Fevralın 26-da açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan türkcə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin dəniləcək dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları – “Türk dilinin sərf-nəhvi yoxdür” kimi boş iddialardan çəkinməyirlər. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır.

Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük tətəbbüat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır.

Bundan başqa dilimizə soxulmuş və öz qanunları ilə köçmüş yabançı sözlər türk boğazına girəcək bir qalığa salınmalı və dilimizin tələb etdiyi müəyyən qanunlar altına alınmalıdır.

Ümumən bir çox bu kimi qatışıq məsələlər üzərində çalışılmalı və pək çox çalışılmalıdır.

Ayrıca türk dilinin xüsusiyyətlərinə və öz qanunlarına istinadən bir sərf-nəhv düzəltmək məsələsi ötəndən bəri Azərbaycanda da fikirləri məşğul etmiş, hətta göstərilmiş əsaslar üzərinə xüsusi bir komisyon tərəfindən bir sərf-nəhv düzəlmiş və bir kitab olmaq üzrə Azərnəşr tərəfindən nəşr edilmişdir.

Bu kitab haqqında vaxtilə “Kommunist” qəzetəsində mübahisə aparılmışsa da, lazımi bir aydınlığa varılmamışdır. Bu gün isə qurultayda danışılacaq sərf-nəhv məsələsinə öncədən hazırlıq aparmaq lazım olduğundan bu məsələ ətrafında geniş mübahisə açılmalı, hər kəs öz fikrini bildirməli və müntəzəm surətdə bu məsələnin aydınlaşdırılmasına və beləliklə qurultay üçün də material ola biləcək fikirlərin bir araya toplanmasına çalışmalıdır. Bu münasibətlə “Kommunist” qəzetəsi yanındakı klubda iclaslar, müşavirələr düzəltmiş, fəqət məsələ yazı yapraqlarına, mətbuat sütunlarına keçirilməmişdir.

Halbuki, buna böyük bir ehtiyac vardır. İştə bunların həpsini nəzərə alaraq ümumən sərf-nəhv məsələsi başlıca olaraq komisyon tərəfindən düzəlib. Azərnəşr tərəfindən basdırılmış sərf-nəhv kitabı haqqında mətbuatda geniş mübahisə açılmalıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов