Содержание
  1. Duvaqqapma
  2. Ölüyə qüsl verilən yerdə şam yandırma
  3. Çillə
  4. Şər vaxtı
  5. Ab, atəş, xak, bad

Страница 1 из 2

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ

“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

Məsələnin daha ətraflı izahı üçün xalqımızın adət və ayinlərini də gözdən keçirməliyik. Bu sahədə tədqiqə o qədər lüzum vardır ki, bunsuz xalq ədəbiyyatının təhlili yarımçıq qalar, çünki xalqı öyrənmənin başlıca yolu onun dimaği məhsullarının toplanmasından daha əfzəl o məhsulların açarını tapmaqdır. Bu “açar” da həyatımızın elmi və tarixi tədqiqindən ibarətdir.

Xalq ədəbiyyatımız əsrlərin məhsulu olan kimi və minbir mədəni nüfuzlardan ilham alan kimi, adət və ayinlərimiz də eyni yolları keçmişdir, burada da zərdüştilik təməl daşı vəziyyəti alır, “Avesta” fəlsəfəsi hər yerdə hökmrandır.

Xalqımızın təqdir etdiyi adətlərdən ən birincisi, heç şübhə yox ki, novruz bayramıdır. Bu bayram o qədər əziz tutulur ki, hətta “Mövludi- Nəbi” belə buna nisbətən yox mənziləsinə gəlir. Səbəbi aşkardır: Xalq özü yaratdığı bir adəti kənardan gələn və qılınc zoru ilə təlqin olunan bir etiqada tərcih edir. “Biz qılınc müsəlmanıyıq” deyən bir millətin islamiyyətə nə qədər yabançı olduğunu izah etməyə lüzum görülmür və əsrlərdən bəri bütün hücumlara rəğmən təntənə ilə keçirdiyi adət və ayinlərin də nədən irəli gəldiyi aydın bir məsələdir. Məqaləmizdən də məqsəd bu məsələni izah etməkdir.

Bu günə qədər adət və ayinlərimiz tədqiq sahəsindən uzaqda qalmışdır. Az-çox novruz haqqında fikir yürüdülmüşsə də, tarix nəzərə alınmamış və məsələ mücərrəd mülahizələr şəklində durub qalmışdır. Şərq müəlliflərinin bu barədə verdiyi məlumat qarışıqdır və çox zaman məsələyə sami etiqadları qarışdırdıqlarından tarixi həqiqət ortada itir gedir. Məsələn, “Bürhani-qate”nin: “Cənab həq aləmi və Adəmi ol gündə (Novruz günü) xəlq elədi” deməsi bizə Tövratı andırır. Halbuki, qədim Azərbaycan və Iran Tövrat fəlsəfəsinə tamamilə yabançıdır.

“Maarif və mədəniyyət”, 1926, № 9 (müəllif)

“Bürhani-qate” ikin ci bir rəvayət də nağıl eləyir: “Cəmşid şah ki ərəblər Mətuşələh deyirlər, səlatini-Pişdadiyandan bir padşahi-məşhurdur, nami-əslisi Cəmdir, əqtabi-ərzi geşt eləyərək Azərbaycan vilayətinə gəlib, ol mövzeyi istehsan etməklə əmr elədi. Bir mürtəfe məhəldə Şərq canibinə doğru bir mürəssə təxti-ali qurdular, kəndisi dəxi əlbisəyi-şahanə geyib və başında mücövhər və müşşə tac ol təxt üzrə mülukanə keçib qərar elədi. Vəqta ki, günəş tülu edib, şəşəəsi ol tac-təxtə toxunduqda bütün ol həvalini qərğeyi-nur və ziya etməklə hər kəs bu keyfiyyəti təyəmmün və istisad edib, ziyadəsilə fərəhnak oldular və bu gün bir yovmimümtazdır deyə o günə “Novruz” ilə təsmiyə elədilər və pəhləvi lisanında şüapərtövə “şid” itlaq olunmaqla cəm ləfzinə izafə ilə ol padşaha Cəmşid dedilər və ol gün cəşni-əzim edib ondan sonra və hər sənə rəsmi – mərqumu icra elədilər”.

“Bürhani-qate” və bütün Iran müəlliflərinin “Novruz”u Cəmşidə mənsub elədikləri tarixi həqiqətdən uzaq görünür. Bir kərə Cəm və mənsub olduğu Pişdadiyan sülaləsi və Firdovsinin qeyd etdiyi əksər adlar tarixi adlar gərək olmasınlar: Yunani-qədim müvərrixlərində başqa-başqa adlar göstərilir və Iran abidə və kitabələrinin son tədqiqi yunanların haqlı olduqlarını meydana çıxartdı. Ola bilər ki, sasanilər təşviq etdiyi kimi, onlardan əvvəlki sülalələrdən bir padşah “Novruz” a artıq əhəmiyyət vermiş, lakin bu adətin bir şəxsə isnad edilməsi məncə doğru deyil. Lakin “Novruz”un Azərbaycan mədəniyyəti məhsulu olduğuna qaneyəm. Buna zatən “Bürhani-qate” də işarə eləyir. Iran mədəniyyətini Midiya və bilxassə Azərbaycan yaratmış və Midiya səltənəti münqəriz olduqda bu mədəniyyət zərdüştiliklə bərabər Irana keçmiş və əsrlərcə pars səltənəti ilə yan-yana azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə eləmişlər. “Novruz” və başqa adətlərimiz də o zamanlardan qalmadır.

Uca
Canib – tərif
Daş-qaşla bəzədilmiş
Cavahiratla bəzənmiş
Parlaq
Şahanə
Həvali – ətraf, civar
Xoş əlamət
Muğların vəzifəsi atəşin bəqası olduğu üçün onlara “Azərban” deyərdilər. Cəmi “Azərbangan”dır
ki, ərəblər “Azərbaycan” şəklinə salmışlar (müəllif)
“Novruz” adətinə “Avesta”da rast gəlmiriksə də, fəlsəfəsi tamamilə oradan alınmışdır.
Qışla təbiətin ölməsi zərdüştilərə qış və soyuğun müzür olduğunu təlqin edir. Odur ki, qışı
Əhrimənin yaradılışı ədd eləyirlər. Zərdüştilik məfkurəsində nurani və sağlam bir aləm
təsvir olunarkən orada soyuq və xəstəlikdən əsər olmadığı qeyd edilir. Bu fakir xalq
ədəbiyyatımızda da əsər buraxmışdır:

Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığar gətirər,
Üçü vurar dağıdar.

Bu sözlərdən görünür ki, xalqımız da qışı “yağı düşmən” və yazı “cənnət bağı” deyə
təsvir eləyir. Eyni fəlsəfəni də zərdüştilikdə görürük: bir tərəfdən yaz təqdir və təqdis
olunur, o biri tərəfdən də qışa etiraz edilir. Birinci “fərvərdin” (mart) ayında, ikinci isə
“azər” (noyabr) ayında icra olunur. Qədim Azərbaycanda il yazla başlardı və ayların adı belə
idi: Fərvərdin, Urdibehişt, Xurdad, Tir, Murdad, Şəhrivər, Mehr, Aban, Azər, Dey, Bəhmən,
Isfəndar. Hər ay otuz günə bölünmüşdü və hərəsinin ayrı- ayrı adı var idi. Ayın birinci günü
“Hürmüzd” adlanırdı. “Fərvərdin”in ilk gününə isə “Novruz” deyilirdi. Deməli, “Novruz”
ilin və yazın ilk günü deməkdir. Bu gün həyatın oyanmasının, qış kimi müzür düşmənin
məğlub edilməsinin bayramıdır. “Novruz” bir rümuzdur: işıq, haqq və həqiqətin qələbəsi
deməkdir. Odur ki, ruhunda əbədi həqiqət daşıyan xalq onu təntənə ilə qarşılayır – hər kəs
təzə paltar geyir, evlər təmizlənir, şamlar yanır, şirnilər düzülür, masalar ciçək, səməni otu
və meyvələrlə bəzənir.
Qədim zamanlar “Novruz” gününə kimi adətlər icra olunduğunu Nizamül-mülkün
“Səyasətnamə”sindən öyrənirik. Bayrama bir neçə gün qalmış carçılar bazarlarda car
çəkərmişlər və sarayın ümuma açıq olduğunu elan edərmişlər. Xalq toplanarmış və hər kəsin

padşahdan nə şikayəti varmış, elan edərmiş. Sonra padşah taxtından enib möbidimöbidanın qarşısında dizi üstə çökərmiş və deyərmiş: “Mənim şəx-

Məsudi “Kitabi-mürəvvicüz-zəhəb və müarinül-cövhər”. Barbur de-Meynardın
1861-ci ildə Parisdə basdırdığı nüsxədən istifadə etdim (müəllif)
On birinci əsri-miladidə yazılıb (müəllif)
Muğların böyüyü, baş ruhani (müəllif)

siyyətimə əhəmiyyət verməyərək, bitərəfanə bu mənə qarşı elədiyi şikayətə bax və hökm ver”. Carçının təkrar carına istinadən şikayətçilər xalqdan aralanıb bir tərəfə yığılarmış və məhkəmə qurularmış. Nəticədə “möbidi-möbidan” iki tərəfin də təqsirini bitərəfanə meydana qoyarmış. Bunu padşahlar məmləkət adamlarına örnək olmaq üçün edərmişlər və hər kəsi haqq və ədalət tərəfinə dəvət edərmişlər. Nizamül- mülkün şəhadətinə görə bu adət Ərdəşirdən Yezdgirdə qədər davam etmişdir.

“Novruz” qədər əhəmiyyətli bayramlardan biri də “Azər” (noyabr) ayında imiş. “Novruz” yazı təqdis edən kimi “Azər” bayramı da qışı zəmm edərmiş. Xalq “kövsəc” adlanan bir şənlik təşkil edərmiş və hər kəs quzu və yağlı ət kimi istilik gətirən şeylər yeyərmiş. Sonra qatıra minmiş birisi qış düşməni rolunda meydana çıxarmış və ətrafdakıların onun başına soyuq su tökmələrinə baxmayaraq, etinasız “gərma, gərma” (“istidir”, “istidir”) – deyə bağırarmış.

Bu bayramla xalq qışdan və soyuqdan qorxmadığını nümayişkaranə elan edərmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xalq ədəbiyyatında bəşəri təmayüllər

XALQ ƏDƏBİYYATINDA BƏŞƏRİ TƏMAYÜLLƏR*Xalq ədəbiyyatı ağızdan-ağıza keçib nəsildən-nəslə intiqal edən ədəbiyyata deyilir. Bu tərif haqqında bütün müdəqqiqlərin rəyi bir kimi görünür. Lakin xalq ədəbiyyatı deyilən bu el fikrinin məhsulu kimə və hankı xalqa məxsusdur deyildikdə, bir az çətinlik çəkilir. Çünki bir xalqın arasında məruf olan bir parça, istər şəkil, istərsə mövzu etibarilə başqa xalqların arasında da görünmədədir. Nağıl, atalar sözü, tapmaca kimi xalq ədəbiyyatının növləri bir çox xalqların ədəbiyyatında da mövcuddur. Şəkil kənarda dursun, müəyyən bir mövzu belə bir çox millətlərin arasında dolaşıb durmadadır. Məsələn: “Skazka” adı ilə məşhur “O xitrosti Didoniya” rəvayəti dünyanın hər bir tərəfinə yayılmış bir hekayədir. Öküz və yaxud inək dərisi böyüklükdə bir yer istənilir, sonra dərini kəsib qayış şəklində geniş bir torpağın ətrafına çəkir, yeri işğal edirlər. Rəvayət bundan ibarətdir.

6 мин
Xalq ədəbiyyatının təhlili

XALQ ƏDƏBİYYATININ TƏHLİLİ*Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır.

16 мин
Vəsfi-hal

VƏSFİ-HAL*Xalqımız arasında novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal salmaq kimi bir adət vardı. Qadın və qızlar toplanaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyəti olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı.

3 мин
Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 мин

Стихи других поэтов