Bir zamanlar ilk cərgədə gedirdim,Bütün sevən oğulların içində…Birdən-birə əzizimi itirdim,Çaşıb azdım bu yolların içində.

Həsrət verib ürəyimdə səs-səsə,Buna çətin əsəb dözə, can dözə.Sirrimi də açmayıram bir kəsə,Qovruluram ağrıların içində…

Xəyal oldu hara uçdu mələyim,Qanadlandı, bəlkə quşdu mələyim,Gecə-gündüz nalə çəkir mələyir,Xoyratlarım, ağrılarım içimdə…

Fərhad yetsin harayıma bu gündəÇalsın mənim dağ köksümə külüngü,Ən dəyərli, ən qiymətli, ən zəngin,Bir dəfinə bağlı qalıb içimdə…

Nəsib olmur heç bir kimə məhəbbət,Nə Leyliyə, nə Məcnuna məhəbbət,Nağıl imiş sən heç demə məhəbbət,Yaşamışam nağılların içində…

1994.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов