Qoymayın, amandı gəldi…
Bu nə zaman idi gəldi,Bu nə əyyam idi gəldi…Düzlər vuruldu gözündən,İnsanlar qaçdı özündən.Dirildi bütün həpəndlər,Yırtıldı bütün kəfənlər,Artdı cibinə təpənlər,Biclik toxumu səpənlər…Bu nə əyyam idi gəldi,Bu nə dövran idi gəldi…Doğma məmləkət bölündü,Oldu məhəllə-məhəllə…Cəhənnəm cənnətə döndü,Cənnətə döndü cəhənnəm…Ağalar, bəylər dəyişdi,Köhnə işləkləri dəyişdi,Xəlbir, ələklər dəyişdi,Hətta müdriklər dəyişdi…Qaynadı bütün qazanlar,Səsləndi köhnə azanlar…Dirildilər rozaxanlar,Gəldilər imana, dinə,Bir vaxt imamı asanlar,Allaha söz qoşdu dünən,Lenin vəsf edən ozanlar…Partiyamızdır yazanlar…Bu nə əyam idi gəldi,Bu nə haram idi, gəldi…Gündüzün günorta vaxtı,Əyrilər çıxdılar taxta,Canilər meydan suladı,Evimizi qan suladı…Fitnələr mindi atına,Çıxıb millətin adına,Yetən and içdi yalandan,Nəyimiz vardı, talandı…Yad yurdda meydan suladı,Qarabağı qan suladı…Məmləkət məzarla doldu,Şəhidlər bürüdü yurdu…Qəbristanlıqlar çoxaldı,Bir də xanlıqlar çoxaldı…Orda o xan dedi bizik,Burda bu xan dedi mənəm…Başladı bir özümsüzlük,Başlandı bir mənəm-mənəm,Neçə xain ad çıxartdı,
Hərəmxanalar çoxaldı,Elmxanələr azaldı,Mənəviyyatlar sozaldı…Analar birdən qocaldı…Heyf bu millət, heyf,Bu necə əyyamdı gəldi?Ulu Sabir yaxşı deyib,Qoymayın, amandı, gəldi,Axırazamandı gəldi…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-qoymayin-amandi-geldi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ömür evi qaçhaqaç, qovhaqovdur,Qoyulubdur tağı, himi yarımçıq.
Özümə yamanlıq edən adamam…Bu dövrün adamı deyiləm ki, mən,Çox köhnə adamam, qədim adamam…
Bir böhtana cavabYığışıb neçəTalantsız, paxıl,
Qoruyun məniBir üzüm sevincdir, bir üzüm kədər,Siz hər ikisindən qoruyun məni.
Стихи других поэтов
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,