Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!Duydum artıq sənin eşqindəki məna nə imiş!..

Bivəfasən, mələk olsan belə uymam daha, get!Kim ki uymuş sana, könlüm kibi divanə imiş.

Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!Anladıq şəfqəti-ayini-məsiha nə imiş!

Səni bir sadədil, azadə mələk sanmış idim,Neyləyim!.. Ah... könül ruhuna biganə imiş.

Səni təqdis edərək bir daha sevməm əsla,Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!

Макта — последний бейт с тахаллусом поэта. Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!Bildik artıq bu cihan mülkü nə viranə imiş!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü pərdə

Два года спустя. Берлин. На верхнем этаже просторная комната, обставленная в немецком стиле. Две двери: слева и справа. Прямо посредине - дверь, ведущая на обширный балкон. По обе стороны балконной двери большие окна. На балконе и в комнате у окон цветы. На правой и левой стенах портреты Шиллера и Гете. В углу за столом Соломон что-то пишет, листает лежащие перед ним тетради и книги. Князь в европейской одежде любуется с балкона видом города. Входит в салон приближается к Соломону.Князь Берлин... Что может быть, скажи,

192812 мин
Beşinci pərdə

Кафе-ресторан в Берлине. Справа и слева — двери. В углу небольшая сцена с окрестром из пяти-шести музыкантов. В центре площадка для танцев, по стенам столики и кресла для посетителей. Первый день мая.Соломон у буфетной стойки читает газету. Официантки — женщины и девушки — убирают со столиков. Женщины болезненно тучны с нездоровым цветом лица, девушки слабы и бледны.

192819 мин
Maral

ƏŞXAST u r x a n b ə y – Ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında.

19131 мин
Birinci pərdə

Vəq’ə Qafqasya şəhərlərindən birində vaqe olur. Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandaliyələr, masalar və sairə...*Maral sol tərəfdəki – açıq bıraqılmış qapıdan içəri girər, kəndi halından məmnun olmadığı yüz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçayı seyr edər və eşidilməkdə olan bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər.*

191322 мин

Стихи других поэтов · О любви