İkinci şəkil
Страница 1 из 2
Naum əfəndinin iş otağı. Gözəl yazı masası üzərində gümüş yazı takımı, lampa və kitablar var.
Masanın önündə iki qayış qoltuk qoyulmuşdur. Divarın dibində meşinlə örtülü taxt və kitab dolabları
var. Divarlardan cürbəcür şəkillər və xəritələr asılmışdır.
Naum əfəndi oturub yazır və arabir cibindən saatını çıxarıb baxır.
Nauməfəndi (yerindən qalxıb otaqda gəzinir). Vaxt keçir. (Əllərini ovuşdurub fit çalır) Gecikdi. (Qapı yavaş tıkkıldayır, baftalı paltarlı qapıçı gümüş təpsidə vizit-kart gətirir).
Nauməfəndi (Təpsidən kartı götürüb baxır). Gəlsin (Qapıçı yavaş addımlarla çıxır).
Süleyman Salehbəy (Qapdan başını içəri soxaraq). Gəlmək olarmı?
Nauməfəndi. Buyur. Buyur əfəndim (Görüşürlər. Masanın qabağındakı qoltukda yer göstərir, özü də keçib arxada oturur) Nərələrdəsən? Görükməyirsən... Bir iş yapırsanmı?
Süleyman Salehbəy (sıxılaraq). Hala, heç bir iş...
Nauməfəndi (heyrətlə). Deməli berikdirdiyin paraları yeyib, bitirirsən... Sonra?..
Süleyman Salehbəy (düşünərək). Yavaş-yavaş Fransızca öyrənirəm...
Nauməfəndi. Öyrəndin nə çıxır. Fransanın ən yüksək məmurunun maaşı bizim kimilərinin adi bir ziyafət məsrəfini ödəməz.
Ha-ha-ha! Sonra, sən Fransızcayı mükəmməl də bilsən, mövqe alamazsan, çünki sən əcnəbisən... Həqiqət böylədir! Sən bəzi divarlarda yazılmış hürriyyət, qardaşlıq, bərabərlik sözlərinə inanma, onlar əskidən qalma şeylərdir. Onlara inanan və əhəmiyyət verən də yoxdur, ha-ha-ha!
Süleyman Salehbəy (məyus bir halda). Siz məni büsbütünm ruhdan düşürürsünüz.
Nauməfəndi (gülərək). Doğru söz adamı ruhdan düşürməz, həqiqət böylədir.
Süleyman Salehbəy. Pək eyi, nə etməli?
Nauməfəndi (gülərək). Bax bu sual xoşuma gəlir. Şunu sən mənə əvvəldən versəydin, mən doğru yol göstərərdim... Şimdi sən mənim sualıma cavab ver: yeni bir şey duymayırsanmı?
Süleyman Salehbəy (düşünərək). Düşünürəm, bir şey görməyirəm.
Nauməfəndi. Qəzetlərdə nə var?
Süleyman Salehbəy (düşünərək). Kürd üsyanından başqa bir şey yoxdur...
Nauməfəndi (gülərək). Bu azmı? Iştə bizə şu lazım.
Süleyman Salehbəy. Şəxsən bizə faydası varmı?
Nauməfəndi (gülərək). Yahu. Hər bir hadisə para deməkdir. Bura Parisdir... Burada hər bir hadisə alınıb satılır... Yalnız hadisədən istifadə yollarını bilməli...
Süleyman Salehbəy (sevinərək). Pək eyi, bən hazıram (Hava qaralır. Naum əfəndi durub elektrik lampaları yandırır, yerində oturur).
Nauməfəndi. Şimdi, əfəndim, məsələ böylədir. Qəzetləri təqib edirsən. Məsələnin zahirindən başqa bir də iç tərəfi var. Kürdüstan üsyanında ingilis barmağı görükür. Şimdilik məqsəd kurd istiqlalı deyil. Mosul neftini ələ gətirməkdir. Üsyan müvəffəqiyyət qazanarsa, ingilis himayəsində bir kürd dövləti də meydana çıxa bilər. Təbii, Kamal üsyanı çapuq söndürməyə çalışacaq. Lakin yolların fənalığı nəzərə alınarsa, hər halda hadisə bir aydan az davam etməyəcək. Şunları söyləməkdə məqsədim var.
Süleyman Salehbəy. Naum əfəndi, müqəddiməndən bir kambinezon olduğunu duyuram.
Nauməfəndi. Təbii kambinezonsuz yaşamaq qabilmi?.. Fikrimi anladayım. Paris bursası bütün siyasi hadisələrə qarşı həssasdır. Hər teleqraf xəbəri orda maraqla dinlənir. Şimdi biz də işsiz durmamalıyıq. (Sükut) Belə hadisələrdə neft krallarının altun kisələri açılır, bacaran ciblərini dolduracaq.
Süleyman Salehbəy (gülərək). Fikrini açıq söylə, bir şey anlamayıram.
Nauməfəndi. Fikrim kürd hadisələrindən istifadə edərək... bir istiqraz yapmaqdır.
Süleyman Salehbəy (heyrətlə). Hansı abdal parasından bezmiş?
Nauməfəndi (sakit). Bunu məsələyə vaqif olmayanlar deyə bilər. Madam ki, mən işə başlayıram, deməli, əsasım var. Sən bir şey ki, qeyb etməyursan. Mən sana bir çox para vermək istəyuram. Razısanmı?
Süleyman Salehbəy (sevinclə). Hay, hay, əfəndim! Paradan kim qaçar ki?
Nauməfəndi. Dinlə. Şair xəyalı ilə uğraşmağa vaxtım yoxdur. Bən iş adamıyam. Bənim silahım bursadır. Bursa ilə də aşnayam. İstiqrazı yapacayam, fəqət bəzi hazırlıqlar lazımdır.
Süleyman Salehbəy. Nə kibi?
Nauməfəndi. Mətbuatda əvvəlcə bir-iki teleqram buraxmalı. Biri Bağdaddan, biri Beyrutdan. Kürd təxtinə namizəd bir adamın Kürdüstandan çıxıb da Avropaya səyahətə gəldiyini elan etməli. Bir az sonra Həzrəti-Şəhriyar Marselə azim olur. Parisə gəlib Şanz-Elize otelində iqamət buyurur, ha-ha-ha! Anlada bildinmi?
Süleyman Salehbəy (gülərək). Ah, Naum əfəndi, fikrinə nələr gəlir.
Nauməfəndi (ciddi). Iştə, Şanz-Elizedə Həzrəti-Şəhriyarın ətrafında dəbdəbəli bir hailə təşkil edərək işə başlayırız. Məsələ əfkari- ümumiyyəni ildırım qüvvəsi kimi qaplayıb, məqsədə varmaqdır.
Bir dəqiqə qaib etsək, iş pozular.
Süleyman Salehbəy. Pək eyi, qəzetlər yazdı, əfkari-ümumiyyə hazırlandı. Maraqlanıb, Şanz-Elizeyə gedən oldu... Sonra?
Nauməfəndi. Nə sonra? Getsin. Gedər, Kürdüstan padşahı onu qəbul edər, ha-ha-ha!
Süleyman Salehbəy (heyrətlə). Bu padşah şimdi, nərədədir?
Nauməfəndi. Burada (Salehi göstərərək), mənim qarşımda oturmuş.
Süleyman Salehbəy (qəhqəhə ilə sıçrayıb qalxır yerindən). Yahu, bən padşah? Bən Həzrəti-Şəhriyar? Ha-ha-ha! Bənimlə əylənirsənmı? Şakamı yapırsan? (Əli ilə özünü göstərərək) Saleh kral? Ha-ha-ha!..
Nauməfəndi (sakit və ciddi). Saleh kral. Heç bir şaka yoxdur. Para qazanmaq üçün bin vasitə var, bu da biri... Məsələdən uzaq düşməyək. Burada hazırlıq yapandan sonra, sən Marselə gedib, birinçi sinif vaqonda Parisə dönərsən. Stasionda səni təntənə ilə qarşılayıb avtomobildə Şanz-Elizeyə götürüriz... Maraq etmə, bu işə əlli min frank təxsis etmişəm... İyirmi dəfə artıq qazanmasam, sərf etmərəm... Şimdi sən söylə görüm, adamın varmı?
Süleyman Salehbəy. Nə adam? (Oturur).
Nauməfəndi. Elan verəcəyiz ki, Kürdüstana göndərmək üçün könüllü toplanır. Bu iş ilə məşğul olan iki adam lazımdır.
Süleyman Salehbəy. Var. Burada azəri tələbələrindən Bağır adlı birisi var.
Nauməfəndi. Bacarıqlı adamdırmı?
Süleyman Salehbəy. Şeytan şeydir. Siyasi mühafillərlə də əlaqəsi var, zənn edirəm gizli vəzifəsi böylə var. Hər yerə girərçıxar, sirrindən də baş açmaq olmaz.
Nauməfəndi. İşimizi pozmaz ki?
Süleyman Salehbəy. Para versən, gözəl çalışar... Bir də Xəndan əfəndi var – sərsəri bir şairdir. Onun da maddi ehtiyacı böyükdür, para versək, məmnuniyyətlə çalışar. Türkiyyədən kusüb gələnlərdəndir.
Məbus olmaq istəmişsə, intixab etməmişlər.
Nauməfəndi. Pək eyi. Şimdi Qaston de Mustaza telefon edəlim də gəlsin, qəzetlərlə əlaqəyə girsin. (Telefon borusunu götürüb qulağına tutur) Allo – 44-45. Alo. Müsyö Qaston de-Mustaz evdədirmi? Özüdür? Axşamın xeyir. Tanıdınmı? Kimdir?.. Doğru!.. Bu saat işin var?.. Yaxşı evdə gözləyirəm. Avto ilə gəlsən daha gözəl olar.
Əfəndim, maraq etmə, parasını verərəm... Allaha ismarladım. (Telefon borusunu yerinə qoyur).
Süleyman Salehbəy. Bu kimdir?
Nauməfəndi. Mətbuatçıdır. Nə məsələyə dair sifariş versən, üç-dörd günün müddətində bir kitabça yazıb gətirər. Yarın qəzətlərdə bax da, gör nə maraqlı teleqramlar nəşr edəcək.
Süleyman Salehbəy. Məlumat verilsə, qəzetlər nəşr edərmi?
Nauməfəndi. Təbii, məccanən yox, pul verəcəyik. Burada, əfəndim, hər şey alınıb-satılır. Para hər şeyə hakimdir. Pul ver, qəzet baş məqaləsində bir fahişəni Həzrət Məryəm kimi təsvir etsin. Əfəndim, Avropa başqa bir aləmdir. Burada olanlar bizim şərq qafamıza sığmayır. Burada məzar belə satılır, həm də vaqon kimi sinif-sinifdir.
Yoxsula yer yoxdur. Beş min frankı olan ölü ancaq beş il məzarda yata bilər, əbədi istirahət üçün çox pul gərək. Zənginlərin itlərinə it qəbiristanında yer var, fəqir adama insan qəbiristanında yer yoxdur. Bunun üçün hər bir fırıldaq çevir də zəngin ol. Buranın qanunu belədir.
Süleyman Salehbəy (heyrətlə). Yahu, bənim üçün sanki yeni bir Amerika kəşf olunur. Əcaba, mədəni Avropanın mədəniyyəti nərədə? Heyrət!
Nauməfəndi. Bu mədəniyyət zənginlik mədəniyyətidir, zəngin olmayana heç bir şey yoxdur. Bənim də, sənin də zəngin olmağa haqqımız yoxdurmu? Vasitə qəbahət sayılmaz, məsələ məqsəddədir...
Bir də bir şeyi unutma, yoxsul olsan meyitin bir baş klinikə götürüləcək,burnu kirli tələbələr əllərində bıçaq üzərində dəlləklik öyrənəcəklər, ha-ha-ha..! Vəzifəni bildinmi?
Süleyman Salehbəy. Naum əfəndi, bir şeyi anlaya bilməyirəm – paranın bu qədər qiyməti olan bir məmləkətdə neçün boş yerə istiqrazlar verirlər?
Nauməfəndi. Əfəndim, Avropa üçün boş yer yoxdur – verilən istiqraz gec-tez hökumət vasitəsilə zəif bir hökumətin üzərinə yüklənəcək. Bunu bilməlisən. Sonra, avropalılar o qədər acgözdürlər ki, para qazanmaq üçün paranı qumar masasına atan kimi atırlar (sükut). Iştə, bu vəziyyətdən istifadə edəlim. (Sükut, səsini dəyişərək). Deməli, adamların var.
Süleyman Salehbəy. Var.
Nauməfəndi. Pək eyi. “Kral”ı qarşılamaq üçün istasyona da bir adam getməlidir. Adamları təşviq etmək üçün onlara bir az para ver (masanın qutusunu açıb, pul çıxarır). Eyi olar ki, bunların hərəsinin bir rəsmi əlbəsəsi olsun... Zənn edirəm, hələlik beş min kafidir (pulu uzadır).
Süleyman Salehbəy (gülümsəyərək). Yetər əfəndim (pulu alır və məmnun bir surətdə qoltuq çibinə qoyur).
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-hezreti-sehriyar-ikinci-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“1917-ci ildə” həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.Bu yeni dövrü qismən təsvir edəcək “Tərtər” adlı romandan sonra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.
İkinci kitab, birinci hissə1**Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.
İkinci kitab, ikinci hissə1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.
İkinci kitab, üçüncü hissə1**Ternopola doğru yürüyən tren başdan-başa siyasi münaqişəyə qapılmışdı. Birinci sinifdən tutmuş üçüncü sinfə qədər – hər kəs qruplara ayrılıb, bəhs etmədə idi. Leninin nitqləri, “Pravda”nın məqalələri, bolşevik təbliğatı hər şeydən artıq beyinləri atəşləndirmişdi. Artıq müharibənin əvvəllərində süni olaraq coşdurulmuş vətən hissi sönmüşdü. Burjua qəzetlərinin təhrikinə baxmayaraq, “Son zəfərə qədər müharibə” şüarı da ölmüşdü. Kerenskinin cəbhədə hücuma keçilməsi əmri də əksəriyyət arasında təsir doğurmamışdı. Sülh və asayiş xəyallarda hökm sürən yeganə bir qüvvə idi. Inqilabdan razı olmayanlar üçün hələ vətən, boş da olsa bir məna ifadə edirdi. Bunlar müharibənin davamını, müttəfiqlər arasında imzalanan müahidələrə riayət edilməsini, zəif səslə də olsa, irəli sürürdülər. Komandan qismi isə olduqca bədbindi, ordunun hərbə müstəid olmasına inanmırdı.
Стихи других поэтов
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
برق اولمادی ” قیزیم گئجه یاندیردی لاله نیپروانه نین ” اودم ده باخیر دیم اداسینه
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,