
şəriətmədar adlandırırlar. Əfəndim!
A x u n d. Əfəndi özünsən! R ü s t ə m. Ağa! İnsaf edin, bir kəlləyə məsum və təqsirsiz bir qızı
Q u r b a n etməyin.
A x u n d. Çox danışma, məlun! Bayıra çıx, nainsaf özünsən!
R ü s t ə m. A x u n d həzrətləri, hərgah siz o kəllədən ötrü bir bidətə iqdam
edirsinizsə, o kəllənin qiymətini mən sizə verərəm. Ancaq şəriət qanununa mütabiq
iş görüb özünüzü günahkar və həmin məsum, bigünah qızcığazı da bədbəxt
etməyin!
A x u n d. Vallah… vallah, şəriət qənim olsun hər kim yalan desə!!! Neçin günah eləyirəm. Ancaq anası şəhadət etdi, mən də inandım. Amma indi ki, siz
deyirsiniz qız razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. Ona görə qızı tələb
etməyə məcburam. (H ə m z əyə.) Həqiqət, qızsız nikah dürüst olmaz. Mən sənin
xatirin üçün kəsdimsə də, lakin həqiqət halda dürüst deyil.
S ə f ə r . Pul adı eşidəndə nə tez razı oldu! Səhərdən bu oğlan məlun idi.
H ə m z ə. Baş üstə, qızı gətirərəm, amma gərək bu oğlan qız gələndəburada
olmasın. Çünki qız ondan qorxub razı olmaz.
A x u n d. Nə eybi var, çox yaxşı. (H ə m z ə durub Camal ilə gedir. Rüstəmə.)
Siz də bir az çıxın bayırda dayanın, çünki deyirlər qız sizdən qorxur.
R ü s t ə m (kənara). Bunlar hamısı hiylədir. (Çıxır.)
S ə f ə r . Ağa, mələklər elə damın üstündə durublar?
A x u n d. Əlbət, əlbət, ağayi Həmzəyi-Səlyaninin buyurduğuna görə, ta
qurtarınca getməzlər.
S ə f ə r . Ağa, məsələn, bəlkə belə yer oldu ki, damı olmadı. Məsələn, çöldə
arvad birinə, bir mollaya, məsələn, sizə rast gəldi, sən də siğə elədin. Çöldə onda
mələklər, dam yoxdur ki, hara yığılarlar!
A x u n d. Bu barədə, ərz olsun qulluğuna, ağayi Həmzəyi-Səlyani yazır:
məsəla, mən birinə çöldə rast gəldim. O mənə getməyə razı oldu və mən də siğə
oxudum. Onda ağayi Həmzəyi-Səlyani buyurur ki, mələklər sallanarlar insanın
saqqalından.
S ə f ə r . Ağa! Bəlkə bu, arsız, qəmədiyəçi-zad oldu, yəni bığın, saqqalın
qırxdİranlardan oldu. Onda hardan sallanarlar?
A x u n d. Həqiqət, bu məsələ çox böyük məsələdir. Buna cavab verə bilmərəm, çünki bayaq ərz elədim: şəriət ki var, tük kimi bir şeydir. Bir az əydim, günahkar
ollam. Bu sual gərək müctəhiddən soruşulsun.
S ə f ə r . Ağa, mən də şəriət bilənəm ha… Çünki sözü deyən kimi əlüstü başa düşürəm.
A x u n d. Bəli, bəli!..
Bu halda H ə m z ə, Camal və bir nəfər qız daxil olur.
S ə f ə r . Bu qız evimizdə şimşad kimi idi. Amma indi, gör nə yastıyapalaq
olub. (Baxır.) A-ha! Bu qız, boyda lap Qurbanın öz bacısına oxşayır.
H ə m z ə. Hə! Cənab A x u n d, soruşun!
A x u n d. Qızım, sən Q u r b a na getməyə razısan?
Qı z . Bəli!
Bu halda R ü s t ə m daxil olub qıza baxır.
R ü s t ə m. Cənab A x u n d, bu mənkuhə qız deyil, onun əvəzində özgə qız
gətirmişlər.
A x u n d (Həmzəyə). Belə iş yaramaz! Sən… (Burada Həmzə pul qoyur döşəyin
altına. R ü s t ə mə) Daha, o mənim borcum deyil, qız da şəhadət elədi. Daha artıq söz lazım deyil. İndi bayıra çıx!.. R ü s t ə m. Ağa, Allah xatiri üçün insaf edin, bizi bədbəxt etməyin!
A x u n d. Məlun Fasiq! Mənimlən mala şərik deyilsən ki, çıx evimdən bayıra,
yoxsa, güc ilə çıxardaram.
R ü s t ə m. Cənab A x u n d, namərbut söyləməyin!
A x u n d. Allah xatirinə bu babini çıxardın bayıra. R ü s t ə m. Ədnalar. Mən sizə göstərərəm. (Çıxır.)
H ə m z ə. Bu sözlərlə bizi qorxuzmaq istəyir. Əgər sabahdan artıq sağ qaldı,
mənim üzümə tüpürün. O indi mənim üstümə qışqırsın… (Durub gedirlər.)
A x u n d. Allah mübarək eləsin. (Səfər kəllə qəndi çiyninə qoyub çıxmaq
istəyir.) Adə, onu hara aparırsan?
S ə f ə r . Nəyi?
A x u n d. Əlindəkini.
S ə f ə r . Bu öz çubuğumdur, səninki deyil!
A x u n d. Çubuğu ərz eləmirəm.
S ə f ə r . Bəs nəyi?
A x u n d. Adə, belə şirnini, belə kəlləni, bildin!
S ə f ə r . Əvvəldən bilirdim. Daha pul almışsan, bir də kəlləni istəyirsən. Bəs
mənim balalarım acından qırılsınlar? Xudahafiz! (Qaçır.)
A x u n d. Adə, haramzada, dayan! (Gedir dalınca, sonra gəlir.)
R ü s t ə m (daxil olur, əlində bir tapança). Gediblər! Yoxdurlar! İndicə
taparam, sizin tamahkarlığınız və xilaf-şər iş görməyiniz və onların zalımlıqları
məni həyatdan usandırdı. Mən səbr eləyib, xoşluqla keçəcəyini gözlədim! Olmadı.
Artıq cana doydum. Sənə, sənə, bivicdan, mən dəyməyirəm, şəriət sahibi özü
səndən intiqam alar. Amma onlardan mən intiqam alacağam. Yox! Mən dəxi bu zülmə tab gətirə bilmərəm. Bundan sonra ləziz təamlar mənə zəhər, gözəl bağlarbağçalar
mənə zindan olacaq. Mən dəxi bu biarlığı daşıya bilmərəm. Mən o qədər
bivəfa və biar deyiləm ki, həyatını mənim yolumda fəda etməyə hazır olan cannisar
və vəfalı bir məşuqəmi zalımlar əlində buraxıb gedim. Yox, olmaz! Daha asudə
yaşamaq zamanı keçdi. Mən bu cür yaşamağı arzu etmirəm. Bundan sonra mən
canalıcı cəllada dönməliyəm…
Ya rəbbi, cövrü zülmi-ədudən usanmışam,
Zalımların cəfası alıbdır dəvamımı!
Beylə həyatı istəmirəm, ölməmiş fəqət
Allam yədi-zuri əlimlə intiqamımı!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-vefali-seriyye-ucuncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.
Türk teatr məktəbi1Məktəbin açılışı və onu doğuran səbəblər
Haruna cavabMöhtərəm “Yeni fikir” qəzetinin 1282-ci il sayında möhtərəm (Harun) yoldaş “Hamlet”in türkcə tərcüməsinə bir tənqid yazmışdır. Tənqid Şekspirin böyüklüyü, hər sözün əhəmiyyəti olduğu və tərcümənin düzgün olması lüzumu haqqında adi ümumi sözlərdən, çağırılmış bayatılardan və moizələrdən başlanır və tərcümənin “cinayət” sanılacaq qədər yaramaz olmasını qeyd ilə Azərnəşrə uzun təqsirnamələr oxumasilə bitir.Tənqid ədəbi-elmi mahiyyətdə olsa idi, biz “Hamlet”i nasıl düşündüyümüzü məmnuniyyətlə söylərdik. Lakin... dəyməz. Tərcümənin yaxşı, ya yaman olmasından da bəhs etmək istəmirik. Burası bizim vəzifəmiz deyildir. Cəmiyyətimizdə görülmüş işi qiymətləndirə biləcək adamlar çox çoxdur. Yalnız bir neçə cəhəti aydınlaşdırmaq lazımdır. “Hamlet” səhnə əsəri olduğundan onu rusca Polevoyun tərcüməsindən çevirdik. Çünki Polevoyun tərcüməsi təhtülləfz olmasa da, səhnə üçün ən müvəffəqiyyətli və münasibdir.
Türkoloji qurultay və sərf-nəhv məsələsiFevralın 26-da açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan türkcə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin dəniləcək dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları – “Türk dilinin sərf-nəhvi yoxdür” kimi boş iddialardan çəkinməyirlər. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır.Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük tətəbbüat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır.