...Hər şeydən çox, dağlar yadımda qalıb.

Bir də günəş yadımda qalıb.

Bir də orası yadımdadır ki, bir zaman gün çıxanda dağlar gülümsərdilər.

Dağların gülümsəməyi hərdən yuxuma girir və hərdən yuxumda dağlar gülümsəyəndə mən dünyada saysız-hesabsız rənglər görürəm. Mənə elə gəlir ki, o rənglərin hamısını haçansa, doğrudan da, görmüşəm. Mənə elə gəlir ki, o rənglərin çoxusunu yavaş-yavaş, yaşaya-yaşaya itirmişəm. Hər dəfə əlimə qələm götürəndə o rənglərin hansınısa tapacağıma ümidim olur. Mən kəndə, uşaqlıq çağlarıma bilə-bilə qayıtmıram. O çağlar ki, dağlar gülümsərdilər, o çağlar ki, dünyada saysız-hesabsız rənglər vardı.

O çağdan nə qədər keçib – bilmirəm. Doğulduğum kənddə sonralar da çox getmişəm, ancaq dağlar mənim üzümə ovaxtkıtək gülümsəməyiblər. Yəqin ki, dağlar dağ qoynunda doğulanların üzünə haçansa cəmisi bircə dəfə o təhər gülümsəyirlər. Elə gülümsəyirlər ki, dağ qoynunda doğulanlar dağları heç vaxt unuda bilməsinlər.

Dünyada haçansa mənim işıqlı dağlarım vardı... O dağlar indi də var, ürəyim işıqsızlayanda o işığı axtarıram. Doğulduğum, böyüdüyüm kəndi mən hələ də o işıqda görürəm. Onsuz kənd yekrəng olur, adi olur; evlər də eyni rəngdə, yollar da eyni rəngdə... Evlərdən yollara açılan qapıların az qala hamısının eyni rəngdə olduğunu mən sonralar dönə-dönə gözlərimlə görmüşəm. Ancaq mənim təsəvvürümdə kənddəki hər qapının öz rəngi qalıb. Bu rəngləri, məndən ötrü, o qapılardan girib-çıxan adamlar yaradıblar: yaxşıların qapısı açıq rəngdə, pislərin qapısı tutqun rəngdə... Dünyada ağappaq bir qapı var, çünki haçansa o qapıdan ağappaq bir qız çıxardı. Dünyada qapqara bir qapı var, çünki dünyanın birinci qara kağızını bir vaxt o qapıya gətirmişdilər... Haradasa bir ev var. O evdən hər axşamçağı təptəzə təndir çörəyinin iyi gələrdi. O evin qapısının kənddəki onlarca boz qapılardan biri olduğunu görəndə mən hələ də təəccüb eləyirəm. Necə də təəccüb eləməyim?! Axı qızmar təndir boz rəngdə olmur və haçansa axşam çağları, o təndirdə bişə-bişə, ətri dünyanı dolduran çörək də boz deyildi: bir az qəhvəyi, bir az qırmızımtıl. Və o qapı mənim təsəvvürümdə məhz bu rəngdə qalıb qəhvəyi-qırmızımtıl rəngdə. Üstəlik, həmin o axşam çağları da: havasından çörək iyi gələn o axşam çağları da haradasa ən isti üfüqlərdə, məndən ötrü, bu günəcən yaşayırlar – təndir rəngli, çörək rəngli qəhvəyi-qırmızımtıl axşamçağları...

Dünyada bir çeşmə var. O çeşmənin qırağında bir ağappaq qız kölgəsi donub qalıb. Kölgə ağ olmur – bilirəm. O qızın çıxdığı qapı da kənddəki onlarca boz qapının biri idi. Ancaq, indi də o qapının qabağından keçəndə mən haradasa bir ağ qapı görürəm. O çeşmənin, o kölgənin yanından kövrəlmədən ötüb keçdiyim olmayıb. Doğulduğum kənd mənim üçün həm nağıldır, həm gerçəklik. Həm də xəyali bir adadır: şəhər uşaqlarının xəyali adaları kimi. Fərq bircə burasındadır ki, uşaqlar böyüyürlər, adanı unudurlar, mənim adam isə, mən yaşa dolduqca, daha qəribə olur, daha sehrli olur...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ürək yaman şeydir...

I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.

197223 мин
Dəyirman əhvalatı

I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.

197616 мин
Büllur külqabının nağılı

I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.

197323 мин
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин

Стихи других поэтов