İkinci kitab, ikinci hissə
Страница 1 из 8
1
Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.
Bələdiyyə idarəsinin arxasında xırda bir oteldə yerləşib, yaxın qəhvəxanalardan birinə getdi. Burası adamla dolu idi – masaların ətrafında oturanlardan başqa, bir çoxu ayaq üstə duraraq bərkdən danışırdı; mövzuları həp ticarətdən idi – şəkər, un, sabun, gön sözləri tez-tez təkrar olunurdu. Qəhvəxana adətən bir bursa şəkli almışdı.
Rüstəmbəy qəhvəxananın tüstülü havasından dilgir olaraq, gəldiyinə də peşman oldu. Lakin geri dönməyə də ərindi, bir masanın kənarında duraraq, südlü qəhvə ismarladı. Qarson ancaq beş dəqiqədən sonra gətirə bildi. Rüstəmbəy cəld içib çıxdı.
Hava gözəldi; kəstanə çiçəklərinin qoxusu İnsanı məst edirdi. Cəbhədən xilas olmuş Rüstəmbəy asudəliyini duyaraq sevinir, eyni zamanda da nərəyə gedəcəyini, nə cür vaxt keçirəcəyini də bilmirdi. Kreşşatikə çatdı. Nəzərini ilk cəlb edən Stolıpinin abidəsi oldu: sabiq baş nazirin heykəlini qaldırıb, pyedestalın yanına yıxmışdılar. “Sizə böyük sarsıntılar lazım, bizə böyük Rusiya lazımdır”, – deyə yazılan sözlər hələ pyedestaldan silinməmişdi. Abidənin ətrafına beş-on adam toplanıb, abidə pilləkənlərinin yuxarısında duran və şapkasının kokardını qırmızı şilə ilə örtən bir zabitin nitqini dinləyirdi. Rüstəmbəy də maraqlandı – abidəyə yaxınlaşıb, qulaq asdı. Zabit məzuniyyətdən dönüb cəbhəyə gedirmiş, inqilab ordusuna fədakarlıqla xidmət edəcəyini vəd edirdi.
Rüstəmbəy gülümsünərək, abidədən uzaqlaşdı. Mağazaların ağzında qutular qoyulmuş və üzərində: “Qəzetəni oxuduqdan sonra buraya salın, qəhrəman ordumuza lazımdır”, – deyə yazılmışdı.
Bütün gördükləri Rüstəmbəy üçün yeni idi – şəhərdən çoxdan çıxmışdı. İki il əvvəl olduğu kimi, hər yer hərbi əlbəsəli adamlarla dolu idi; sivil libasa az təsadüf olunurdu. Gözəl geyimli qadınların sayı bəlkə bir az da artmışdı. İqtisadi böhrana baxmayaraq, həyat coşubdaşmada idi.
Rüstəmbəy Nikolay küçəsinə çatdı, dayandı. Buradakı meyvə mağazası sahibi İmranı xatırladı. Türk tələbələrinin həmişə İmranın mağazasına toplandığını bilirdi. Nikolay küçəsinə dönüb, dördüncü nömrəli mağazaya girdi. Onu ucaboylu, qırmızıyanaq, başının yanları ağarmış bir gənc gülə-gülə qarşıladı:
– Ya Allah, Rüstəmbəy! – deyə əlini sıxdı.
– Ya Allah! Sağlıq-salamatlıqdırmı?
– Niyə.
– İşlərin necədir?
– Yaxşıdır. Sən necəsən, büsbütün gəldinmi?
– Yox, yenə gedəcəyəm.
İmran gülər üzlə sandalya verib, Rüstəmbəyin oturmasını rica etdi. Rüstəmbəy oturdu. Bu əsnada mağazaya bir xanımla bir kişi girdi. İmran Rüstəmbəyi tərk edib müştəriləri nəzakətlə qarşıladı. Rüstəmbəy yerindən qalxdı:
– Səftər içəridədirmi? – deyə sordu.
İmran diqqətini müştəridən ayırmayaraq başını tərpətdi. Rüstəmbəy xırda qapıdan mağazanın arxa tərəfinə keçdi. Kirli bir koridorun sol tərəfindəki qapını tıqqıldatdı. İçəridən rusca:
– Kimdir? – deyə səs gəldi.
Rüstəmbəy içəri girdi, yarımişıq, kirli, rütubət qoxulu bir otaqda paslı çarpayıdan bir gənc qalxdı. Rüstəmbəyi görcək iri burnu üzünə yayıldı. Çapıq kimi yanaqlarını parçalayan iki qırış bir az da dərinləşdi və tənəli qaşları yuxarı qalxaraq:
– Pah, balam zemqusar oldun getdin ki!.. – dedi və bir neçə saniyəlik fasilədən sonra: – kasıb adamıq, yatırıq... bu saat durum, – dedi.
Səftər qaşlarını hələ təbii yerinə endirməyib, solğun yorğanını atıb, ayaqlarını çarpayıdan aşağı salladı. Paltarını geyinərək:
– Balam, oralar necədir? – dedi, – bura qarış-bulaşdır... Cuhudlar bütün malları gizlədirlər; gümüş pul yox oldu... heç bir şey tapılmır.
Rüstəmbəy:
– Bizdə bolluqdur, – dedi.
– Yəqin qənd gətirmisən, çayı da yalnız içirsən, – son sözləri deyərkən, Səftərin yenicə normal şəkil almış qaşları yenə də yuxarı doğru çəkildi. Üzündə həsəd əlamətləri görülməyə başladı.
– Bir şey gətirməmişəm, – deyə Rüstəmbəy Səftərin qələyana gəlmiş ruhunu təskin etdi.
Səftər geyindi, koridora çıxdı. Bir az sonra üzünü yuduğu divardan asma yuyuncağın cingiltisindən bəlli oldu.
Rüstəmbəy gözlərini gəzdirərək otağa tamaşa edirdi – hər yer kir və toz içində idi; öldürülmüş taxtabitilərin qanı solğun şpaleri ləkələmişdi; künclərdəki qurumlardan milçək ölüləri asılmışdı... Bura tam bir “musurman” mənzili idi.
2
Səftər Veylabad tacirlərindən Bikef İbadın oğlu idi. Bikef İbad şəhərdə xeyrəşərə yaramayan, fərdi həyat sürən bir adamdı. Onun nə evdə, nə də dışarıda şad bir halını görən olmamışdı; gülmək məfhumu ona yabançı idi. Az danışar və yavaş danışar. Verilən salama belə yalnız dodaqlarının tərpənməsi ilə cavab verərdi. Ticarət üsulu da tühaf idi – kimsə ilə şərik olmanı sevməz, bankla əlaqədə bulunmaz və varidatını da özündən başqa kimsə bilməzdi. Arvadı və uşaqları belə onun işlərindən xəbərsizdi. Səftəri gimnaziyaya vermişdi, ondan heç bir şey əsirgəmirdi, lakin ticarətin sirlərinə vaqif etməkdən çəkinirdi.
Bir gün Bikef Ibad iflas etdi. Borcluların əlindən şəhəri tərk etmək məcburiyyətində bulundu. Xokənddən xəbəri gəldi. Orada bir rus qadını ilə evləndiyi duyuldu. Veylabaddakı ailəsi başsız qaldı. Onlara məktub belə yazmamağa başladı.
Səftər gimnaziyanı bitirib, Kiyevə gəldi və əqrabalıq həsəbilə İmranın mağazasının arxasında yerləşdi. Bu dar otaqda Səftər, mağaza qarsonu və İmran dörd il bir yerdə yaşamışdılar. Əvvəllər çarpayıda İmran, pəncərənin önündəki batıq taxtda Səftər və döşəmənin üzərində də qarson yatardı. Bir il əvvəl İmran başqa bir mənzil tapıb çıxmış və çarpayı Səftərə qalmışdı...
Səftər üzünün suyu süzələnərək içəri girdi və çarpayının başına atılmış kirli havlını götürüb qurulandı.
– Balam, heç nişandan-zaddan almısanmı? – deyə qəhqəhə ilə güldü, – doktor Vəlibəy cəbhədən bir “Stanislav” gətirib lap döşünün ortasında gəzdirirdi. Ha-haha!.. Heç onu gəzdirməzlər ey!.. Onu biz görmüşük paradda-zadda taxarlar; bu həmişə döşünə taxırdı. İnqilabdan sonra gizlədi. Indi onun yerində bax, bu yekəlikdə (iki baş barmağı ilə şəhadət barmaqlarını uc-uca qoyaraq, bir dairə təşkil edib qaşlarını qaldırdı) bir qırmızı bant taxır. Rüstəmbəy:
– Vəlibəy buradadırmı? – deyə cəld soruşdu.
– Buradadır, buradadır. Sabah iclas olacaq, görərsən.
– Harada?
– Qulamrzagildə.
– Xəlil bəs harada olur?
– Yenə gördüyün yerdə.
– Bəs qurtarmır?
– Qurtarır... ya da qurtarmış – bilmirəm. İmranın içəri girməsi söhbəti kəsdi:
– Ay Səftər, samovar gətir. Rüstəmbəyə çay ver.
İmranın sözlərinə cavab olaraq Səftər koridora çıxdı, samovarı püflədiyi eşidildi.
Çox çəkmədi içəri çirkdən göyərmiş yanı batıq bir samovar gəldi.
İmran komodun qutusundan bir az çörək və çatlaq boşqabda bir az saralmış pendir çıxarıb masanın üstünə qoydu.
Səftər çay tökdü. Masanın ətrafına yığıldılar. İmran çıxıb mağazadakı qarsona bir şeylər tapşırıb, yenə döndü.
Çay əsnasında Rüstəmbəy tələbələri birbəbir soruşdu. Mir Cəfərin də burada olduğunu öyrəndi. Bütün mitinqlərdə nitq söylədiyini dedilər. Bir həftə əvvəl Çingiz Fatma xanımla Qafqaza getmişmiş...
Qapı cırıltı ilə açıldı. İçəri didik bığlı, sallaq dodaqlı, əyribel bir adam girdi. Əynində boğazınadək düyməli, uzunqol bir geyməsi, uzun çəkməsinin üstünə qırış-qırış toplanmış bir şalvarı vardı; çəkməsi, görünür, aylardan bəri silinməmişdi; dörd-beş gündən bəri qırxılmamış üzündən kəsalət yağırdı. Döşündə darülfünun nişanı vardı. Rüstəmbəyi görcək iri ağzını açıb, kirli dişlərini göstərərək:
– Xoş gəlmisən, – dedi və iri, qəssab əlinə bənzər əlini uzatdı.
Rüstəmbəy yerindən qalxmayaraq:
– Ya allah, Cabbar, sən də buradasan?
– Buradayam.
– Nə qayırırsan?
– Qulluq edirəm.
İmran Cabbarın başına qapaz salıb, Rüstəmbəyə tərəf yönəldi:
– Bunun qulluğu adam dolaşdırmaq, şərirlikdir...
Səftər İmranın sözlərini kəsərək:
– Özü də Qulu ilə bərk dostdur.
Rüstəmbəy:
– Onda, Cabbar, “elmi-şuma məlum şud” dedi. İndiyə qədər mehriban görünən Cabbar birdən dilgir oldu:
– Bəsdir; paxırınızı açaram, – dedi və hirsindən gözlərinin çanağı genəlməyə başladı. İmran qəhqəhə ilə onun döşündən itələdi:
– Nə paxır açacaqsan, oğraş? – dedi. – Özün başdan-ayağa paxır deyilsənmi?
Cabbar daha da hiddətləndi:
– Ağzımı açdırmayın, – dedi və dönüb qapıdan çıxdı. İmran qəhqəhəsində davam edirdi.
– Elə bilirsiniz köpək oğlu küsdü – yox; özünü yeməyə yetirəcək.
Peşəsi orada-burada sülənməkdir. O günü bir kağız yazıb ki, mənə əlli manat göndərməsən özümü öldürəcəyəm. Mən də yazdım ki, cəhənnəmə, gora öldür.
Səftər yenə qaşlarını qaldırdı:
– Sən öl, lap adımızı batırıbdır. Anası Suyuyumşaq Ballı Veylabadda məşhur olan kimi, bu da burada məşhurdur. Rüstəmbəy başını bulayaraq dərin düşüncələrə daldı.
3
Axşam Rüstəmbəy Xəlilin görüşünə getdi.
Xəlil təhsilini qurtarıb vətənə dönmədən əvvəl bir-iki aylıq vaxtını kefə həsr etməyi qət etmişdi. Rüstəmbəy Xəlilin yanında ortaboy, çəlimsiz və tühaf bir qız gördü. Xəlil gülümsünərək:
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Qoz ağacıHər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.
Стихи других поэтов
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
ای شاه چو کردگار بگشاد ترادر ملک بقای جاودان داد ترا