Sənin səsin, gözəl qız,Səslərin ən gözəli.Eşitmədim belə səsDünyanı dinləyəli…Can alıb yüksəldikcəAvazın pərdə-pərdəÇox şeylər görən könlümYenidən düşdü dərdə.Bülbülün səsi kimiQaynayır incə səsin.Sanki ömrüm uzanırUzandıqca nəfəsin.Acımazsan könlümə,Zildən enərsən bəmə.Qız, yazığam bu dildəDərdimi şərh eyləmə!Qız, qurbanmı istərsənİnlətdiyin bu səsə?Min dəfə ölsün canımSöyləməsin bir kəsə.Qəbul et qurbanımı,Susma, Allah eşqinə.Bundan sonra mənimçünYaşamaq nə, ölmək nə?!Hər nəfəsin bir ayə,Vəhyi-müqəddəs kimi!Dünyada nemətmi varBu səndəki səs kimi?Heç birinin lütfündənTapılmaz ki, bir payı.Bilirəm ki, dərdindənÖlənlərin yox sayı.Qız, bu küskün könlümüBircə sənsən güldürən.Sənsən məni dirildən,Sənsən məni öldürən.Məftunam mən səsininBülluri axışma!Məftunam gözlərininAtəşin baxışına!..Sənin incə səsindəDalğalanan nəşəyə!Qurşandım sitayişə"Nəfxeyi-rəbbim" deyə!İndi şübhəm qalmadı:Səsindəki qəhqəhə -Doğrudan cəlb edərmişSufini eşqilahə!Səsindəki sirri mənGedib sordum dərvişə.O məndən daha əvvəlHeyran imiş bu işə!..Bildinmi, bilmədinmi?Açmadı sirr Allahı;Dedi: "Haqqın cilvəsiGörünür gahi-gahi!Sirri-həqq hakim olmuşTa əvvəldən hər yerə!Hər qövmin imanı varBir səsli peyğəmbərə!Çoxdandır anlaşılmışBu sirr Fərat boyunda.Axtarırmış o sirriKür-Arazın suyunda.Əskilər onu sormuşAğsaqqal ərənlərə;Haqq nuru, haqq sirriniQəlbilə görənlərə.Demişlər ki, birinciGözəllik qız səsidir,Gözəl qızda gözəl səsBu haqqın cilvəsidir!Hər dinin əsli nədir? -Qaibdən gələn bir səs!Biçarə insanlığınDərdini bilən bir səs!Bir çox gözəl qızlarınBüllur kimi səsləriAzmı xilas eyləmişÖlümdən bikəsləri?..Oxudum tarixlərdə:Qaniçən bir hökmdarBir ölkəni amansızEyləmişdir tari-mar!Altı aydan çox sürənQanlı bir mühasirə,Tutulmuşdu çox acıBasqına birdən-birə!Yüz minlərlə atılanCan yağısı oxları,Dişlərilə çeynəyibSərilmişdi çoxları.Doğranmış əllərindoQırıq qılınc qəbzəsi,Boğulmuşdu köksündəİgidlərin son səsi.Yurdunu verməyənlərDoğranmışdı xınchaxınc.Tökülmüşdü yerlərəDağ kimi qalxan, qılınc!O yanda qanlı gövdə,Bu yanda gövdəsiz baş…Bir qafa çığlamışdıHər qəzadan enən daş.Yüz minlərlə qız, qadınDağılmışdı düzlərə.Ölüm rəngi çökmüşdüSaralan üz-gözlərə.Cənnət kimi bir ölkəMəzarlığa dönmüşdü.Bir çox evlər yıxılıbXanimanlar sönmüşdü.İşlənməmiş qalmadıBir cinayət, bir günah.Əzmişdi insanlığıOrdusuyla padişah.Haqsızlıq oldu qanun,Yıxıldı xanimanlar.Hər şeydən xəbərsizkənYandırıldı çox canlar.Qalmadı ağızlardaYaşamağın heç dadı.Bir çox yazıq quşlarınQoparıldı qanadı.Əsgərsiz komandanlarQırıb atdı yayını,Fələk döndərdi zəhrəBu ölkənin payını.Gülmək zatən yox idi.Ağlamaq oldu yasaq.Zavallı məğlub ölkə,Sana nə hüquq, nə haqq!..Ertəsi gün çox erkənYuyuldu qaldırımlar.Şallaqla güldürüldü,Hıçqırıqla bir diyar.Yuyuldu divarlaraSıçramış qan ləkəsi.Vay səsi susduruldu.Əmr edildi toy sosi.Haqqı yoxdu kimsəninSöz deyib, dərd açmaya.Bəzənib çıxmalıydıGələnlər ağlaşmaya.Döndü, oldu qəhqəhəQan qusan hıçqırıqlar.Çiçək səpəcək olduBütün qəlbiqırıqlar.Qan içən padişahaHazırlandı istiqbal:- Çıxmalısan qarşıya,İstəyir öl, istər qal!..Elə bil olmamışdıDünənki keşməkeş də,Çıxdı güləş üzüyləO bəxtəvər günəş də!"Mənim də qanlı, qansızCiləlerim var!" deyəÇıxdı dərin göylərə,Sıçrayaraq üzməyə.Yüksəldikcə göylərinSakit gəzən sultanı;Qaranlığın qalmadıDodaqlarında qanı.Çaşdığından əvvəlcəBuludlar da qızardı.- Dünən buludların daÇox dönük rəngi vardı! -Bir az sonra onlar daƏkildilər, getdilər.Yerdə qalan buludlarMatəmi tərk etdilər.Kimdir bu sultan deyəSordular bir-birindən;Eşidincə adınıAh çəkdilər dərindən.Ağardılar qorxudan,Çəkildilər dağlara;Sırmalı bəxtəvər dəQonaq gəldi bağlara.Bilmirəm gördünüzmüSabah vaxtı çiçəklər;Çıxınca çaşqın günəş,Nə dadlı mahnı söylər?!Bu qıldıqsız günəşinSehr var baxışında.Bir kərə göründümüGöz yaşı axışında;Çiçəkli kirpiyindəYaşdan əsər qalmayır,Qaşqabaqlı buluddanBir salam da almayır…Nəşədən hallanırlar…İçirlər zövqü incə…Çiçəklərdə dadə vardır,Ta qaranlıq gəlincə…- Ömürdəndir bir gün də,Ey çiçək, sevin, haydı!- Ya batmayaydı Günəş,Ya çiçək olmayaydı!..- Bir də ki, bu həyatdaGünəşmi yalnız batan?Az qaldı deyəcəkdimBütün həyat bir yalan!..- Həyat yalan olsaydı,Bir coşqun çiçəklər nə?..Yox, bir günlük də olsaHəyat həyatdır yenə!..Dünən bir nişan yoxkənBağda səsdən, səmirdən.Enincə dağdan GünəşQuşlar da coşdu birdən.Qarışdı qaqqıltılarBüllur səsli cəhcəhə;Yüksəldi hər budaqdanBir nazənin qəhqəhə!..Sanki birdən çalındıQumrov, kaman, nayla ney,Doldu şirin səslərləKölgəli bağ, boz güney…Məgər bəzən həyatlaÖlüm qardaş olurmuş:Uçuşurdu yanaşıGöyərçinlə qızılquş!..Qorxmadan üzə çıxdıEldən qaçan qırqovul.Yumuşaldı ürəklərQalmadı şeytan, çuğul…Zalımın bəxti üstünMəzlumların ahından;Quşlar nə gözləyirdiÖlüm padişahından!?Quşlar da, bax, gözəl qız,Coşdu o gün sənin tək;Onlar da sərdi, durduYollara səsdən ipək.Bütün şəhər silkinib…Əsər qoymadı pasdan,Dünənki matəm hanı?Doğrudan çıxdı yasdan.Düşmən şalım gəlişiQanuni bayram oldu.Bir çox dərdli ürəklər,Qanlı sevinclə doldu.Qəribə şeydir insan:Al əlindən canını,İstəyirsən ovuclaHortlat axan qanını.Qoparıb əz qəlbiniƏylən çırpınmasilə,Sürükləyib yerlərdəBeyninin bağasilə,Heç baxma, istəyirsənSaflığa, günaha əs;Bir yırtıcı cəllad ol,Doğra parça-parça, kəs.Qadınsa, tut, boğ onunQan qusan fəryadını,Qoy çıxarsın yadındanSevdiyinin adını.Qızsa, atın döşündəLəhlət gün qızmarında.Gəlinsə hərraca qoyƏsirlər bazarında.Sonra çəkil, uzaqdanMəğrur baxışla bir bax!Görəcəksən ölənlərBaldırında bağırsaq:Sənin qanlı əlindəBitməz qüvvət var deyə,Hazırdır bağışlayıbDadsız-dadsız gülməyə.Bu yoxsul insanlarıQırdırdmmı bir kərə,Qəhrəman olacaqsan,Düşəcəksən dillərə.Keçmişdə coşmayırdıMəzlumun qanlı kini;O zamanlar güc idiXalqın yeganə dini.Səyirdərək darğalarSağa-sola atını,Seçdilər əhalininYoxsulunu, tatını;"Şah keçəcək yollarıKirlətməsinlər" deyə,Yolçularla yanaşıQovdular dal cərgəyə.Ordu tirəndazlarıGirdilər ellik bağa,Çalışdılar qalmasınAğacda bircə qarğa.Saçaqlı xalılarlaBəzəndi bağlı çarşı,Bayraqlı minarələrYüksəldi göyə qarşı,Kəlisa qülləsindəÇalmdı zorba çanlar.Az qaldı deyəcəkdimMədən də zordan anlar.Danqırtıyla ötdü çan,Hazırlandı baş keşiş;Məscid həyətində dəEyniylə canlandı iş;Danışdı şişman xocaÜç saatdan yuxarı,Hazır qıldı beyətəMömün müsəlmanları.Xaçilə keşiş çıxdıMəshəfılə şeyxana;Çıxdılar istiqbalaXaçla məshəf yan-yana.Əllərində sür təsbeh,Gümüşlü buxurdanlar,Nazlanaraq səkirdiHaqqdan qaçan insanlar.Damağı çağ, kefi kök,Qamı tox tacirbaşıDingildəyib gedirdiŞeyxlərlə yanaşı.İnsan əlindən yerəDüşməzdi iynə atsan;Yalnız küçələr deyil,Evlər gətirdi insan.Dırmaşmışdı uşaqlarMazqallı divarlara.Boylanıb dururdularÜrkək, zəif, avara!..Dam üstündə qızlarmSolğun dodaqlannda,Boylanan gəlinlərinİslaq yanaqlarındaSolan hüznün yerindəİndi vardır bir maraq.Nə çiçəklər yetirirBu qan qoxulu torpaq!Sayılırkən əvvəldənBir ölkənin pənahı,Qarışmışdı xalqmaÖlkənin məğlub şahı.Şahın bu gün ağır daşAsılmışdı boynundan,Çıxmayırdı əlləriXələtinin qoynundan.Keçən gündə edərkənO, Allah iddiası,İndi bu son cəlalaKəsildi, durdu ası.Gir yerə, ey padişah!Sənin bu boş başmdanNələr çəkdi məmləkətBir soruş göz yaşmdan.Açıldı bayraqlar,Çalındı boru;Fələk görməmişdiBu vurhavuru.Toz ərşə dayandı,Göy dumanlandı;Torpaq şaha qalxdı,Toz da canlandı.Qıvrıla-qıvrılaBoz bir əjdaha;Gəlirdi salama,Büzülmüş şaha.Böyüdü, canlandıDonuq nöqtələr…— Onlar atlılardır,Nöqtə nə gəzər;Bir az yaxşı dinlə,Hey qıya bir bax?Dördnala gəlirlərAtlar çaparaq!Düşmənin də olsaBax, bir az əylən.Özləri igiddir,Atları köhlən.Olunca kefm kök,Yollar da həmvar.Qızışmış atlardaBaşqa ləzzət var!O gün doğrudan daCoşmuşdu atlar.Uçaraq yetişdiQırx, əlli çapar.Yanaşıb ədəbləEl qarğamı şa;Dedilər yoldadırGərdüneyi-şah.Qaçdı məğlub şahınBəti-bənizi,Coşdu, dalğalandıİnsan dənizi.İstidən bayıla,Dərddən boğula;Birdən bütün başlarÇevrildi yola.Gözlər qıyılaraqQaşlar çatıldı.Qələnin bürcündəToplar atıldı.Bəzəkli qurbanlarSərildi yerə.Parladı bıçaqlarTək bircə kərə…Əvvəl bir sızıltı…Sonra təpinmə…— Dinmə, yazıq heyvan,Ölsən də, dinmə!Çevrilmiş gözünləYollara bir bax:Bu gələn gərdunəUğursuz qonaq;Bilirsənmi, qan!..Heyvan qanı içər,İçməyə qan istər,Olmasa insan.Bax belə alqışla,Çırpınıb dur da…Sənin də payın varBu vurhavurda!Belə bir cəlalıGörməmisən sən;Qabaqda QıratınÜstündə gələn,O seyrək saqqallı,Buxağı salla;Yeddi tuğ ardıncaGələn cəlalla;O qanlı şərabdanDoymayan Xaqan.Səndən qan istəyir,Bilirsənmi, qan!..Nodənsə qatilləriBoğmayırmış göz yaşı…Gəldi uğursuz Xaqan,Əyildi xalqın başı.Baxaraq azğın-azğınQan daman gözlərdə,Ürəkdən məğlub şahınƏyləndi sözlərdə.Qalxdı başlar səcdədən,Başlandı çirkin hesab.Dodaqlar üzəngidə -Öpüldü çaxçur, corab.Samur kürkün ətəyiÖpüldükcə marçamarç;Ayini təqdis etdiMəshəf ilə qızıl xaç.Nə fitvalar çıxardıAcgözlü yaltaq xoca!Keşiş də xaç çevirdiYalan qusdu bolluca.Din bir çəkuzandısa,Həm uzanır, bükülür;Həm qaynar qətran olur,Boğazlara tökülür.Sehrli bir halı var,Haqq çıxarır yalandan.Yeni bir fitva tapırHər olandan-qalandan…Qalmadı dal cərgədəBurda da tacirbaşı.Keşiş, xoca, bir yerdəDurmuşdular yanaşı.Əslisi gəldi sankiBağrı yanıq Kərəmin.Edilən dualaraÜrəkdən dedi: "Amin!"Ağsaqqallı bir qocaBir ehtişam əsiri;Uğursuz hökmdarınBeş tuğlu baş vəziri -Yetirdi məğlub şahaBuyruğunu Xaqanın:"Malın, mülkün bizimdir,Amanda, ancaq canın.Qarşı çıxdın Xaqana,Tutmadı, söndü baxtın.Qılınc çaldıq, qazandıq,Bizimdir tac və taxtın"."Yaşasın", bağırtısıQopunca hər bir yandan,Hərəkət əmri verdiLələkli baş komandan.Dal qılınc rikabdarlarYarıb keçdi irəli.Yol açdı gərdunəyəBağrışaraq sərsəri.Beləcə əski parçaBir çırtmayla atıldı;Bütün bu ölkə xalqıÇox ucuzca satıldı.Qaldı bütün kənardaCan verənlər, ölənlər.Satışı təsdiq etdiTox qarınla gülənlər.Axşam çökdü şəhərə,Bir südlü, aylı axşam.Çoxlu xəbər gətirdiŞivənli, vaylı axşam…Ürkək gəzən kölgələrQorxurkən bir-birindən,Göz vurdu yıldızlar daGöylərin kəfkirindən.Hıçqırdı yer bu doğru,Bir bax ki, göy nə hayda?Solğun dodaqla güldüHər dərdə solğun ay da…Ondan gözəl bu zülmüBir can ki, görməmişdi.Qırğında fırlanarkənAy sanki görməmişdi…Aydan cavab almalıAc, kimsəsiz qalanlar…Çaş-baş olub baxırdıAydan soraq alanlar…Axşam düşüncə susduÖz yoxluğilə Allah.Allah yerində qaldıTöyşüklü bir yanıq ah!..Yoxsullar boğulurkənBu qanlı, yaslı vayda,Xaqan dalmışdı eyşəBağlardakı sarayda.Mərmər sütunlu qəsrinSarmaşıqlı eyvanı;Çıraqlarla bəzənmişNurladırdı hər yanı.Çiçəkli köşkü axşamBəzətmişdi əski şah.Xaqan demişdi:"İndi Kef etməmək bir günah.Mənim sadiq vəzirim,Gəl, gəl baxaq hesaba:Vəzirimin saqqalıBoyansın bir şəraba!"Gül əndamlı saqilərDad qatınca kəlamə.Yaşıl çarşaf sərvlərDikildilər səlamə.Uçuşdu rəqqasələrBaş vəzir əl çalınca.Mərmər döşləri üryanBaldırlar da yalınca…Atıldı nazlı qızlar,Töküldü tellər üzə.Min yerdən "can!" deyildiHər axan süzgün gözə…Gülərkən gül üzlü qız,Minalı, güllü qabda;Büllur əyaqda coşduDünya görən şərab da.Dumanlandı beyinlər,Süzüldü gözlər tamam.Əl-ayaqlar göynədi,Əzildi sözlər tamam.Çıxardı sanki yaddanAxıtdığı qanları;Səvərdi sayqısızcaOrda komandanları.Xumarlandı gözləriÇıplaq qadınların da.Sərildilər yerlərəXaqanın yanlarında.Yüksəldi hər tərəfdənŞəhvətli, kirli səslər;Alınlarda dolandıÖlüm iyli nəfəslər…Göründü şəhvət açıqXaqanın sözlərində;Ədəbsizlik qabardıBərəlmiş gözlərində…Qaçışın, yazıq qızlar,Boğsunlar, ölüm barı!Yox, ölüm dadlı isəOynayın, gülün barı!Bu axşam səs çıxarmaqDeyil həddi kimsənin.Günahın ondadır ki,Adm qadmdır sənin.Elə isə durmadanDincəlmədən çal-çağır;Batdımı gözəl səsin,Bağır deyirlər, bağır!..Ey süzən qumral qadın,Yazıqsan, süzmə belə!Qurtarış yoxdur sənə,Canını üzmə belə!..Göstərdilər Xaqana,Kəsmə telli bir qızı;Dedilər ki, "bu Sara -Ölkəmizin yıldızı".Fərqi yox, qoy süzülsün,Baxsın belə dərindən;Nə anlar sərxoş baxış,Saranın gözlərindən!?Kim ki, Saranı gördüÇəkdi xeyli yanıq ah.Bir şey qanmadı ondanO qəlbi kor padişah.O qızıl gül damlayanMeyli dodaqlarında;Pənbə rəngi qızardanPənbə yanaqlarında;Hər dəfə çağrılandaÜrkək gəlişlərində;Qorxusundan ağaranO incə dişlərində;Fikri dərinləşdirənQıvırcıq saçlarında;Qüdrətin qələmiyləÇəkilmiş qaşlarında;Dolğun döşdən qabarmışTöyşüklü sinəsində;Dünyanı alt-üst edənCanlı, büllur səsində;Parlayan aləmləriAnlarım qan içənlər?!Nə bilir çiçək nədir.Kor gəlib, kor keçənlər?!Kar olanlar dünyanınMənasız hay-huyundan;Nə anlardı SaranınOrta, oynaq boyundan?!Donuq bir şey göründüDuyğusuz padişaha;"Oxusun!" əmri çıxdı,Sara coşdu bir daha.Can verən sərxoş gecəÖlürkən yorğun, əzgin -Coşdu qızın səsindəÖlkədə qaynayan kin.Boş yerə bir ölkəninHaqsızca axan qanı;Saranın dodağındaCanlandı, oldu mahnı!..Mən ki səndən doymamışdım,Quş qonmağa qoymamışdım,Bir almanı soymamışdım,Kim sənə kəc baxdı, bağlar?!.Darğınam mən belə baxta,Ürəyim qan laxta-laxta.Bax ki kimlər çıxdı taxta,Küsdü kimin baxtı, bağlar!Çıxmamış gün, atmamış dan,Qanlı bir toz qalxdı yoldan.Qoç igidlər oldu qoldan,Qanlı kəfən taxdı, bağlar!... Sara susunca, xaqanXırlayıb bağırdı: "Hey,Mən Saranın əlindənİstərəm bir qədəh mey!..”Bir oxla ayrılmışdıSara nişanlısından.Düşündü: "İntiqam alGəl onun qanlısından”.Arqunu görməmişdiSon nəfəsdə gülərkən.İndi görmək istədiCəlladını ölərkən.Fırlatdı bir qəhqəhə,Çılğınca qalxdı birdən:"Arqun, sən olmadıqdaYaşayaram necə mən?!Arqun, yetiş, hardasan?Qaldır mənim qolumdan.Qurtarım öz yurdumuHəqarətdən, zülümdən!”... Sara süzdü bir daha,Əlində gülgün qədəh.Rəqqasələr də qalxıbBaşlayınca süzməyə;İti bir hərəkətləZəhər qatdı qız meyə.İndi onun halınıGücdür gətirmək dilə;Ürək çırpıntısındanÇapqınlandı mey belə.Qadınlıq qorxusundanYarıldı gülgün dodaq,Yanaşdı titrəyişləDüşmən şaha bir sayaq;Qansız dodaqlariləÖpdü şahın əlindən."Buyursun padişahım!”Zorla çıxdı dilindən:-Sən çoxdan içməliydinBu gülgün zəhri, ey şah.Şahmarı sağ buraxmaq,Öldürməmək bir günah!... Şahı ölmüş görəndəAçılan gülgün səhər,Qarışdı məclis bütün,Qaçışdı rəqqasələr.... Ayaqlandı bütün xalqArvad, uşaq, qocalar...Çarpışdı son gücüylə,Düşmən oldu tari-marBir qızın hümmətilə...Gözəl qız, həmin ölkəDustaqdan azad oldu.Sara adı xalq üçünƏn sevimli ad oldu..."Azadlıq” eşidincəGülümsəmə belə şad;Saranın məmləkətiKöhnə mənada azad.Orda hər şey asılıQan içən bir kraldan,Sor orda hürriyyətiBaftalı generaldan.Yoxsullar o ölkədəÖzgəyə can vermədə.Hürriyyətin barınıTox qarınlar dərmədə.Sən ancaq istibdadınEşitmişsən adını;Bax, alnımda izi varGörmüşəm mən dadını.Bir bu süzgün baxışlaGün düşən dağlara bax:Mən bu yaşıl dağlardanİllərcə düşdüm iraq!... O qanlı günlər hara,Bugünkü günlər hara.Gözəl qız, yaxşı vaxtdaBaşladın gül açmağa;Bu gün sənin yurdundaNə qul vardır, nə ağa!

Sən bu sərbəst göylərinSərbəstcə ulduzusan.Qayğısız bir ölkəninQayğı bilməz qızısan.Sərbəstdir alnındakıQıvrıcıq tellərin də.Sərbəstdir sənin kimiGün görmüş ellərin də.Elə isə bir də coş,Səsin düşsün dağlara.Sən kimdən çəkinirsən?Qız hara, susmaq hara?!

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов