Nuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.

Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.

Oğul! Bir əttar, baqqal malından savay ayrı şey də satsan eybi yoxdur. Bu gün dükəndir də nüsxəbənd malı da saxlıyırsan. Məsələn: gərçək yağı, müshildir, civə yağı, çaharşirə, bəvasil həbbi göy daş, zırnıx, nə bilim babına yağı.... İmdi bunları işlətməyi də bilirsən. Məsələn: keçələ civə yağı verirsən, heyzə olana müshil, gərçək yağı, çaharşirə, xiyarçənbər, sənə. Nə qədər də ayrı azar olsa elə bəvasil həbbi ilə yaxşı eləmək olar. Xülasə, oğul, bir belə ki pul mən qazanıram vallah heç piristovun babası da qazana bilməz!. Bir də ki musurmanlığından da çıxıb, gedib urus çörəyi yemirsən. Xülasə, oğul, başının bir tərəfi qırxılmış, bir tərəfi qırxılmamış olsa da durmuyub gələsən.

Öz tərəfi Kabla Avdın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qazanc yolunda

Nemət yatağında uzanıb, fikir eləyirdi: dekabr imtahanları qurtardı,pul da qurtarmaqdadır. Çarə lazımdır. May imtahanlarına hazırlanmaq üçün studentə Kiyev şəhərində qalmaq icab edirdi, halbuki maddi cəhət buna mane olurdu. Odur ki, bu məsələnin həlli üçün Nemət bütün qüvvələrini sərf etməkdə idi. Bakı cəmiyyəti-xeyriyyələrinə elədiyi müraciətlər boşa çıxdı. Bakı milyonerlərindən ricada bulunmaq qüruruna toxunurdu, evlərindən də ki, heç bir şey gözləyə bilməzdi! Yeganə çarə Kiyevdə qazanc yolu aramaq idi.Student bu üzündən o biri üzünə döndü. Bir az həlləndi. Gözləri pəncərəyə sataşdı. Çöldə lopa-lopa qar yağırdı. Bunu görcək bədəninə bir soyuqluq gəldi, yatağın dərinliklərinə çəkilib büzüşdü. Bir də qazanc məsələsini xatırladı. “Nədən başlamalı?” – deyə təkrar fikirləşdi və axırda qəzetlərdə dərs üçün elan verməyi, dostlara və tüccari şirkətlərə müraciət etməyi qət elədi.

14 мин
Bir qaçqının dəftərindən

Yuxudan anlaşılmaz bir nikbinliklə ayıldım. Dünya mənə o qədər gözəl, o qədər cazibəli göründü ki, heyrətimdən şaşdım, qaldım, halbuki vəziyyətim seviniləcək bir halda deyil idi. Bir ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün deyil idi, aclıq da məni tabdan salmada idi. Bunlara baxmayaraq xoş bir hisslə yataqdan qalxdım, geyindim, yuyundum. Birdən mənə bir zəiflik gəldi, vücudumu tər basdı, kürsünün üstə çökdüm, başım gicəlləndi. Bir neçə gün idi ki, bişmiş yeməmişdim, dünən bir parça yavan çörəyi belə güclə tapmışdım. Bu sabah yavan çörəkdən belə məhrum idim.Bir-iki dəqiqə qulaqlarım cingildədi, sonra özümə gəldim. Nikbin və ümidbəxş hiss məni tərk eləməmişdi; dünya yenə gözəl, həyat yenə dadlı idi. Bir də ağlıma bir fikir gəldi – cəld durub, divardan asılan paltarlarımın ciblərini axtarmağa başladım. Dəlik-deşik cibləri birbəbir əlləşdirdim, böyük diqqətlə tədqiq etdim, əlimə bir şey keçmədi. Qəribə burasıdır ki, köhnədən, yaddan çıxıb qalmış pul olar, deyə son həftə hər sabah bu ciblər eyni diqqət və ümidlə araşılmışdı, bir şey tapılmamışdı. Bunu bilə-bilə bu dəfə də paltarlardan şübhə ilə aralandım, fikirləşdim və ümid məni tərk etmədi.

10 мин
Son səhifə

Bir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq asudə nəfəs ala bilərdi. Çarpayısının üzərində uzanaraq, papirosun tüstüsünü havaya buraxır, düşünürdü.“Bəlkə çocuq ölməyəydi?” – deyə fikrindən keçirdi. Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda gəzinməyə başladı.

10 мин
Tanqo

Onlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar. Doktor xaricdən yeni gəldiyi üçün hələ Parisin süsünü daşıyırdı: şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi. Doktor da bu məfkurəni təmsil etdiyi üçün onun qəlbinə hakim idi. İstəristəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu istədiyi yola sövq edirdi.Axşam ziyarətlərində doktorun qapını tıqqıldatması Zibeydənin qəlbində yaxın və dost hisslər oyadırdı; özü qapıya yüyürür və açdıqda doktor onun dadlı həyəcanını duyurdu. Görüşürdülər. Otaqda yanyana otururdular. Bəzən doktor Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür, gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır, ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırdı.

8 мин

Стихи других поэтов

Qəsidə: Ey mənə tənə vuran Mustafa xan Şirvan

Ey mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan

Ариф Ширвани4 мин
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Месихи5 мин
Dedim, dedi

Dedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu

Забит1 мин
Ay ağa səni

Ərş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.

Гул Гараны1 мин