Mus: Oqtay Kazıminindir

Məhəbbət dərindən dərində olur,Dayazda məhəbbət olmur heç zaman.Hər könlün ən gizli yerində olur,Axır hər bədənin qan damarında.

Nəqarət

Yaşa məhəbbətlə dolu, a dünya,Eşqi tükənməzsən, üzü gülərsən.Əvvəl sevənləri qoru, a dünya,Sevməyən kəslərlə özün bilərsən.

Məhəbbət ən büllur könüldə açar,Ləkəli ürəkdə açmaz heç zaman.Məhəbbət ən isti iqlimdə açar,Şaxtada, küləkdə açmaz heç zaman.

Nəqarət

Zərifdir, kövrəkdir, verməyin bada,Saralar tökülər, həşəm kimidir,Birini sevməyən adam dünyadaGözümdə hamıya düşmən kimidir.

1987.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов