Bazar... Qarşıda çadırçı və çömləkçi dükanları vardır. Taxçalarda hər dürlü çömlək və saqsı
sürahi qoyulmuş, işçilər bir yanda çadır toquyurlar, bir yanda çamurdan çömlək, sair saqsı qablar
yoğurub yaparlar. Yaşıl dalları ətrafa sarqan iri püsküllü söyüd (bidiməcnun) altında şərbətçi sıra
iskəmlə üzərində oturan müştərilərinə şərbət verir. Ortalıqda başqa şeylər də satılır. Xoca, tacir, köylü
və sairə alış-verişlə məşğuldurlar.

Birincisatıcı

(məxsusi bir ahənglə)

Sərin şərbət... Gəl iç, gül şərbətindən. İkincisatıcı

Gözəl halva, doyulmaz ləzzətindən.

Üçüncüsatıcı

Qızarmış tazə əkmək, tazə qaymaq, Çabuq gəl, durma gəl, fürsətdir ancaq.

Neydə “dəşti” çalınar, gənc çadırçı eyni ahənglə oqur.

Gəncçadırçı

Bahar olmuş dedim, xülyayə uydum, Haman bir gözləri şəhlayə uydum.
Adım Məcnun deyilkən dərdə düşdüm, Vəfasız, yosma bir Leylayə uydum.

Çömləkçilər

(başqa ahənglə)

Çamurdan xəlq olunmuş derlər, insan, Qədəh yapdıq biz insan torpağından. Sunub mey ta xərabat əhli ondan,
Unutsun dərdi, gülsün ömrü bir an.

Xərabati ilə Rəmzi bərabər gəlirlər.

Xərabati

(ortayaşlı, qarasaçlı çadırçıya)

Bana baq... Ey, bana baq, ustabaşı,
Gördüyün varmı bizim arqadaşı?

Çadırçı

Kimi?! Rəmzi

Xəyyamı...

Çadırçı

Xayır, görməmişiz.

Xərabati

Bəlkə evdən buluruz.

(İki-üç adım yürür)

Çadırçı

Getməyiniz.
Köçmüş ordan, sataraq var-yoqunu, Altı aydır ki, görən yoqdur onu.

Rəmzi

Görünür, ruhunu sıqmış bu diyar.

Xərabati

Başqa bir ölkəyə varsın, nə çıqar?!

Rəmzi ilə Xərabati yavaş adımlarla getmək üzrə ikən Xəyyam sarıqsız və əbasız olaraq, saçları
dağınıq, arıq və solğun çöhrə ilə qarşıdan çıqar. O tanınmayacaq dərəcədə dəyişilmişdir. Satış için
əlində tutmuş olduğu kitabları uzadaraq onlara göstərir.

Xəyyam

Alın, əsla ələ keçməz bu kitab.

Xərabati

O kitabdan eyidir bizcə şərab. Xəyyam

(kəskin)

Al dedim, al!.. Yeyəcək əkmək için
Para lazım...

Xərabati

(para verir)

Al da rədd ol, miskin!..

Xəyyam

(almaz və qızğın)

Sana qalsın sədəqən.

Xərabati

(əli ilə rədd edər, usanmışcasına)

Haydı, yetər!

Rəmzi

Baqayım bir, nə kitabdır, göstər?

Xəyyam

İbn Sinayı eşitdinsə, oqu,
İştə Şərqin o böyük feyləsofu.
Baq, yaratmış nə böyük xariqələr,
Bir dəha nuri ki, daim parlar.

(kitabları birər-birər göstərir)

Baq, şu “Məntiq”, bu da “Qanuni-şəfa” Bunların qədrini anlar ürəfa. Rəmzi

(şübhəli məraqla ətrafa)

Omu!.. Gerçək omudur?.. Lütf ediniz, Varmı Xəyyamə bir az nisbətiniz?

Xəyyam

Doğmuşuz hər ikimiz bir anadan.

Rəmzi

(Xərabatiyə)

Şübhə yoq, sevgili Xəyyamdır, inan.

(qucaqlayıb öpər)

Nə qiyafət bu, əzizim, bu nə hal?

Xəyyam

Sorma, hiç sorma ki, oldum pamal, Ac qalıb iştə qabıqdan çıqdım.
Bu uğursuz yaşayışdan bıqdım.

Rəmzi

Öncə bir çoq tələbən vardı sənin?

Xəyyam

Həpsi “azmış” deyərək, bəslədi kin, Uğrayan olmadı bir kimsə bana,
Uyudum çoq gecələr acqarına.

Xərabati

Sən ki, bir şair idin pək rəna,
O da bir faidə verməzmi sana? Xəyyam

Şairmi? Saqın, duyduğum ilhamə uyan yoq, Şe’rimdəki əsrarı duyan yoq.
Yoq oqşayacaq ruhumu bir nuri-səadət,
İzlər bəni hər dürlü fəlakət.
Elmimdəki nöqsan ilə cəhlimdəki irfan
Hər an doğurur bəndə bir isyan.
Uydum da xəyalatə, sanıb kəndimi bilgic, Baqdım ki, yaqar beynimi bir hiç.
Bir hiç ki, bütün şübhəli hikmətlərə asi,
Uydurma fəzilətlərə asi.
Gənc ömrümü atəşli dikənlər gəmirirkən Həp varlığa isyan edərim bən.
İsyan!.. Ölü adət və təriqətlərə isyan!
Yaldızlı həqiqətlərə isyan!

Rəmzi

Hiç məraq etmə, keçər, həpsi keçər,
Əsrinin öksüzüdür dahilər.

Xərabati

(Xəyyamın qolundan tutar)

Haydı, gəl, etməyəlim ömrü hədər,
İçəlim badə, bütün qayğı gedər.

Xəyyam

Qorqarım, bəndəki bədbin əhval
Sizə versin də məlal.

Rəmzi

Bil’əkis, səndəki xoş söhbətlər
Bizi dilşad eylər. Çadırçıusta

(Xəyyama yaqlaşaraq)

Buna baq, halına, ətvarına baq,
Sanki zəncirini qırmış dustaq.
Bizə yoldaşdı o rəhmətli baban,
Bir çadırçıydı o da.
Görmədik öylə təmiz bir insan,
Sən nəsin? Bir budala!..

Bazar xalqı çadırçı ustanın sözlərini dinləyərək sinirli və coşğun

Bazarxalqı

Saqın, aldanmayınız, qanmayınız,
İpi qırmış şu hərif,
Saçmadır sözləri, yalınız, yalınız
Adı çıqmış arif.

Çadırçıusta

Başı boş, cibləri boş, qarnı da boş,
Kədərindən sərxoş...

Çömləkçi

O, nücum elminə vaqif kibidir.

Birincisatıcı

Ya, təbabət də bilir.

İkincisatıcı

(Xəyyamın omuzunu oqşayaraq əylənir)

Söylə bir göydəki yıldızlardan,
Süzülən qızlardan... Üçüncüsatıcı

Yeri almış bir öküz buynuzuna,
Hiç inandınmı ona?

Xəyyam

“Ülkər ismilə, diyor, göydə yaşarmış bir öküz, Bu bir əfsanə, yer altında da varmış bir öküz. Arif olsaq bu öküzlər arasından bişək
Görürüz bir yığın ipsiz və yonulmaz eşşək”.

Bazarxalqı

Bir baqın, sayğısız abdal nə diyor,
Bizi təhqir ediyor.

(Rəmzi ilə Xərabatini göstərirlər)

Arqadaşdır ona həp əyyaşlar,
Dəli, azğın başlar.

Çömləkçi usta toqatlayıb yoğurduğu çamurla çömlək yaparaq, Xəyyama

Çömləkçiusta

Yüksəlib arqadaşın Xacə Nizam,

Buldu parlaqca məqam.
Oldu Alp Arslana ən şanlı vəzir,

Sən nədən böylə fəqir?

Xəyyam

Bir düşün, varsa əgər səndə bir az əqlü kəmal, Bu çamur bir yığın insan ki, edərsin pamal.
O həqarətlə, toqatlarla yapılmış qablar,
Dünkü şahlar və vəzirlər ki, bu gün həpsi xəyal. Çömləkçiusta

Biz də az-çoq biliriz, etmə məraq,
Hər kəs er-gec yeyəcək böylə dayaq.

Xəyyam uzun boğazlı və qulplu bir sürahi alaraq diqqətlə süzər

Xəyyam

“Görünür bən kimi olmuş bu da bir aşiqi-zar,
Bağlamışdır onu zəncirinə bir zülfi-nigar.
Gördüyün qulpu çamur parçası zənn etmə, saqın, Bir gözəl boynuna keçmiş qola çoq bənzəri var!”

Bu sırada Sabbah ilə əli heybəli ƏbuTahir yolçu qiyafətində gəlirlər və
Xəyyamın son sözlərini dinlərlər

ƏbuTahir

İştə, Xəyyam.

Sabbah

Omu, gerçəkdən omu?!
Öylə bir şairin iqbalı bumu?

(Xəyyamı qucaqlar)

Xəyyam

Səni ürkütdü bu halım yoqsa.

Sabbah

Nə səfalət, umulur şeymi bu ya?!
Baş vəzir iştə bu gün Xacə Nizam,
Get də anlat, edər az-çoq ikram. Xəyyam

Qapısından keçər olsam, yaltaq,
Sivri dişlər vuruşub saldıracaq.

Sabbah

Bəri gəl, bən bulurum çarə buna.

Xərabati

Dur, canım! Qalsın o işlər yarına.

(Ney çalınır)

Rəmzi

Gəl şu püsküllü söyüd kölgəsinə,
Könül uysün da bir az ney səsinə.

Xəyyam

(heyrətlə)

İşləmiş ruhunu sən’ət və hünər.

Xərabati

Gəliniz.

(şərbətçiyə)

Ey, çabuq ol, şərbət ver.
Püsküllü söyüd altında oturub şərbət içərlər.

Gəncçadırçı

(ney ilə bərabər oqur)

Keçənlərdən bizə əfsanə qaldı,
Sönüb Cəmşidi-Cəm, peymanə qaldı. O parlaq, möhtəşəm kaşanələrdən, Bu gün ıssızca bir viranə qaldı.

Çömləkçilər də eyni sözləri işçi ahəngilə təkrar edib çalışırlar.
Bu sırada Qulam əlində qırbac gəlir.

Qulam

Haydı, yoldan çəkilin, haydı...

Çömləkçiusta

Nə var?

Qulam

Seyrə çıqmış da saraydan qızlar, Haydı yüzlər divara!

Xəyyam

Oldumu ya?!
Göz niçindir əcəba?

Qulam

Sus, budala!..
Qırbacla vurar. Sabbah yola baqar.

Sabbah

(təlaşla)

İştə, Sevda... Bəni birdən tanısa Qızaraq verdirir əlbəttə cəza.

Sabbah çadırların arqasına keçər. Bu sırada Sevda qara qulların daşığı təxt-rəvanda
gələr, ətrafında saray qızları coşğun bir sevinclə şərqi söylərlər.

Qızlar

Alqış təbiətə,
Alqış bu sən’ətə
Dönmüş də cənnətə,
Hər yer gülümsüyor.
Sərməst olub bahar,
Hər səmtə gül saçar,
Yüzlər gülümsüyor,
Yüzlərdə nəş’ə var.

Qızlar əllərindəki çiçəklərdən birər-birər ayırıb Sevdanın ayaqlarına atarlar.
Xəyyam əskin baqışlarla onları süzər.

Xəyyam

Bu gözəl yosmaların çiynədiyi,
Hər çiçək bir gözəlin göz bəbəyi.

Sevda

Bana munis kibidir iştə bu səs.

(Xəyyama)

Söylə, kimsin? Nəçisin?

Xəyyam

Bir bikəs.

Sevda

Hanki sən’ətlə məraq etdin sən?

Xəyyam

İzlərim göydəki yıldızları bən,
Lakin onlar pək uzaqdan daha şən, Daha dilbər və gözəldir, bilsən, Bizə yaqlaşdımı, bəsbəlli, yaqar, O alav səndəki gözlərdə də var. Sevda

(nədimələrə)

Bəni titrətdi bu coşqun sözlər.

Xəyyam

(ətrafa)

Nə qadar işvəli, süzgün gözlər.

Qızlar

Sevda, gedəlim, Sevda,
Xaqan darılır duysa.
Şaşqındır o divanə,
Gəl, gəl, oluruz rüsva.

Sevda

Sus, onda fəzilət var,
Qüdrət və cəsarət var.
Çarpınmada, baq, könlüm,
Bilməm ki, nə hikmət var.

Sevda və qızlar gedərlər, Xəyyam onlar getdiyi tərəfə baqaraq, coşğun.

Xəyyam

Nədir, bilməm, günahım, məst ikən gözlər visalından, Bənim məhrum olan, ey nazlı afət, gül cəmalından; Dəmin ilham alırkən şe’rə bənzər hər məqalından,
Keçər yıllar, xəbər tutmam sevincindən, məlalından. Könül sənsiz səfa duymaz şəfəqlərdən, çiçəklərdən, Bütün ruhumda, vicdanımda sənsin, ah... yalnız sən... Sənin eşqinlə ruhum çırpınırkən, sızlar, inlərkən,
Pərişan, xəstə halım hiç keçərmi bir xəyalından?!

Bu sırada əskəri musiqi ətrafı çınlatır. Sabbah çadırın arqasından çıqaraq yola baqar.

37 Sabbah

Bu nə?

Rəmzi

Alp Arslan, o məğrur insan
Geri dönmüş sanırım Ceyhundan.
Orda etmişdi əhali isyan,
Görünür, susmuş o qızğın tufan.

Xərabati

(Rəmzinin qolundan tutub)

Nəmə lazım, baqalım keyfimizə, zevqimizə,

(Xəyyama)

Gedəlim, haydı!..

Sabbah

Saqın, şimdi sizə
Verəməm sevgili Xəyyamı.

Rəmzi

Niçin?

Sabbah

Çünki fürsət çıqar əldən.

Hacib

(iki qulamla gələr)

Çəkilin!

AlpArslan ətrafını saran saray ərkanı və ordu ilə bərabər gəlir.

Yavər

Yaşasın qutlu, yenilməz xaqan!

Camaat

Yaşasın Alp Arslan!

Yavər

Parlayıb bəxti, səadət bulsun!

Camaat

Yaşasın!..

Bu sırada qolları zəncirli Yusif adlı bir dəliqanlı arqadan gələrək nifrətlə bağırar.

Yusif

Rədd olsun!..

AlpArslan

Susdurun! Kimdir o?

Yavər

Yusif məl’un.

Camaat

Yaşasın!

Yusif

(daha kəskin)

Məhv olsun!

Yavər

Səni Ceyhunda niçin asmadılar? Yusif

Şimdi asdır!

AlpArslan

Bu nə, miskin canavar!

(Yavərə)

İki gün sonra asılsın o dara!
İbrət olsun bütün isyançılara.

Gedirlər, Yusifi də bərabər aparırlar. Sabbah Xacə Nizama yaqlaşır.

Sabbah

Yaşasın xaqan!

Qulam

Sus!

XacəNizam

O kimdir, əcəba?

Sabbah

Möhtərəm Xacə, vəfa, əhdə vəfa.

XacəNizam

(qulamlara)

Çəkilin, haydı!

(Sabbahın əlini sıqaraq)

Əzizim Sabbah.

Nerdəsin? Sabbah

Bir qadar oldum səyyah.

XacəNizam

Nerdə Xəyyam? O, Nişaburdamı ya?

Sabbah

(kənarda durmuş dalğın Xəyyamı göstərərək)

Sizi görmək diliyor iştə o da.

XacəNizam

Ah, o Xəyyammı? Nə pəjmürdə xəyal...

(qucaqlayıb öpər)

Bir böyük şairə layiqmi bu hal?!

Xəyyam

Varlığım bir hiçə bənzər mübhəm,
“Hiç var olmaz, buna yoqdur şübhəm”.
Bana yan baqsa əgər anlamayan,
Sanma eylər buna ruhum isyan.
Anlayanlar belə yan gözlə süzər,
O baqışlar bəni üzdükcə üzər.

XacəNizam

Saqın, aldırma kor olsun da cihan,
Günəşin nuruna gəlməz nöqsan.
Sən küçülsən də böyüksün, hətta
Qopsa zülmət, yenə parlar o zəka!..

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci pərdə

Səmərqənddə, Əmir Teymur sarayında Şərq zevqinə uyğun süslü bir salon... Salonun içi Türküstan, Iran və Hindistan məfruşatilə döşənilmiş... Dört guşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baqımlı və çiçəkli gözəl bir bağça nəzərləri oqşar. O l q a pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dışarıda əskəri marş çalınır.Or x a n (Gəlir. Olqayı görür-görməz arqası sıra gələn D ə m i r q a y aya).

192521 мин
İkinci pərdə

Gözəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr...Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur.

192519 мин
Üçüncü pərdə

Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarınıyerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə!

192522 мин
Dördüncü pərdə

Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür.O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan!

192513 мин

Стихи других поэтов