İkinci hissə
Страница 1 из 17
1
Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...
Fətəli xan da köhnə kininə davam edərək, Kürü tez-tez keçir, Qarabağ kəndlərini dağıdır və xalqı Qubaya əsir aparırdı. İranda əvvəlki kimi yenə xanların bir-birilə çarpışması davam edir və bəzən Arazın bəri tərəfinin də asayişini pozurdu. İbrahim xan bir tərəfdən Şişəni bərkidir, o biri tərəfdən də Kür və Araz qırağında qoşun saxlamaq məcburiyyətində qalırdı. Daxildə də işlər yolunda deyildi: erməni məlikləri və keşişləri rus sarayı ilə olan əlaqələrində davam edirdi və Qarabağın hərbi əhəmiyyəti olan bütün əhvallarını ruslara bildirirdilər.
Rusların nəzərini cəlb etmək üçün onlara imkan dairəsinə sığmayan vədlər verirdilər: böyük ordu və sursat təklif edirdilər, ölkədə mövcud olmayan gümüş mədənlərindən bəhs edirdilər...
Xan qaynı Cümşüdü yanına çağırtdırdı. Cümşüd qorxu içində gəldi.
Xan Ağası bəylə oturub, düşüncəyə dalmışdı. Cümşüd salam verdi. Xan onun salamını almadı. Bir az ayaq üstə qaldıqdan sonra xan onu qəzəblə süzüb: – Otur! – dedi və həyəcanla danışmağa başladı:
– Balam, sən erməni, mən müsəlman – heç məndən əziyyət görmüsən?
Cümşüd itaətli bir halda:
– Allah eləməsin, xan, – dedi, həmişə hörmət görmüşük!
– Bacın neçə ildir ki, mənim əyalımdır, məndən güldən ağır bir şey eşidib?
– Allah eləməsin!
– Atan məndən, ya rəhmətlik atamdan heç incimişdi?
– Allah rəhmət eləsin, nə rəhmətlik Pənah xandan, nə də səndən bir tikə də inciməyib.
– Yaxşı, bəs bu məliklər məndən nə istəyir? Deyirlər ki, Dızaq məliyi Isa ruslara bel bağlayıb, alt-üst danışır. Bilmir ki, bir İsanı, on İsanı, yüz Isanı, – burada xanın səsi yüksəldi, – yox eləmək mənim əlimdə bir qurtum su içmək kimi bir şeydir!..
Cümşüd yavaş səslə:
– Əlbəttə ki, xan!.. – dedi. – Bilirsən ki, bu başı batmış dörd məlik mənim atamla da düşmənçilik edib. Qudurğanlıq edirlər.
Xan yenə hiddətləndi:
– Qudurğanın boynunu sındırarlar! – dedi. Rəhmətlik atam o qudurğanların kəllələrindən Xaçında minarə tikdirdi, yenə ağıllanmadılar?
– Xan bir ağız dayanıb, neypuşun ucunu yanıqla dodaqlarına söykədi və bir iki dəfə çəkib, sakit oldu. Ehmal bir səslə sözünə davam etdi:
– Biz dedik, müdarə ilə dolanaq, sənin bacını aldım ki, aralıqda qohumluq da olsun. Daha üzdə bir, dalda da ayrı cür olmaq demədik.
Adam yorğanına görə ayaq uzadar, cəmi Qarabağ xanlığında 6 min evsiniz, bir dəfə göz eləsəm, sizin toxumunuzu yer üzündən kəsərlər.
Amma mən pislik eləmək istəmirəm. Deyərlər: “Papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”. Adam gərək gerisini düşünsün. Petro padşah sizə nələr vəd eləmişdi, nə oldu? Köməyə gələrəm deyə, “dəliyə yel, əlinə bel” verdi, sizi müsəlmanların canına salmaq istədi.
O qonaq idi – gəldi, getdi, ortalıqda qırılan siz oldunuz. Bu, yaddan çıxdı?
Xan susub, qəlyan çəkməyə davam etdi. Birdən neypuşu ağzından çıxartdı, əli titrəməyə başladı, çənəsi əsdi:
– Ağası! – deyə kələntərə müraciət etdi: – Bu saat Dızağa üç yüz atlı göndər o köpək oğlu İsanı tutub assınlar, evini, mülkünü dağıtsınlar!
Daşı daş üstə qoymasınlar! Mən onu Dızaq sığnağına yüzbaşı tikdim, daha başıma bəla demədim.
Ağası bəy dik qalxdı:
– Baş üstə! – deyib, yanı-yanı çıxdı.
Cümşüdün rəngi üzündən götürülmüşdü: xan ilə yalqız başına bir otaqda qalmaq ən böyük bir əzab idi. Yaxşı ki, xan ansızın:
– Gedə bilərsən! – dedi və Cümşüd ayağa qalxıb, getdikdə xan bir az mülayim bir səslə: – Get, ermənilərə söylə ki, ağıllarını başlarına yığsınlar!
Cümşüd ancaq artırmaya çıxdıqda dərin və asudə nəfəs ala bildi.
Otaqda tək qalan xan bir neçə dəfə qalxıb-oturdu: bardaş qurdu, rahat olmayıb, dizi üstə əyləşdi, təkrar döşəkçəni düzəldib, bardaş qurdu. Bu əsnada qapının yanında dik durub qalmış pişxidmət öskürdü: xan cəld çönüb, onu heyrətlə süzdü:
– Nə öskürək vaxtıdı bu? – deyə qışqırdı. – Get Şahməmmədi bura çağır!
“Şahməmməd” adı eşidəndə pişxidmətin rəngi saraldı. Gözlərinin yaşını axıdaraq səcdəyə düşdü:
– Atam, anam sənə qurban, xan! – dedi. – Məni əziz balalarının başına çevir. Biədəblik elədim, öskürdüm!
Xan xalı üzərində üzüqoylu düşmüş nökərinə baxıb, bir şey anlamadı.
Nökər yalvarıb, ağlamasında davam edirdi. Birdən xan qəhqəhə ilə gülərək:
– Dur, axmaq! Şahməmmədi ayrı iş üçün çağırıram! – dedi.
Pişxidmət başını qaldırıb, şübhəli gözlərlə xana baxdı və qəribə bir təşəkkür ifadəsilə:
– Belə sənə qurban olum, ay xan! – deyib otaqdan çıxdı.
Bir az sonra Şahməmməd içəri girdi. Bu bədheybət adam xanın gözünə sataşdıqda, sanki xan ona qarşı bir ikrah duydu, üzünü turşudaraq:
– Bu nədi? – dedi. – Eşitdim, qardaşın yenə təzə bir igidlik göstərib?!
Şahməmməd məsələni bilirdi, başını aşağı dikib, xəcalətindən tərlədi,
Vaqifin içəri girməsi onu bu ağır vəziyyətdən qurtardı. Vaqif oturub, məsələni duyar-duymaz:
– Xanməmmədmi? – dedi. Dostum da olsa, bir az qorxaqdır!
Xan sərt bir səslə dedi:
– Çağırtdır, gəlsin görüm!
Şahməmməd baş əyib getdi.
Xanın yenə üzü sərtləşməyə başladı.
– Axund – dedi, – görürsən, ermənilər yenə tüğyan edib. Elə deyirsən, müdara ilə dolan. Bu da müdara! Badaralı Gapı Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır. Dığanın biri də qaçaqlıq eşqinə düşüb, üstümüzə ayaq alıb.
Vaqif düşüncəli:
– Bunlar hamısı məliklərin işidir, – dedi, – xalqı qızışdırıb, avara qoyurlar. Elə bilirlər ki, rus gəlib, bunları xan edəcək.
Xan Dızaq sığnağına atlı göndərdiyini söylədi. Vaqif heyfsilənən kimi oldu və dedi:
– Nə etməli – ayrı əlac qalmayır. Bunlar dinc otursaydılar, elə vətənləri Loristanda qalardılar, daha qaçıb Qarabağa gəlməzdilər.
Ortalığa bir sükut çökdü. Bu əsnada qapı bərk açıldı, içəri altıyeddi yaşlı, ağ sifətli, ala gözlü gözəl bir qız uşağı girdi. Gizlənirmiş kimi yürüyüb, xanın qucağına sığındı.
Qapının arasından eşidilən qadın pıçıltısı divarın yanında dik durmuş pişxidməti yerindən dəbərtdi: o, qızı götürüb aparmaq məqsədilə irəli yeridi.
Mehriban gözlərlə uşağa tamaşa edən Vaqif:
– Qoy dursun! – dedi və əllərilə uşağa işarə edərək:
– Ağabəyim ağa, gəl əmiyə! – deyə çağırdı.
Uşaq xoş bir təbəssümlə Vaqifə baxır və körpə əlilə atasının boynunu oxşayırdı. Xan qızının qumral telli başından öpüb:
– Əmisi, – dedi, – bax, qızım da sənin kimi şeir bilir.
Ağabəyim ağa utanaraq daha da atasına sığındı. Vaqif mehriban və oxşayıcı bir səslə:
– Bəyim bir oxusun, görüm! – dedi. – Yox, deyəsən, bilmir.
Uşaq zənn ilə Vaqifə baxıb:
– Xeyir, bilirəm! – dedi.
Xan:
– Oxu! – deyə qızın qulağına pıçıldadı. Uşaq çəkinərək qalxdı və
pəncərənin şəbəkəsinə baxaraq xoş və cəsur bir səslə oxudu:
Əlimi bıçaq kəsibdir,
Dəstə bıçaq kəsibdir,
Yağ gətirin yağlayım.
Dəsmal gətirin bağlayım.
Dəsmal dəvə boynunda,
Dəvə Şirvan yolunda,
Şirvan yolu buz bağlar
Dəstə-dəstə gül bağlar,
O gülləri üzəydim,
Tellərimə düzəydim,
Qardaşımın toyunda,
Sındıra-sındıra süzəydim.
Uşaqlara məxsus bu gözəl xalq şeri, bir də onun gözəl bir uşaq tərəfindən
oxunması Vaqifi heyran qoydu.
– Ay afərin! Ay afərin! – deyə uşağı yanına çağırdı. Lakin Ağabəyim şən addımlarla atılaraq otaqdan çıxdı. Uşağın gəlib-getməsi hərədə bir fərəh oyatdı. Xan belə bütün qəzəbini unudub, ata eşqilə qızından nağıl eləməyə başladı:
– Axund, çox zehinli uşaqdır, – dedi. – Çərəkəni qurtarıb, indi quran oxuyur. Hər nə görür, soruşub kökünə çatmaq istəyir. Nə qədər tapmaca bilir.
Vaqif fərəhlə:
– Diribaş uşaqdır! – dedi. – Mən görməyəndən bəri, maşallah, yekə qız olub.
Baba lələnin içəri girməsi Vaqifin sözlərini kəsdi. Xanməmmədin gəldiyini ərz etdi. Xan əvvəlcə gülümsündü, sonra ciddi bir sifət alıb:
– Gəlsin! – dedi.
Xanməmməd üstü tüklü burnunu çəkə-çəkə içəri girdi, papağının gülləri nəmişlənmişdi, görünür hava çiskin idi.
Xan qəzəblə soruşdu:
– Deyirlər, qaçaq Gapıdan qorxub, Allahı-peyğəmbəri danmısan?!
Xanməmməd başını aşağı salıb dinməyirdi. Vaqif sezilməz istehza ilə baxırdı.
Xan qəti:
– Düzünü de görüm, necə oldu? – dedi. – Bax, birini altdan-üstdən desən, başın cəllad əlindədir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Стихи других поэтов
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.