Bəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox
şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında
palitra və fırçalar görünür. Döşəməyə xalı salınmışdır. Divarın yanındakı kanapenin üstünə qurama örtü
və arxasına hərəkə xalçası salınmışdır. Şüşə caməkanlarda cürbəcür minaatürlü şərq kitabları, rəsmlər,
qitələr və kitabələr var. Pəncərələrin arasından çərçivədə Konya çiniləri asılmışdır. Tabloların
arasındakı məsafələr əski türk silah və geyimləri, şərq qadını zinətləri ilə bəzənmişdir. Süleyman
Salehbəy ilə Bəhicə kanapenin üstündə oturub, şən bir halda danışırlar. Süleyman Salehbəy qara
pidjakda, Bəhicə isə şıq paltarının üstündən mavi iş xalatı geyinmişdir.

Süleyman Salehbəy. Ah, Bəhicəciyim, bilsən nə məs’udam. (Bəhicəni qucub öpür). Sanki dünyaya yenidən gəlyorum.

Bəhicə (xoş əda ilə). Amma çox nazlı imişsən...

Süleyman Salehbəy. Quzum, hər vəziyyət...

Bəhicə (qalxaraq). Aman!.. (dinləyir) çocuq durmasın da... Ah, mini-mini yavurcuğum ağlayır (cəld qalxır).

Süleyman Salehbəy (qalxır). Qadınlar nə axmaq olurlar: Bəhicə zənn ediyor ki, doğrudan bən ona koca olacağam. Yox, bunların həpsi oyundur. (Özünü çəkərək gəzinir). Bən, İbadullanın istilahınca, kələk səhnəsinin artistiyəm.

Bəhicə (qapıdan baxaraq). Salehciyim, gəliyorlar, sən qarşıla, bən çocuğu uyudum, gəlyorum. (Gedir. Süleyman Salehbəy otaqdan çıxır və haman amerikalı iki qız ilə girir. Qızlar paltolu və şlyapalıdırlar).

Süleyman Salehbəy (qızlara). İştə Bəhicə xanımın atelyesi. (Göstərir).

Birinciqız. Ah, nə gözəl! Nə gözəl!.. Tam bir sənət məbədi... (Tablolara yanaşır)... Bu tabloların hamısı Bəhicə xanımındırmı?

Süleyman Salehbəy. Əvət.

Birinciqız. Çox gözəl.

İkinciqız (yandakı bir tablo qarşısında). Yəqin, bu İstambul qürubudur.

Süleyman Salehbəy. Əvət (birinci qız da o tabloya yanaşır).

İkinciqız. Incə minarələr qürubdə nə gözəl görünür.

Birinciqız. Gözəl çəkilmişdir, böyük salona süs verəcək bir tablo... Əfəndim, bəs Bəhicə xanımın özü hanı?

Süleyman Salehbəy. Çocuğumuzu uyudur, şimdi gələr.

Birinciqız. Siz bağışlayın, Bəhicə xanımın zövcüsünüzmü?

Süleyman Salehbəy. Əvət.

Birinciqız. Çox məmnun olurum (əl verir, yoldaşı da görüşür).

Bəhicə xanım çox mədəni xanımdır. İngiliscə də mükəmməl danışır, İstambulda amerikan kolleci bitirdiyini söylədi.

Süleyman Salehbəy. Əvət (Bəhicə girir, qızlarla görüşür).

Birinciqız. Bəhicə xanım, zövcinizlə tanış olmaq şərəfinə nail oldum, çox incə zatdırlar. Sizdən müsaidə almaqsızın bəzi tabloları gözdən keçirdim. Əfv edərsiniz.

Bəhicə. Bir şey deyil.

Birinciqız. Tablolar o qədər gözəldir ki, ayrıla bilməyirəm (təkrar tabloların tamaşasına dalırlar).

İkinciqız. Bəhicə xanım, lütfən bu tablonu izah edərsinizmi?

Bəhicə. Bu, əfəndim, zeybək oyunudur. Milli türk rəqsidir.

İkinciqız. Tühaf geyimləri var.

Birinciqız (bir ayrı tablonu göstərərək). Bu kimdir?

Bəhicə. Bu türk şairəsi Xalidə ədib xanımdır. Onbaşı rütbəsində milli orduya girmiş və yunanlarla müharibə etmişdir... (Göstərir).

İştə müharibəyə gedərkən...

Birinciqız. Xırda bir vücudda nə böyük cəsarət var.

Bəhicə. “Atəşdən kömlək” adlı romanı ingilis dilinə tərcümə olunmuş. Verərəm oxursunuz.

Birinciqız. Məmnuniyyətlə. Çox maraqlı olar.

Bəhicə. Bu qoca türk qadını manqal qırağında oturub, hərəm ağasına fala baxdırır.

Birinci və ikinciqız (bir yerdə). Bu çox maraqlıdır. (Tablonun qarşısında dayanırlar).

Birinciqız. Bu çox orijinaldır... mütləq bənim olmalıdır.

Süleyman Salehbəy (Süni məhcubiyyətlə). Məələsəf, bu tablo və sıradakılar satılmışdır... (Bəhicə Süleyman Salehbəyə heyrətlə baxır).

Birinciqız (təəssüflə). Xeyr. Bunu artıq para verib o adamdan almaq olmazmı?

İkinciqız. Bunları alan xöşbəxt kimdir?

Süleyman Salehbəy. Şərq prinslərindən Bağırbəydir. Özü böyük sənət aşiqidir, bu yolda çox da para sərf edir. Gözəl kolleksiyası var. (Bəhicə dalğın bir halda bütün söhbət əsnası Süleyman Salehbəyi süzür).

Birinciqız (heyrətlə). Gözəl kolleksiyası var? Aman, onu görmək mümkün deyilmi, bəlkə, bu tabloları bənə güzəşt edə. Birə iki para verməyə hazıram.

Süleyman Salehbəy. Görmək olar, ancaq tabloları güzəşt edərmi?.. Bilməyirəm...

Birinciqız (israrən). Lütfən onu nə vaxt görmək olar?.. Bu prins gəncmi, qocamı?

Süleyman Salehbəy (gülümsəyərək). Prins gəncdir. Tələbədir.
Gözəl və şən bir adamdır.

Birinciqız (düşünür). Prins evlimi?

Süleyman Salehbəy. Xayır...

Birinciqız (şən çöhrə ilə). Zənn ediyorum, tabloları güzəşt edər. Prinslər alicənab və incə olurlar. Qadına qarşı hörmət bəsləyirlər.

Zənn ediyorum, bu prins də nəcib və əsil bir ailəyə və yüksək bir tərbiyəyə malikdir.

Süleyman Salehbəy. Təbii, əfəndim, hər halda güzəşt edər.

Birinciqız. Aman, nə gözəl olar! (düşünərək). Prins bura gəlməyəcəkmi?

Süleyman Salehbəy. Gözləyiriz, katibi ilə bərabər gəlməlidir.

Yeni bir şeylər də ismarlayacaq.

Birinciqız. Aman, nə səadət?

İk inciqız. Katibi də prinsdirmi?

Süleyman Salehbəy. Əvət, o da zadəgandır.

İkinciqız. Aman, nə səadət! O da sənət məftunumu?

Süleyman Salehbəy (bir az düşünərək). Necə deyim, o da başqa bir xilqət: qadın və əyləncəni çox sevər.

İkinciqız (gülər kimi). Əyyaşmı?

Süleyman Salehbəy. Xayır, əfəndim, şən bir məclis adamıdır.

Deyər, gülər, rəqs edər... Çox gəncdir.

İkinciqız (şən). Aman, nə səadət! (Düşünərək). Bəs nə üçün gec gəldilər?

Süleyman Salehbəy (saata baxır). Zənn ediyorum, bir dəqiqədən sonra gələrlər. (Qızlar palto və şlyapalarını çıxarıb kanapenin üzərinə atırlar və atelyeni dolaşaraq güzgü arayırlar).

Birinciqız (Bəhicəyə). Tualet otağınıza getməyə müsaidə edərsinizmi?

Bəhicə (istər-istəməz). Buyurunuz. (Qızların hərəsi Bəhicənin bir qoluna girib, oynaq bir halda otağı tərk edirlər).

Süleyman Salehbəy (öz-özünə).İ iyidir. Lakin... Bəhicənin xoşuna getməyir. Baxırsan bir dəfə də açıb ağzını Bağır və İbadulla haqqında bir söz belə söyləmək istəməyir. Bu, hər adamın doğrusunu sevir. (Sükut)... Eh, nə etməli, həyati təcrübəsi yoxdur.

(Bərkdən). Daha bilməyir ki, dünya dolaşıq xaliqin dolaşıq bir məhsuludur; yaşamaq üçün dolaşıq olmalısan. Məqsəd – iştə insana qüdsiyyət verən mələk. Vasitələr və yollar tez unudulan şeylərdir... (Bəhicə qızlarla geri dönür).

Birinciqız. Süleyman Salehbəy, nə məsud atasınız – çocuğunuz o qədər dilbər ki,

Süleyman Salehbəy. Mersi. Görünür, çocuqları çox sevirsiniz.

Birinciqız. Çıldırıram!

İkinciqız (kənara). Ah, çıldırmazmı? (Düşünərək) Bu prinslər də gəlmədilər. (Xidmətçi qız təbsidə iki vizit kart gətirir. Süleyman Salehbəy alır).

Süleyman Salehbəy (oxuyur). Prins Bağır bəy fon Mərdəkan, prins

İbadulla fon Kəlbəcər... Prinslər təşrif buyurmuşlar. (Xidmətçi qıza) Buyursunlar. (Xidmətçi qız qapıya doğru yürüyür. Qızlar o yan-bu yana yüyürüb güzgü arayırlar. Biri redikülünü açıb güzgüyə baxır, o birisi əlindən qapıb özü baxmaq istəyir. Bəhicə bir tərəfə çəkilib hiddətlə tamaşa edir).

Birinciqız (bir-birinin əlindən qarmalamağa çalışırlar). Sən bir burax.

İkinciqız. Yox, sən burax!

Birinciqız. Prins ikidir!

İkinciqız. Burax. Prins gəlir!

Birinciqız. Bu redikül sənin deyil... səninki oradadır (kanapeni göstərir).

İkinciqız (kanapeyə doğru qoşur). Aman ya rəbbi, bir az gec gələydi! (Güzgünü çıxarıb tualetini düzəldir).

Bağır, İbadulla və Xəndan əfəndi içəri girirlər. Üçü də vizitkalıdır. Xəndan əfəndiyə vizitka yaraşmayır. Bağırın gözündə monokl var. Qızlar cəld redikülləri atıb məhcub bir halda biri o birinin arxasında gizlənir.

Bağır. Bonjur, əfəndilər!

İbadulla və Xəndanəfəndi (bir yerdə). Bonjur! (Bəhicənin və Süleyman Salehbəyin əllərini sıxırlar. Bəhicə olduqca soyuq davranır).

Süleyman Salehbəy. Bonjur! Bonjur! Xoş gəldiniz. Müsaidə ediniz, madmazelləri zati-nəcabətlərinə təqdim edəyim. (Qızlara). Madmazellər, müsaidənizlə. (Bağır, İbadulla, Xəndan əfəndi yeriyib qızların əllərini sıxırlar.

Xəndan əfəndi tələsərək, ikinci qızın ayağını basdayır).

İkinciqız (ayağını qaldıraraq, üzünü turşadır və Xəndan əfəndiyə tərs-tərs baxaraq). Ah, bu nə zırrama!

Xəndanəfəndi (kənara çəkilərək ayağına xor-xor baxır).
Lazım olmayan yerdə kəklik kimi səkir. Burda topuq vurur, bu da talesizlikdəndir.

Bağır (Tabloları süzərək). Bən bu atelyeyə gələndə ciddən böyük zövq duyuram. Bu sövqü yalnız mütəəssib bir rəhban madon qarşısında duya bilər.

Birinciqız (məsum bir halda). Prins, eyni zövqü duyan bir amerikan qızcığazı da var.

Bağır (ona yanaşaraq). Sizdəmi bir sənət könüllüsüsünüz?

Birinciqız (Boynunu çiyninə qoyaraq, xoş bir əda ilə). Könüllüsü deyil, məftunuyam.

Bağır (qızın əlini əllərinə alaraq). Deməli, sənət zövqü bizim qəlblərimizi bir-birinə yaxınlaşdırır... Çarpıntılarını bir-birinə qovuşdurur.

Birinciqız (ona sıxılaraq). Təbii, deyilmi?

Bunların danışığını maraqla dinləyən Xəndan əfəndi, birdən pərt olaraq dəftər və karandaşını çıxarıb, karandaşını ağzında islada-islada şeir yazır.

İbadulla (ikinci qıza). Sizdəmi rəsmi sevənsiniz?

İkinciqız (məhcub bir halda). Doğrusu...yox...

İbadulla. Mən də yox

İkinciqız. Əylənmək, həyatı xoş keçirmək...

İbadulla. Coşmaq...

İkinciqız. Daşmaq...

İbadulla. Eşq alovunda...

İkinciqız. Yanmaq, odlanmaq...

İbadulla (ikinci qızın əlini əllərinə alaraq). Bəs nə durmuşuq?

İkinciqız (Ibadullaya sıxılaraq). Bilməm ki.

Xəndanəfəndi (maraqla tamaşa edərək). Həriflər görən tez anlaşdılar. Ənfəs.

Birinciqız (tabloları süzərək). Prins, deməli bu gözəl tablolar... mənimdir.

Bağır. Təbii!

Birinciqız (ona sıxılaraq). Ah, bilsəniz nə məsudəm!

İkinciqız (Ibadullaya). Prins, deməli burdan sonra bərabərcə əylənəcəyiz?

İbadulla. Təbii! Təbii!

İkinciqız (ona sıxılaraq). Ah, çıldıracağam.

Xəndanəfəndi (kənara). Sən niyə çıldırıyorsun, qoy mən çıldırım.

Süleyman Salehbəy (Bəhicənin qoluna girərək). Prinslər, prinslər, iləridəki müştərək həyatınızda bizim kimi xoşbəxt olmanızı bütün səmimiyyətimlə diləyirəm. (Bəhicə hiddətli bir halda gözlərini yerə dikir, durur).

Hamı. Mersi! Mersi!

Xəndan (kənara). Yaxşı, bunlar “mersi” deyir, çünki qaz vurub qazan doldurmuşlar, bəndən sormalı ki, ay abdal, sən niyə “mersi” deyirsən.

İkinciqız (Bağıra Xəndan əfəndini göstərərək). Bu da sizing yoldaşınızdırmı?

Xəndanəfəndi. Həriflər məni necə tez unutdular.

Bağır. Əvət, şərqlidir.

Birinciqız (maraqla). Xristiana, bənzəməyir... Anfidelmi? Kafir?

Bağır (düşünərək). Öylə olacaq.

Birinciqız (heyrətlə). Ah, anfidel Xristian olmayır?

Xəndanəfəndi (kənara). Məhəmməddən nə xeyir gördüm ki, İsadan nə xeyir görüm.

Süleyman Salehbəy. O şairdir, şairlər ilhamdan başqa din tanımazlar.

Birinciqız. Ah, şairdir. Maraqlıdır. (Qızlar larnetlərini qaldırıb, onu diqqətlə süzürlər).

İkinciqız (Larnetlə baxmada davam edir). Şairə bənzəyir, çünki çox kədərlidir.

Xəndanəfəndi (kənara). Hım... Kədərim olmazmı?

Süleyman Salehbəy (müsafirlərə). Prinslər, prinslər və Xəndan əfəndi, yemək otağına buyurunuz, bu məsud dəqiqələrin şərəfinə badənuş olalım.

Hamı. Mersi! Mersi!

Xəndanəfəndi (irəli yeriyərək). Kərəm buyurunuz. (Bağırı, İbadullanı və Süleyman Salehbəyi göstərrək). Bən bunlar kimi yalançı və adam aldadanları bir yerdə şərab içməm. (Üzünü kənara tutaraq) Ah, zorluların əziyyətinə davam edən əməkçi xalqım, səndən ayrıldığıma peşimanam. Bu gündən etibarən mən təkrar səninəm. Vətənə dönəcəyəm və səninlə şanlı əmək yoldaşı olacağam. (Yoldaşlarını göstərərək). Lənət bu fırıldaqçı aləmə (gedir)!

Süleyman Salehbəy (Bağırın və İbadullanın üzünə baxaraq). Şair yenə axmaqladı.

Bəhicə (Süleyman Salehbəyə). O axmaq deyil, siz axmaqsınız.
Bütün işiniz fırıldaqçılıqdır. Kral olmuşdunuz, şimdi də prinssiniz. Yetər bu rəzalət. Utanmazlar! (Qızlara). Madmazellər, bu gənclərin heç biri prins deyil. Bu oyunların həpsi məxsus sizin paranız üçün qurulmuşdur.
Sakınınız sizi aldatmasınlar.

Qızlar əllərini oğlanların qollarından çıxarıb, kənara çəkilir və düşüncəyə dalaraq qalırlar. Gənclər Bəhicəni hiddətlə süzürlərı.

Pərdə

1935

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yaş söhbətləri

Müəllim Mirzə Həsənlə Mirzə Bağır həmişə görüşəndə yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətilə qurtarır. Keçən il Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı danışmışdılar, hansının böyük və hərəsinin neçə yaşı olduğu meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə Həsənlə Mirzə Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində görüşdülər.İkisi də məsələsini bilirdi – bir-birini görcək hər ikisi yaşdan danışmamağı qət etdi. Lakin bir-birilə küsülü deyil idilər ki... Buna görə görüşən kimi:

4 мин
Qibleyi-aləmin xalısı

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

3 мин
Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 мин
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 мин

Стихи других поэтов