Aman olsun, aman sənin əlindənEylədin baxtımı qara, ey fələk!Neyləmişəm bu dünyada mən sənəGəlmişəm doğrusu zara, ey fələk!

Əziz günlər yar olmadı bizlərə,Evin uçsun, balan düşsün düzlərə.Özün söylə neyləmişik sizlərə,Çəkdin bizi hər vaxt dara, ey fələk!

Bir dəfə sal barı haqqı yadınaYandı Əfqan cəhənnəmin oduna.Kimsəsi yox, barı çata dadına,Çox susadın namus, ara, ey fələk!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов