Страница 7 из 15 · 40%

21

Üç gün Rüstəmbəy otağından dışarı çıxmadı; ağır böhranlar keçirdi. Nə gecəni yatır, nə gündüzü rahatlıq tapa bilirdi – həp Musyanın faciəsini düşünürdü. Gənc bir həyatın sönməsinə səbəb olmaq onu əzablar içərisində boğur.

Hər gün onunla görüşən Qulamrza üç gündən bəri Rüstəmbəyi görməyərək şübhəyə düşdü. “Xəstələndimi?” deyə onun görüşünə getdi. Qulamrza Rüstəmbəyi yataqda buldu: rəngi qaçmış, düşgün bir halda idi. Qulamrza xəstəliyi Rüstəmbəyin tühaflığına yozaraq:

– Bir şeyin yoxdur, keçər-gedər, – deyə ona təsəlli verdi.

Ümumi işlərdən danışdılar. Sonra Qulamrza dedi:

– Dünən bizə bir tatar doktoru gəlmişdi. Cəbhədə müsəlman əsgərlərindən təşkil edilmiş bir qol ordu varmış. Doktor qol ordu ərkani-hərbi tərəfindən nümayəndə sifəti ilə gəlmişdir.

Rüstəmbəy maraqsız bir halda:

– Nə deyir? Qol ordunun başında kim durmuşdur? Məqsədləri nədir?

Qulamrza:

– Qol ordu milli bir şeydir. “Müsəlman korpusu” adı daşıyır. Başında general Mametoviç durmuşdur. Bu adam

Litva tatarlarındandır...

– Məqsədləri nədir?

– Onu soruşmadım. Ancaq Kiyevdəki milli təşkilatlarla əlaqəyə girişmək istəyirlər. Doktor məlumat toplayır. General da gələcəkmiş.

Rüstəmbəy çox düşünməyərək:

– Yaxşı, gəlsin görək. Türkmən bölüyü kimi, əks-inqilaba çönməsin də.

Qulamrza bir şey söyləməyərək düşündü. Bir dəqiqə sonra Rüstəmbəydə maraq oyanan kimi oldu.

– Qulamrza, – dedi, – o doktoru buraya gətirə bilərsənmi? Ona biriki sual verəcəyəm... hər halda “Müsəlman korpusu” istifadə ediləcək bir qüvvədir. Ancaq çox ehtiyatlı olmalıdır. Bilirsən, generallara inanılmaz!

Qulamrza ayağa qalxaraq:

– İstəyirsən, telefon edim gəlsin; indi oteldə olar. Rüstəmbəy təkidlə:

– Elə! Elə! – dedi. Qulamrza çıxdı.

Yarım saat sonra alçaqboylu, pensneli və əsgəri libasda bir adam içəri girdi.

Qulamrza:

– Sədrimiz! – deyə onu Rüstəmbəyə təqdim etdi.

Həkim paltosunu çıxarıb oturdu və gəlməsinin səbəbini anlatdı.

Rüstəmbəy əsgəri təşkilata böyük ehtiyac olduğunu söyləyərək, müsəlman korpusuna dair məlumatlar almağa çalışdı.

– Korpusun məqsədi nədir? – dedi.

Doktor bu suala hazır olmayan bir adam kimi, gözlüyünü düzəldərək:

– Bilirsiniz, – dedi, – indi hər bir millət öz əsgəri qüvvələrini toplayıb ayrı təşkilat yapır. Bizə da bu yolla getmək lazım gəlir.

– Mali cəhəti necə təmin edirsiniz?

Doktor saf bir dillə:

– Doğrusu, korpus fransızların puluna təşkil olunur... Bunun da, təbii, səbəbi var. Rus soldatı müharibə etmək istəmir; bolşevik təbliğatı sayəsində ordu pozulur və almana qarşı olan cəbhə tamamilə açılır.

Müsəlman soldatı dindar olduğu üçün bolşevik təbliğatına qapılmır – deyə fransızlar cəbhədə sağlam bir əsgəri qüvvə hazırlamaq fikrindədirlər.

Rüstəmbəy gülümsənərək:

– Deməli, avam müsəlmanları atəşə soxmaq istəyirlər, – dedi.

Doktor Rüstəmbəyin qeydindən pərt olan kimi:

– Yox! Yox! – deyə qızardı, bir müddət söz tapa bilmədi, sonra:

– Yox! Müvəqqəti hökumət də bu məsələyə zidd deyil; o da cəbhənin saxlanılmasını istəyir...

Rüstəmbəy bir sual da verdi:

– Korpus cəbhədə qalacaq, yoxsa yerini dəyişəcək? Bu dəfə həkim düşünərək:

– Onu dürüst bilmirəm. General gələcək, təfsilatını söylər. Mənim məqsədim buradakı milli təşkilatlarla tanış olmaqdır. Sabah cəbhəyə dönəcəyəm. Zənn edirəm, general iki həftə sonra burada olar.

– Ukrayna milli təşkilatları ilə görüşdünüzmü?

– Yox! Yalnız müsəlman təşkilatları ilə görüşdüm.

– Ərkani-hərbdə rus zabitləri də varmı?

– Var, azdır! Əksəriyyəti müsəlmandır. Yeni müsəlman olmuş da var. Rüstəmbəy istehzalı təbəssümlə:

– Əcaib! – deyə Qulamrzanın üzünə baxdı. Həkim yenə qızardı.

22

Milli komitənin ilk növbəti iclasında Rüstəmbəy “Müsəlman korpusu” məsələsini müzakirəyə qoydu. Korpusa qarşı nə kimi xətti-hərəkət yürüdüləcəyini təyin etmək istəyirdi. Lakin əldə lazımi məlumat olmadığı üçün məsələ ətraflı olaraq, aydınlaşa bilmədi. Korpus haqqında məlumat toplanması qərara alındı.

Bu məqsədlə Rüstəmbəy müsəlman hərbi şurasına gələnlərlə görüşdü, cəbhədən qayıdan bir çox zabitlərlə danışdı. Nəhayət, çarın sabiq İstanbul səfirlərindən birisinin korpusla əlaqədar olduğunu öyrəndi.

Bu diplomat Sevastopolda yaşayır və arabir Kiyevə də gəlirmiş.

Bir gün təsadüfən sabiq məktəb yoldaşlarından birinin evində bu diplomata rast gəldi. Diplomat rus zadəganına mənsub bir ailənin köhnə dostu imiş. Rüstəmbəyin türk olduğunu duyar-duymaz onu nəzakətlə əhatə etdi:

– Sizlə görüşməm mənim üçün böyük bir həzzdir. Mən nəcib türk millətini çox sevirəm, – dedi. – Rus dövləti təşkilatında türk-tatarların böyük rolu olmuş. Indi, tarixi bu zamanda, bu rol bir qat daha artır...

– Diplomatın bu məalda başladığı nitq hal-hazırkı siyasi vəziyyətitəmsil etməyə başladı. Diplomat çar siyasətini tənqid edərək, Rusiyada müsəlmanların qədri bilinməməsini irəli sürdü, federasiyadan bəhs etdi. Xülasə, inqilab şüarlarına bulaşmış bir liberal sifəti ilə Rüstəmbəyin rəğbətini qazanmağa çalışdı. Nəhayət, müsəlmanların daim Rusiyaya sadiq olduqlarını qeyd etdi.

Rüstəmbəy müsəlman korpusundan söz açdı:

– Cəbhədə bir “Müsəlman korpusu” əmələ gəlmiş, bundan xəbəriniz varmı? – deyə sordu.

Diplomat süni təbəssümlə monoklunu sağ gözünə qoyub dedi:

– Eşitdim. Əminəm ki, sadiq müsəlmanlar ana torpağını düşmənlərə qapdırmazlar.

Rüstəmbəy korpusa dair bir sıra sual verdisə də, diplomatdan aydın bir cavab ala bilmədi; diplomat: “bəlkə də!”, “ola bilər!”, “ehtimal” kimi kəlmələrlə bildiklərini gizləməyə çalışdı.

Korpus məsələsi Rüstəmbəy üçün bir müəmma olaraq qaldı.

Komitə üzvləri də bu sahədə heç bir xəbər bilə bilmədilər. Axırda Ukrayna siyasilərindən birisi Rüstəmbəyi məsələyə vaqif etdi. “Müsəlman korpusu” fikrən əvvəl rus monarxistlərindən nəşət etmişmiş.

Çar Rusiyasının ehyasını “sadiq” müsəlmanlardan gözləyirmişlər.

Mametoviçin fikri hələlik Krıma keçib ordunu qüvvətləndirmək, sonra Qafqaz, Edil boyu və Türküstanla əlaqəyə girməkmiş.

23

Rüstəmbəy Xəlildən yeni bir məktub almışdı. Məktub Bakıdan bir aya gələ bilmişdi. Xəlil yazırdı:

“Əzizim Rüstəm!

Məktubunu aldım. Milli komitə təşkil etdiyinizi oxudum. Nə qədər haqlı olduğunu söyləmək hələlik əbəsdir, çünki buradan çoxdan çıxmısan – olanları bilmirsən. Gələrsən də, görərsən, sonra danışarıq.

Bilirəm, indilik heç bir dəlil və sübut səni fikrindən daşındıra bilməz; lakin yenə buranın övzaını təsvir etməyi özümə borc bildim. “Müsavat” la bərabər milli üfüqdən “Rusiyada müsəlmanlıq” adlı yeni bir firqə doğdu. Bu firqə kin, küdurət və rəyasətpərvərlikdən əmələ gələn bir şeydir. “Müsavat”da rol oynaya bilməyəcəklərini əvvəlcədən kəsdirən bir sıra köhnə ziyalılar toplanıb “Rusiyada müsəlmanlığ”ı vücuda gətirdilər. Avamları aldatmaq üçün dini əldə oyuncaq edən bir firqənin də, “Müsavat” kimi xalq arasında heç bir nüfuzu yoxdur.

Liderini tanıtsam, zənn edirəm, firqənin əsil siması meydana çıxar.

Qarayarov famili, yəqin ki, məlumundur. Vaxtilə “Russkoye slovo” qəzetində bunun “fəaliyyəti” yazılmışdır. “Çar istibdadından” qaçaraq İtanbulda “Ittihad və tərəqqi” qanadının altına sığınmış, siyasi bir vəzifə ilə İrana göndərilmiş, sonra Ərzurumdakı rus səfirinin vasitəsilə təkrar Qafqaza dönmüş bu adam bu gün “Rusiyada müsəlmanlıq” firqəsinə rəhbərlik edir. Məsələ bəlli oldumu? Çar casusu bu gün başqa bir rolla meydana çıxır.

“Rusiyada müsəlmanlığ”ın nüfuzlu üzvlərindən birisi də qoçu Şəmilbəydir. Bu adam yüzlərcə cinayət yapması ilə məşhurdur. Bu gün Şəmilbəy “vəhşi diviziya” zabitlərini başına toplayaraq, əsgəri qüvvə təşkili ilə məşğuldur.

Bir ay əvvəl iki realni məktəbin tələbəsi qız üstə Şəmilbəyin oğlunu öldürmüşdü. Zabitlər qatilləri tutub günün günorta çağı küçədə güllələdilər...

Artıq firqənin siması bəlli olmadımı?

Xülasə, buradakı bütün qovğalar cib və sədarət üstündədir. Bütün milli təşkilatlar bu iki amil yolunda çarpışırlar. Məslək böhranı hər yeri qaplamış. Burada baş verənləri görsən “milli” sözünə qarşı üsyan edərsən...

Nə deyim, milli komitəndən məyus olacaqsan. Bundan şübhə etmirəm, ancaq bir az tez məyus olman daha əlverişlidir.

Bu qədər! Səni öpürəm. Xəlil”.

24

Sabah ertə Rüstəmbəy radaya doğru gedərkən küçədə Cabbara rast gəldi: yanında bir qız, əlində dəmir qutu, ötüb keçənləri dayandırıb pul toplayırdılar. Qollarındakı qırmızı sarğının üstündə hərbi şuranın möhürü vardı. Cabbar yanındakı qıza xoş gəlmək istər bir tərzdə gülümsünərək:

– Balam, – dedi, – əlini cibinə sal görək! Rüstəmbəy heyrətlə:

– Cabbar, bu nə işdir?

– Nə olacaq, sən hərbi şuranı tərk edib, milli komitə təşkil edirsən.

Elə bilirsən, biz sənsiz işləyə bilməyəcəyik.

Rüstəmbəy soyuq gülüşlə:

– Mən bir şey demirəm, ancaq hərbi şurada artıq qüvvə qalmamışdır.

– Bax, burada səhvin var...

– Bəlkə... Pulu kimin faydasına toplayırsınız? Cabbar hırıldayaraq qızın üzünə baxdı, sonra ciddi bir sifət düzəldib dedi:

– Bizim cəbhədəki qəhrəmanların faydasına. Rüstəmbəy qutuya pul saldı. Cabbar məmnun bir halda:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 мин
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 мин
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 мин
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 мин

Стихи других поэтов