Xanın qəzəbi
(Keçmiş məişətimizdən)
Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatacağın üstə oturdu. Amma səs onun səsi idi, bunda şübhə etmək olmazdı.
Xan acığından şəpqulahını başına basıb bir az vəhşi heyvanlar tək nərildədi. Başını pəncərədən çıxarıb bir də qulaq asdı:
Səs mehtər Zamanın səsi idi.
– Mən onun başını bədənindən aralatdıraram, onda bilər ki nökər bayatı deyib xanı yuxudan oyatmaz – xan öz özünə mırıldanıb başladı, hirsindən saqqalının tüklərini yolmağa. Dudaqlarını gəmirə-gəmirə bir də pəncərənin qabağına yeriyib belə çığırdı ki, xanım yatacaqdan dik atıldı:
– Onda bilər ki mən kiməm, bilər ki mən xanam o nökər!
Bir də xanın yumruğunun zərbindən pəncərə cilik-cilik olub yerə səpildi. Ev adamları tamam yuxudan ayılıb qorxularından zağ-zağ əsdilər.
Mehtər Zamanın dünya vecinə deyil idi, əlində dəsmalında sovqatı, ayağında qıyraq çarığı, şəhərin yavıqlığındakı kəndə nişan başlığa gedirdi. Hərdən nişanlısını yadına salıb oxuyurdu.
«Mən aşiqəm gül bağda
Bülbül bağda gül bağda
Sənsiz bağa girmənəm
Xəzəl olsa gül bağda».
Kəndə yavıqlaşdı. İtlər hürüşdülər; kanar damlardan bir adam çıxıb tutqun səs ilə öskürdü: bir ayrı yerdən də uşaq ağlamağı eşidildi. Sonra səs-səmir kəsilib, kənd böyük bir sükuta qərq oldu. Zaman bir bayatı da dedi. Səsə bir qız çıxıb çəpərə tərəf gəldi. Zaman nişanlısı ilə görüşdü, sovqatı verdi və sonra üzünə həsrət ilə baxıb, onu bağrına basdı…
Zaman şəhərə qayıdanda gün hələ çıxmamışdı. Onadək xan qəzəbindən yuxuya getmiyib, saqqalının tüklərini yolurdu. Zamanı eşik ağası işdən agah etdi, biçarə xanın ayağına yıxıldı və gözlərinin yaşını tökdü.
– Xan, atam sənə qurban, oxuyan mən deyil idim!
Xan Zamanın sözlərinə inanmaq istəmirdi. Və cavabında yeriyib onun birçəklərindən yapışıb, ayağının altına saldı. Nökər yerə düşüb qəşş etdi. Xan qəzəbindən çəkinmiyib deyirdi:
– Üç gün qızıl quşlarıma ət vermiyin, Zamanı da dara çəkin!
Nökərlər əmrə tabe’ olub baş endirdilər. Zindanxanada dar ağacı quruldu.
Zamanı lüt soyundurub dara çəkdilər.
Ac quşlar içəri buraxıldı və qapılar qapandı.
Bir gün keçdi. Eşik ağası keçərkən zindandan Zamanın zarıltı səsini eşitdi. Qapını açıb içəri zənn etdikdə, ürək yandırıcı bir mənzərəyə rast gəldi: Zamanın bədənini quşlar didik-didik edib, qan ilə əlvan etmişdilər.
Eşik ağası dəhşətdən gözlərini yumub qaçdı, xanın yanına və ağlaya-ağlaya:
– Xan məyər sənin insafın yoxdur, məyər Allahdan qorxmursan? Allah yaratdığına o zulum etmir ki sən edirsən!… deyib göz yaşları ilə xanın ayaqlarını islatdı. Xan eşik ağasının sözlərindən mütəəssir oldu, hirsi yatdı. Nökərlərə əmr verildi ki, Zamanı yırtıcı quşlardan xilas etsinlər. Bir dəqiqədə zindanxananın mənhus qapıları açıldı, quşlar tutuldu lakin… Zamanda dirilik əsəri qalmamışdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-xanin-qezebi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?
NitqMirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Doqquz ay keçmiş– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?
Dərviş məsələsiAxşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Стихи других поэтов
Bunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.