Страница 9 из 9 · 89%

27 təmuz. Bir şey yoxdur.

28 təmuz. Xalam bu gün mənə “göz-nəzər” duası yazdırıb gətirib. Deyir:

– Bala, səni şəhərdə çox deyirlər. Buranın arvadlarının gözü çox pisdir. Dilim qurusun, qorxuram.

Deməli, xalam qorxur ki, mənə göz dəysin. Onun üçün Seyid Həsən ağaya dua yazdırıb gətirib. Duanı xalam istədi şapkama tiksin.

Gülə-gülə dedim:

– Xala, urus papağında dua kəsərdən düşər. Dedi:

– Qadan gözlərimə türkəsayaqlıqdır, heç zad olmaz. Xalam israr etdi. Acıqlandım. Dedim:

– Mən həmşəri deyiləm ki, papağıma dua tikirsən. Xalam xatirimə dəymək istəmədi. Gülməyə saldı. Bu yazıqlar duaya o qədər inanırlar ki, gündə Seyid Həsənin qapısına yol döyürlər.

29 təmuz. Bazarda idim. Asiyanı gördüm. Bacıları ilə mağazaları gəzib gözdən itdilər. Yoldaşlarla çox söhbət etdikdən sonra dedilər gedək bir kef eləyək. Getdik Murtuzagilə. Məxsusi otağı var. Divarlarda osmanlı sultanının rəsmi var. Bir çox şəkilli posta

vərəqələri asılıb. Hamısında da islam aləmi təsvir olunur: türk əsgərləri, tarixi binalar, cameələr və qeyriləri.

Oturduq. Murtuza yaxşı tar çalır, çaldı, ruhumuz ləzzət apardı. Sonra çarpayının altından bir şüşə Kaxetiya şərabı çıxartdılar. Qapı bağlandı. Başladılar içməyə. Mənə təklif etdilər. İstəmədim. Dedilər:

– Fanatik olma, iç. Dedim:

– Fanatik deyiləm, amma ömrümdə heç içmədiyim üçün adətimi pozmaq istəmirəm.

Qulam mənə baxıb gülümsündü. Bir də qədəhi uzatdı:

– Asiyanın sağlığına, – dedi.

Gülümsündüm. Qədəhi aldım, “yaşasın” dedim.

Dodaqlarıma yapışdıqda şərabın acılığını duydum. Gözlərim yaşardı.
Qədəhi yerə qoydum. Daha içmədim. Bilmirəm şərab içənlər bu

Poçt

acı suda nə tapıblar? Yoldaşlarıma da məəttəl qalıram. Onlar çox ləzzətlə içirdilər.

30 təmuz. Evdən çölə çıxmadım. Axşam Mariya ilə söhbət elədim. Məndən məmnun qaldı. Dəftərimin bəzi yerlərini ona oxudum. Qısqanclığını büruzə vermək istəmirsə də, aşkar olur. Çox sıxılır.

31 təmuz. Boş.

1 ağustos. Ayrılıq günləri yavıqlaşır. Göz yaşları ilə bütün şadlıq aləmini sirab edəcəyəm. İki ay nə tez gəlib keçdi. Gözlərimi sanki açdım-yumdum, iki məsud ayı qaib etdim. İndi yenə xaraba şəhərimizə qayıdacağam. Yenə sözbazlıq, qabalıq, cəhalət, yenə palçıq, darlıq, üfunət. Yenə şərq, yenə islam ölkəsi... Qaçmalı, genişliyə çıxmalı.

Yaşamalı və yaşatmalı, həyatın hər dəqiqəsini duymalı, anlamalı.

Bizim 23 yaşımız əbəs yerə məhv oldu. Kim bilir neçələri də məhv olacaq. Yazıq bizə – cəfalı günlülərə.

2 ağustos. Asiyanı gördüm. Ötürdüm. Sabah kluba gələcək. Sabah bircə tez açıla idi. Hər dəqiqəm illər çəkir.

3 ağustos. Xoşbəxt axşam (cümə axşamı). Asiya ilə klub bağçasında bir çox dəqiqələr gəzdim. Hər bir mövzuya dair danışdıq. Ədəbiyyat, arvad məsələsi, yəhudi məsələsi – hamısı gəlib gözümüzün qabağından keçdi. Birdən Asiya dedi:

– Mən elə güman edirdim ki, siz də əqidə və məsləkinizdə Qulama bənzəyirsiniz. Bu axşam əksi məlum oldu.

Asiyanın rəyi məni çox məmnun etdi. Dedim:

– Asiya, mən sizə yoldaşa baxan kimi baxıram. Asiya məmnun oldu və təvəqqe elədi ki, bundan sonra onu “yoldaş” deyə adlandırım.

Başımız o qədər söhbətə qarışdı ki, Asiya rəqsə getmədi. Xülasə, Asiyanın hər bir şeydə mənimlə məsləkdaş olması məlum oldu. Axırda eşqə dair söz açıldı. Həqiqi məhəbbətin ucalığını və paklığını söylədim.

Asiya özünün eşqə mübtəla olduğunu işarə ilə anlatdı. Kimə əcaba?

– Bəlli olmadı...

– Sizin adınızı, – dedi, – evdə yazacağam. Siz də mənimkini yazın ki, əbədi olaraq bir-birimizi unutmayaq. Hərgah indi ayrılsaq və neçə ildən sonra bir-birimizə rast gəlsək, birinci olaraq sizi tanıyıb yanaşacağam.

Avqust

Pərvərdigara! Bu sözləri Asiya söylədikdə nə qədər səmimi və gözəl idi.


Asiya Qafqazda təvəllüd edib. On dörd yaşında ucaboylu, incə bədənli bir qızdır. Xurmayı saçları, qara gözləri, şux dodaqları onu daha da gözəlləşdirir. Asiya çox kitab oxuyur. Bir az da əsəbidir. Acıqlanır, üzü turşalır. Sonra yenə güləşüzlü və xoş rəftarlı olur.

4 ağustos. Nə xoşdur məşuqə ilə gəzilən dəqiqələr. Musiqi çalınır. Ətrafım bütün yaşıllı. Çiçəklər də qoxuyur, təzim edir.

Nə dadlıdır zərif dodaqlardan tökülən sözlər. Təbəssüm parıldayır, oynayır. Ümidlər yağır, həzzlər saçılır. Onda ruh oxşanır, ürək çırpınır. Bütün vücud qanadlanır.

5 ağustos. Asiyanı gördüm. Əlini sıxdım. Mənə soyuq göründü.
Anlamıram. Məni sevirmi? Nifrət edirmi?

6 ağustos. Gördüm. Güldü. Təzim etdim. Ötdüm. Təkrar-təkrarbaxdım. Gülümsündü.

7 ağustos. Dünən Asiyanı tanışlarıgilə ötürdüm. Eşqə dair danışdıq.

Dedim:

– Bu yay mənim üçün ən xoşbəxt yaylardan biridir. Onun üçün bu yaydan çətinliklə ayrılıram.

Asiya üzümə bir nəzər atdı. Qızardı. Sonra sözü dəyişdi.

8 ağustos. Kefim yoxdur. Bu gündən sonra bazara çıxmayacağam.

10 ağustos. Qəribsilənmişəm. Anamı, hətta atamı da könlüm istəyir. Məndə valideyn məhəbbəti heç olmayıb. Bu dəfə, deyəsən, ürəyimdəo hiss oyanır. Amma bilirəm, görməklə hisslərim yox olacaq.
Yenə fəna hərəkətləri ilə məni dilxor edəcəklər...

Əcnəbi anaları övladlarına doğru bir hami və rəhbər ola bilirlər, yoldaş və dost ola bilirlər. Bizimkilər də yumurtadan çıxmış cücələri yenə yumurtaya doldurmaq xahişindədirlər.

Atam mollanın qulu, anam ocaq, dua və cadu düşkünü. Belə batil fikirlilərə mən tabe ola bilərəmmi? Bunların nüfuzu üzərimdə sabit qala bilərmi?..

11 ağustos. Yenə ovqatım təlxdir. “Uşağın” ardınca gəzmək məsələsi yenə xalqı məşğul eləyir. Bəli, Asiya uşaqdır. Qəsdən onunla gəzirəm. Çünki onu sevirəm. Bunu bilməli. Amma anlayan yoxdur. Bazardan Asiya ilə keçdikdə hamı bizə dördgözlə baxır. Elə bil məni söyürlər, məni məzəmmət eləyirlər. Incinirəm, darılıram. Görəsən məni niyə qoymurlar öz ağlıma tabe olum?

Bu barədə mübahisəyə kirişməyə hazıram. Asiyanın böyük bacısı da deyəsən mənə rişxənd gözü ilə baxır. Onunla da danışmağa hazıram.


Gecədir. Yata bilmirəm. Insafım mənə rahatlıq vermir. Asiyanın mənə tay olmamasına bəzi vaxt özüm də inanıram. Birdən özümə sual verirəm: həqiqi məhəbbət üçün yaş məsələsi mühümdür, mühüm deyil?

Mənfi cavab alıb sakit oluram. Min dəfə söylədim ki, Asiya ilə bir dağ çiçəyinin mənim yanımda fərqi yoxdur.

Pərvərdigara! Halım nə yamandır. Anlayan yox, dost yox.

12 ağustos. Zavallı Murad, sakit ol, səbir et, vaxt gələr, səni də anlayarlar. Yadındadırmı, Asiyanın ürküb qaçması? Onda da təlaş etdin, darıldın. Axırda işlər aşkara çıxdı. Vəhşi ğəzalə bənzəyən Asiya ürkmədən əl çəkib sənə öyrəndi. İndi səninlə hər yerə gedir və hər bir söhbətinə girişir. Daha sənə qeyri müsəlmanlara baxan nəzərlə baxmır. Vaxtı gələr, ey Murad, “uşaq”la gəzdiyinin də mənası anlaşılar. Səbir et, gözlə.

13 ağustos. Neçə gün var ki, evdən çölə çıxmıram. İnsanlardan gizlənirəm. Bilmirəm məni niyə incidirlər?

15 ağustos. Asiyanı ziyarət etdim. Qəsdən doyunca danışdım. Qoy nə deyirlər, desinlər.

Şeylərimi toplayıram. Üç gündən sonra səfərdir. Sevinirəm. Axır vaxt bu şəhər də məni təngə gətirdi. Tənhalıq. Hər yerdə mənim üçün tənhalıq. Ürəyim tənha, çəkdiklərim tənha. Qaçmaq, qaçmaq lazımdır.
Məni anlayanları aramalı, dostlar tapmalı...

18 ağustos. Sabah gedirəm. Bu sözlərdə nə qədər məna var. Gedirəm, onun üçün gedirəm ki, yeni bir həyat, bilgi həyatı qazanım burada qızlarla tanış oldum, siyasi leksiyalara getdim. Axırda mənə çox-çox şeylər lazım olması aşkar oldu. Mənə bilgi və yenə bilgi lazımdır. Məlumat toplamalıdır, çoxlu kitablar qiraət etməlidir. Ya bilgi, ya ölüm.


Axşamçağı Asiyanı çağırdım, görüşdük... Sakit idi. Yenə güləş simalı idi. Mən həyəcan içində, min dəfə öz-özümə təkrar etdiyim sözləri titrək səslə söylədim. Dedim:

– Əlvida, yoldaş. Kim bilir, bəlkə daha görüşməyəcəyik. Məni hərdənbir yad edin.

Asiya qızardı. Cəld əlimi sıxdı. Elə bil ki, ayrılığın nə olduğunu əvvəlcə anlamadı. Evlərinə doğru qaçdı. Mən də döndüm. Bir də qapılarının ağzında toxtadı. Dönüb həsrətlə mənə baxdı. İztirabını duydum.

Gülümsündü, qaib oldu...

1914-1935

Случайное стихотворение

Другие произведения автора

Qibleyi-aləmin xalısı

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

3 мин
Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 мин
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 мин
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 мин

Стихи других поэтов