Mus: Oqtay Kazıminindir

Nə yaxın qonşu olduqBu dünyada,Ayrı-ayrı doğulduqBu dünyada,Axır gəlib bir olduqBu dünyada,Eü həyat, sən nə qəribəsən?..

Nəqarət

Sən ay kimi baxdın mənə,Sən gün kimi baxdın mənə,Gözlərinin qarasıylaGüldü ömrün baxdı mənə…

Aylar keçir, illər keçir,Axın olur,Yadlar gəlir doğma olur,Yaxın olur.Məhəbbətlə ötən ömürNağıl olur,Ey həyat, sənNə qəribəsən?..

Bu ilqarı yaşatdıq canımızda,Gənclik eşqi qaynadı qanımızda.Qohum oldu atamız,anamız da,Ey həyat, sənNə qəribəsən?..

Nəqarət

Sən ay kimi baxdın mənə,Sən gün kimi baxdın mənə,Gözlərinin qarasıylaGüldü ömrün baxdı mənə…

Aylar keçir, illər keçir,Axın olur,Yadlar gəlir doğma olur,Yaxın olur.Məhəbbətlə ötən ömürNağıl olur,Ey həyat, sənNə qəribəsən?..

1967.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке