Bunca zülmdür mənə eylərsən,Adəm məgər heç insafa gəlməzmi.

Bir gün görərsən ki valeh olmuşam,Bu qədər qəm çəkən axır ölməzmi.

Gözlər adətdir nəzakət satar,Gənə xəyalını xəyalə qatar,Məşuq olan məgər başın dik dutar,Aşiqinə dönüb heç əyilməzmi.

Xubların bəzisi necə zad olur,Yarın qəmgin qoyar, özü şad olur,Bir sevgi ki sevgisindən yad olur,Məgər onun yaxşılığın bilməzmi.

Cövhəri-pak olan qalmaz cavandan,Salmaz özün hərgiz şövkətdən şandan,Kirpik oxun ilə keçərdir candan,Aşiqın vurulduğun görməzmi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви