Hərb ilahi qarşısında
Ey odlu şəhpərilə saçan zəhri-intiqam!Ey hərb ilahi! Ey sırıtan kinli əjdaha!Oldunsa bunca qəhrü fəlakətlə şadkam,Artıq bitir şu səhneyi, ey müftəris dəha!Endir şu qanlı pərdəyi, ey rəhnümayi-şər!Endir də bir qədər nəfəs alsın bəni-bəşər.
Sarmış bütün cihanı həyahuyi-dəhşətin:Yalnız bəşərmi pənceyi-qəhrində sarsılan?Hakim havada, yerdə, su altında vəhşətin,Vəhşilərin də zülmdən olmaqda bağrı qan.Qaplanlar iztirab ilə hər an dilər aman,Qartallar iştə etmədə həp tərki-aşiyan.
Ey şiddətü qəzəb savuran hamiyi-zəfər!Artıq yetər, usandı cihan, sən də bir usan!Tərk et şu qanlı torpağı, artıq çəkil, yetər!Hər kəs didişmədən yorulub şimdi ruh açanAzadə bir havada çiçəklənmək istiyor,Pək tatlı bir ümidlə əylənmək istiyor.
Şərr olmadıqca xeyrə qavuşmaq məhal olur.Qəsvətli, sisli hər gecədən bir günəş doğar.Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur,Qan aqmadıqca kimsəyə gülməz o işvəkar.Zatən bu, köhnə yurdumuzun köhnə adəti,Hər tanrının qan içməyə var hüsni-rəğbəti.
Zülmət dağıldı, zülmü fəsad oldu payimal,Hər yerdə sanki haqqü ədalət gülümsüyor.Al bayrağın qanatları altında, pürməalHər çöhrə, hər dodaq saçıyor ləmə-ləmə nur.Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal...Dünyada varmı hürr əcaba? İştə bir sual!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-herb-ilahi-qarsisinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
DÜŞÜNDÜM Kİ…**Düşündüm ki, əməl çəmənzarında
Məndən fələk ayırdı vəfapişə yarimiMəndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.
Qəlbimi çaldı yarın nazla məsiha nəfəsiQəlbimi çaldı yarın nazla məsiha nəfəsi,Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.
Ah... Yalnız sən!Ruhum, ey aşinayi-əsrarım!Həp uzaq, bəzmi-vüslətindən uzaq,