Əgər yerdə tapılmasa…
Qənd axtarır, ət axtarır bu gün hamı,Mənsə çıraq axtarıram çıraq ilə…Tək onadır son ümidim, ilk inamım,Harda görsən onu mənə papaq elə…Gəlim birbaş hüzuruna uça-uça,Neçə əlli tutum onun ətəyindən.Çoxdan acam bir təbii insan acı,
Neyləyirəm onsuz suyu,çörəyi mən…Bəlkə mənim gördüklərim bir yuxudur,Qoy yaxşılar qalxsın onda məzarından…Dünyamızda bu gün insan qıtlığıdır,Bu gün kütlə bolluğudur yer şarında…Əhalinin milyardlardır say-hesabı,Amma çoxu cəsəddilər, fiqurdular…Mənsə insan axtarıram qapı-qapı,Yoxsa tamam tükəndilər, yox oldular…Nanəciblər gözə girir tikan kimi,Nanəciblərin azalmada sayı gündə…Harda vicdan sahibləri, tükəndimi,Vay o xalqa, o millətə, vay o gündən…Əsl insan axtarıram, əsl insan,Fərq qoymuram millətinə, lisanına…Eləsini arayıram əmması yox, bəlkəsi yox.Əsli olsun, nüsxəsi yox, kölgəsi yox…Dərviş kimi dolaşıram diyar-diyar,Oba-oba, şəhər-şəhər axtarıram…Bu həsrətdə olan kəslər məni duyar,Gündüz, gecə, axşam, səhər axtarıram…Məzarlara baş çəkirəm, tabutlara göz qoyuram,Məcnun kimi səhlərələ üz qoyuram,Hətta durub heyvanların arasında arayıram,Paralanmış ürəyimin yarasında arayıram,Dolaşıram qatar ilə, gəmi ilə, ayaq ilə,Yaşayıram bu heyrətli maraq ilə,Axtarıram anasını itirən bir körpə kimi,Torpağını itirən bir millət kimi, ölkə kimi.Ey yaxşılar, harayıma haray verin,Gəlin, sizə ürəyimdə bir işıqlı saray verim…İndi əsl insanlar da naz-nemət tək yoxa çıxıb,Bəlkə yaxşı heç olmayıb, elə quru adı çıxıb…Bəlkə ocaq keçib, sönüb,kösövünü, kötüyünüAxtarıram…Tapdığımı itirmişəm, itiyimi axtarıram…Axtarıram ayağımda polad çarıq, əllərimdəDəmir əsa,Allah, göydən göndər mənə əgər yerdə tapılmasa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-eger-yerde-tapilmasa
Клавиши ← → для перехода, R — случайное стихотворение