Soyuq busə
Страница 2 из 2 · 50%
Hüseyn
Aslan
N-lə söhbətim də təbiidir... Mən ona yeni, ancaq tamamilə səmimi hisslərimi bildirdim... Birdən bədənim soyudu və qeyri-ixtiyari onun əlini tutdum və soyuq yanağından öpdüm... Həyatın ləzzətli anları var! Bu anı və soyuq busənin şairanəliyini unutmaq olmaz!! Çünki onunla mənim qəmginliyimin qara buludu və qəlbimin kədəri və qəmi dağılmışdır! Ancaq o məni başa düşmürdü. Mən əbəs yerə öz ruhi iztirablarımdan, qəlb çırpıntılarımdan ona danışırdım. Ancaq o elə hey mənim yanımdan tez çıxıb getməyə çalışırdı.
Onun mənə qarşı soyuqluğunu nə ilə izah etmək olar? Axı bir zamanlar o özü bizim tanışlığımıza şərait yaratmış, görüş təyin etmişdi. Mənim xoş sözlərimdən məmnun olurdu, bəs indi? Bəs indi qəlbimi ona açarkən və öz xilasımı onda axtararkən necə?..
Qadınların sirri də bundadır... Heç nə ilə alına bilinməyəcək bir ürəyi fəth edirlər, ürək könüllü təslim olduqdan sonra onu nifrətlə rədd edirlər...
Qadınların çoxu nə istəyirlərsə, onu da edirlər. Niyə də etməsinlər, çünki kişilər onlara əyləncə, ləzzət vasitəsi kimi baxır, həyatın əziyyətlərindən dincəlmək üçün onlardan istifadə edirlər. Bunun üçün onlara təriflər deyir, oxşayır, öpürlər, mənfi keyfiyyətlərini isə yaddan çıxarırlar. Beləliklə, qadın ən yüksək məqsədə – vardövlətə, yekəqarın kişilərə, metrəlik yaxalıqlara, nazik uclu “a la wilbelm” bığlarına can atır. Özü də bu ziyanlı arzularına çatmaq üçün öz bədənlərini və qəblərini qurban verirlər. Onlar zövqlərinə uyğun olanlara eyni cürə baxmağa öyrəşiblər. Min nəfər kişi olsa belə, bir qadın onların hamısını təklikdə əyləndirə bilər və hamısı da ondan razı qalarlar. Kişiləri özlərinə bağlamaq, onların ürəyini ələ almaq hissi qadınlarda yüksək dərəcədə inkişaf etmişdir. Bu onların alçaqlığı və rəzilliyi ilə bağlıdır: onlar hamını öz süni gülüşləri, qısa ifadələri və qəribə bədən hərəkətləri ilə qarşılayırlar... Kişi zəif məxluqdur! O, qadının onu “bağışlayacağına” inanaraq, hər cür alçaqlıqlara dözür. Mən də bu həqarətlərə dözmüşəm, N məni bir neçə dəfə pis vəziyyətdə qoyub və mən də bundan narazı qalmışam.
N bir dəfə məni qəti surətdə təhqir etdi. Bağda gəzirdik, birdən məni rəfiqəsi ilə birlikdə qoyub bir xanımın yanına qaçdı. Onun rəfiqəsi özünü mənim yanımda narahat hiss etməyə başladı. Mən onunla xudahafizləşdim və dedim ki, bu hərəkəti barəsində N-lə söhbət edəcəyəm. Onun bu hərəkəti mənim ona olan məhəbbətimi, hörmətimi məhv etdi, mənliyimə əzab verdi, mən də ona qarşı intiqam hissi və nifrət yaratdı. Dünyanın nə qədər qəribəlikləri var! N daha mənimlə görüşə çıxmır. Çünki o mənim yoldaşımla alovlu tərzdə öpüşən zaman rəfiqəsi onları görmüşdü.
Axı bu alçaqlıqdır! Mən çox gözəl bilirəm ki, bu öpüşlər N-in ürəyincə olub və buna imkanı da elə özü yaradıb.
Ah! Həqiqəti harada axtarasan? Hər yerdə yalan və boşluqdur!
Ertəsi günü onunla bütün münasibətlərə son qoydum. Məsələni aydınlaşdırdıqdan sonra əlimi ona tərəf uzatdım və dedim: “Siz məni təhqir etmisiniz, mən bunu heç vaxt unutmaram!”
Görünüşü mənə E.Zolyanın “Parijli Nana”sını xatırladan xanımla tanışlığım beləcə başa çatdı.
Epiloq
Bir müddət keçdi. Nə olsun ki, yenə də həmin pəncərə və onun arxasında dayanan N-in solğun görkəmi. Görünür, hamı onu tərk edib “Yekəqarınlar” artıq onun boyanmış dodaqlarındakı süni gülüşdən təngə gəliblər.
Hə, qadınla əylənirik və əylənərkən onun xasiyyətinin qaranlıq tərəflərinin, qəlblərinin yararsızlığını unuduruq. Qadın ona toxunan insanı məhv edə biləcək zəhər kimi bir şeydir. O özündə bütün ali və təbii hissləri öldürər və kədərli bir məxluqa çevrilə bilər. Romantik qəlbli kişi səfehdir! Qadının yanında yaxşı mövqe tutmaq üçün cismini və qəlbini belə qurban verməyə hazırdır: o əziyyət çəkir, bütün romantik anların acısını yaşayır, göz yaşı tökür, alçalır, gülünc vəziyyətə düşür... Kimə və nəyə görə? – soruşulur. Ürəyinin sirləri kişi üçün anlaşılmaz olan qadın, hiyləgər qadın üçün...
Kişi qadın ürəyini çətin anlayır. Heç qadın özü çox zaman özünü dərk edə bilmir, birinə bənd olduğu halda “hər ehtimala qarşı” başqalarını da qaralayır. Belə hallar göstərir ki, qadın yaranışından miskindir, onun xarakteri ətraf mühitin təsirindən yox, kişiləri məhv edən şeytan toxumundan törəmiş ürəkdən yaranır.
Qadının yaramazlığı bundan ibarətdir! Oxucum, məni bağışla, sonluğu unutmuşam! Onu bir neçə sözlə tamamlamaq istəyirəm. N hələ gəncdir və hələ ki, həyatdan ləzzət almağa gücü var, ancaq ürəyində onu qəm içində boğa biləcək vicdan əzabı çəkmir. Onda yekəqarın, uzun yaxalıqlı Don Juanlar cərgə ilə gəlib keçərdi və N-də onların hər birinə müraciət edərdi: “Mənimlə dost olmaq istəyirsinizmi?” və ya “gəlin dost olaq”. Belə faciəli anlarda Arsıbaşovun “ciddi” kitabları da N-in hərəkətlərinə haqq qazandıra bilməz.
1908
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-soyuq-buse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*
Beşinci şəkil“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.
Altıncı şəkilLüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Yeddinci şəkilBəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*
Стихи других поэтов
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər