Həyatımın 20 ili
Страница 1 из 10
HƏYATIMIN 20 İLİ
Qarabağda talan var,
Zülfü üzə salan var.
Gedirsən tezcə qayıt
Gözü yolda qalan var.
Əslim qarabağlıdır,
Sinəm çarpaz dağlıdır.
Nə gələn var, nə gedən
Məgər yollar bağlıdır?
Qarabağda bağ olmaz,
Qara salxım ağ olmaz,
Qürbətdə yar sevənin
Ürəyində yağ olmaz.
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran gülüstan olsa
Yaddan çıxmaz Qarabağ.
Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir.
Onun tarixi çox qədim deyildir: iki əsr əvvəl Pənahxan Cavanşir və otuz iki adlı elləri ilə bu yerə gəlib, şəhər salır, ətrafına qala tikdirib oturur. Adı Pənahabad, ya Şuşa qalasıdır. Yeni xanlıq, Qarabağ xanlığı meydana çıxır. Araz çayına qədər hökmü yeriyən bu xanlıq bütün Iran şahları hücumuna baxmayaraq, çar istilasına qədər müstəqil olaraq yaşayır...
Şəhərimizin tarixçəsi bu. Lakin hadisələr bununla bitmir: Vaqifin öldürülməsi, Abbas Mirzənin hücumu, çarizmin istilası...
Şəhərin hər nöqtəsi bir tarix söyləyir: Ibrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü, Dovtələb, Divanxana qabağı, Topxana... hərəsi bir kitab, qanlı və dəhşətli bir səhifədir.
Mən də bu macəralı şəhərdə dünyaya gəldim. Taleyim bu imiş.
O zaman atam Mirbaba Mirabdulla oğlu Aşqabadda imiş. Mənim dünyaya gəldiyimə dair Şuşadan teleqram alır. O ayda evinə düşdüyü dostunun da bir qızı olmuş imiş. Iki ata çocuqların taleyini yoxlamaq üçün Iran təqviminə baxır, orada “Rəcəb əl mürəccəb ayında doğulan uşaqlar bəxtsiz olacaqlar”, – deyə yazıldığını atam gördükdə “gəl bunları evləndirəlim” – demiş və gülmüşdür.
Atamın qeydinə görə mən hicrinin 1301-ci ili rəcəbin 20-də Şuşada dünyaya gəlmişəm, rəsmi vəsiqələrimdə isə doğuluşum 1887, sentyabrın 12-də olmuşdur.
Şuşa o zaman əyalət şəhərləri içərisində ən mədənilərdən biri sayılırdı, realni məktəbi, orta qız məktəbi, şəhər məktəbi, erməni seminariyası, teatrı vardı. Əhalisi 40 minə qədər idi, bunun yarısı türk, yarısı erməni idi. Ermənilər şəhərin qərb cəhətində, türklər isə şərqində yaşayırdı. Türk hissəsi 17 məhəlləyə bölünmüşdü, bir çox xan sarayı, bütün məscidlər qədim hamamlar, rastabazarlar, karvansaralar vardı, şəhərin qalın hasar və bürcləri hələ qalırdı.
Evimiz Çuxur məhəllədə, Mirdinli və Quyluq məhəllələrinin ayrıcında idi. Iki otağımız vardı, xırdasında yaşardıq, böyüyündə (kəllayidə) isə qonaq qəbul edərdik. Ikisinin arasındakı koridorun (qəfəxana) bir tərəfinə məkulat yığılırdı, o biri tərəfində də iri bir su küpü basdırılmışdı, tuluqçu Xan qızının bulağından tuluqda su gətirib oraya tökərdi. Kəllayi “bağdadı” idi – taxtadan düzəldilib üzərinə suvaq çəkilmişdi, xırda otaq isə çubuqdan hörülüb suvanmışdı, ikisinin də xırda şüşəli, enib-qalxma pəncərəsi vardı. Evin qarşısında daş döşəli xırda bir meydança, sol tərəfdə təndirxana, qarşıda ətrafına cağ çəkilmiş güllü-çiçəkli meyvə ağaclı gözəl bir bağça vardı... Bağça ilə küçə arasında daş tağlı dörd dükanımız sallaqxana icarəsində idi. Bunun aşağısındakı çubuq daxmada hamballar yaşardı, aclıq nəticəsi olaraq Iran Azərbaycanının Çəmənzəmin adlı kəndindən qaçıb gəlmiş bu ailəni atam bu daxmada yerləşdirmiş və böyüyünü evləndirmişdi. Bunlar bizimlə bir evli kimi idilər, uşaqları ilə bir yerdə oynar, məktəbə gedərdik. Sonralar “Çəmənzəminli” təxəllüsü qəbul etməm də bu ailəyə bəslədiyim məhəbbətdən irəli gəlirdi.
Ilk çocuqluq dövrüm evimizin ətrafında – Aşağı meydanda, Bəylik eşiyində, Qapandibində keçmişdir. Oralarda çocuq marağı üçün bir çox görkəmli və əyləncəli şeylər vardı. Hələ ətrafımızda yaşayan hər
Rəcəb - ərəb qaməti ilinin yeddinci ayı
bir türk ailəsinin özünəməxsus bir macərası vardı. Yan tərəfimizdəki keçəl Səmədin evi idi, bunun arvadının biri gənc, biri yaşlı idi, bir də görürdün qışqırtı qopdu. Anam məni götürüb haraya gedərdi. Nə görərdik: keçəl Səməd əlində çomaq yaşlı qadının qabırğalarını sayır. Anam seyid olduğu üçün qonşular ona hörmət bəslərdilər – biz gələn kimi qovğa bitərdi. Bu dalaşma elə bir adi şəkil almışdı ki, yarım saatdan sonra kin unudulardı və keçəl Səmədin yaşlı arvadı ip kələfini ərinin qollarına keçirib, deyə-gülə yumaqlardı.
Keçəl Səmədin üst tərəfindəki ev bir başmaqçının idi. Bunun ərdə bir qızı vardı. Gündə bir ərinin zülmündən qaçıb atası evinə sığınar, bir-iki gündən sonra əri əlində sivrim xəncər evi basıb öz arvadını qaçırardı. Bu da mütəmadiyən təkrar edilən bir hadisə olduğu üçün adi bir şəkil almışdı.
Küçənin o tayı mamaça Xanxanımın idi. Bu qarı mamaçalıqla dul qızını və yeddi qız nəvəsini bəslərdi. Ən məşhur mamaça olaraq yalnız şəhər deyil, aran və dağ da onu tanırdı. Kahalarda və meşələrdə yaşayan qaçaqlar, görərdin, gecə yarısı at göndərib Xanxanımı gizlicə apardır. Qarı bir həftə yox olardı, bir gecə xələt və pulla geri dönərdi. Bu ailə ilə qonşudakı halvaçı Məşdinin arasında düşmənçilik vardı, tez-tez qovğa qopardı. Təsəvvür edirsinizmi? – Yeddi-səkkiz qadın Məşdinin yıxıq daxmasına hücum edir, qızlar daxmanın nallarına ip bağlayıb dartırlar, qara palçıqla hörülmüş daşlar tökülür, vəlvələ qopur...
Dərənin kənarında çubuq bir koma.
Dul bir qarı əri qaçmış qızı və kiçik nəvəsi ilə yaşayır. Il uzunu bu komadan həvə səsi gələr – hana toxunar: iki arvadın aylıq qazancı on manat edə-etməyə. Acyalavac, sönük bir həyat. Kiçik nəvə atasını xatırlamır, kişi evləndikdən bir neçə ay sonra ailəsini buraxıb getmiş, indi səsi arandan-dağdan gəlir – köçərilər arasında həkimlik edirmiş. Bir axşam qarı gəlib bizə çıxdı. Həyatın acılıqları əks etmiş üzü həm kədərli, həm də şən idi. Anama müraciət edərək:
– Əziz bacı, – dedi, – axı qızın əri gəlib çıxmışdır. Bu axşam bizdədir, sabah tezdən gedəcək. Sən allah, kəlin baxın, sonra söz-bez çıxmasın...
Zavallı qarı sonra çocuq olarsa, dedi-qodu olmasın deyə, qonşulara yalvarıb, şahid sifəti ilə evinə çağırırdı. Doğrudan da uzun illərdən bəri yox olmuş “həkim” arvadı ilə bir yataqda yatmışdı. Səhər tezdən “həkim” getdi, bir daha qayıtmadı, sonralar dağda öldürülüb çaya atıldığı duyuldu. Doqquz ay sonra arvadı əkiz doğdu, zavallı ailənin qayğısı bir qat daha artdı.
Yanlarındakı daxma Palçıq Qasımın idi. Arvadı ilə mehriban bir həyat sürərdi, sonsuz olduqları üçün “qəlbləri sınıq” idi. Qasım altıyeddi ay davam edən qışı ac və işsiz idi, köçərilər gəlib dağa gedəndə, Qasım qazanca başlardı: süd, qatıq alıb satardı. Bir gün Qasımın xəstəliyini eşidib onlara pay aparmışdım, yaz yağışları başlanmışdı. Qasımın damı damır – komada quru yer yoxdu: qab-qacaqlarını polis “qalıq pulu” əvəzində apardığı üçün damcının altına qoymağa da bir şeyləri yox idi...
Maraqlı qonşularımızdan biri də Kosa Əhməd idi. Ikimərtəbə gözəl evləri, cənnət kimi çiçəkli bağçaları vardı. Iki qarıyıb evdə qalmış bacısı il uzunu xalı toxuyub, kəllayiyə yığardı. Kosa da baqqallıqla onları bəslərdi. Bu üç subay adam böyük evin kiçik bir otağına yerləşmişdi – başqa otaqlar döşəli və tərtəmiz qalar, oralara qıyıb ayaq belə basmazdılar. Yazda həyət min rəng çalar, qıyıb bir bənövşə belə qırmazdılar. Doyunca yeməz, geyməz, girib-çıxmaz, əllərinə düşəni yığıb saxlardılar. Bu ailəni məqsədsiz zənn etməyin – nəhayət, Kosa Əhmədə bir gəlin bulacaqlarından ümidlərini kəsmirdilər. Nə etməli ki, bu nisgilli ailənin diləyi yerinə yetmirdi: qızların qul kimi satılan vaxtında Kosa Əhmədə qız verən yox idi. Neçə də versin. Əhmədin qaşı yox, kirpiyi yox, üzündə və qaşında tükdən əsər tapılmazdı. Ha üzünə və başına həna yaxırdı, ha hamama gedib, tövbə edirdi-bir şey çıxmırdı; bacıları da ki, nəzir aparmamış ocaq qalmamışdı. Amma deyildiyinə görə vaxtı ilə Əhmədin lopa bığları, sallaq birçəkləri varmış. Sonra, allah baisin evini yıxsın, pis yollara düşür, cüzam olur...
Iştə, çocuqluğumun bir dövrünü əhatə edən insan həyatı! Əksəri səfil, ac, avam, sənətsiz-savadsız. Küçə çocuqlarına qoşulmaq bizə yasaq edildiyi üçün vaxtımızın çoxusunu taxtapuşa çıxıb qonşuları seyr etməkdə keçirərdik. Qonşularımızın ən zəngini kor A... idi: ikimərtəbə evi və böyük bağı vardı; ev böyük darvazalı yüksək hasarla qavranmışdı. A... qəddar bir müamiləçi idi, qızıl toqqa qurşar, qızıl saatının uzun zəncirini ipək arxalığının döşündən sallardı. Bu adam heç kəsə inanmazdı, kimsəni evinə buraxmaz və ailəsi də hamamdan başqa bir yer görməzdi. Çocuqları darvazanın arasından yad adam gördükdə, vəhşi qaz sürüsü kimi, ağız-ağıza verib bağırışardılar...
Taxtapuşumuzdan bunların uzun artırmaları, dəmir taxtapuşun ətrafına qonmuş hədsiz-hesabsız göyərçinləri, dizə qədər çıxan yaşıl otlu bağları görünərdi. A.-nın bir qayınanası vardı, bunu kürəkəni evdən qovmuşdu, lakin arvadın getməyə yeri olmadığı üçün A.-nın korluğundan istifadə edərək, gizlincə olaraq onun evində yaşayırdı. Bunun bir dəst xeyir-şər paltarı vardı, yeni paltar ala biləcəyindən ümidini büsbütün kəsərək bu paltarı göz bəbəyi kimi saxlardı və yırtılmasın deyə, əyninə almazdı. Evdə əlinə düşəni, hətta kişi paltarı belə geyib dolanar, isti havalarda fitəli belə olduğunu görərdin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-heyatimin-20-ili
Другие произведения автора
Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Стихи других поэтов
Ov bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,
Çağır məniNə zaman ki, bir həsrətdən yandı sinən,Nə zaman ki, yollar üstə dayandın sən,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
AlmasınBimürvət yar məni candan elədi,Tutubdu dəstində ay ağ almasın.