Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,Mələk baxışlı, gözəl bir qız iştə oynayaraqQoşardı bağçada... bir şey görüb də etdi maraq:— Əfəndim, annəciyim! Şöylə saçdığın nə?— Saqın,Quzum, ayaqlama! Bunlar çiçək toxumlarıdır.Səninçin iştə bir az sonra pənbə, mavi, sarıGözəl çiçəklər açar həpsi; anladınmı?— Xayır,Xayır mən onları sevməm; mənimki pək ayrı,Bu yanda, bax bu kiçik yerdə ayrı olmalıdır.— Pəki, mələk çocuğum, hər toxumdan al da bir az,Bəyəndiyin yerə saç... Kəndin iştə qönçəyi-naz!..Çocuqcığaz gülərək həp birər-birər ayırır;Bu çox gözəl, bu nasıl? — der, saçardı həpsindən,O imdi bir kələbək... hoplayır sevincindən.

Bu vəqədən azacıq bir zaman keçib getdi...Gülümsəməkdə ikən şəms, o növərusi bahar,Təbəssüm etməyə üz tutdu büsbütün əzhar,Sarıb da bağçayı həp rəngə, nura qərq etdi.Fəqət o nazlı mələk nerdə?!.— İmdi yapyalınız,Dərin bir uyquya dalmış məzar içində o qız!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе