Sorğu — Tanrı bu dünyanı neçə gündə yaratdı,Əgər arifsən, söylə, sən aşiq,Neçədir bu gözəl Quran surəsi,Əgər arifsən, söylə, sən aşiq.

Nədən oldu Məhəmməd, Fatimat,Nədən zahir oldu zəmzəmədə mat,Neçədir Quran içində ayat,Əgər arifsən, söylə, sən aşiq.

Qaytarğu — Tanrı bu dünyanı altı gündə yaratdı,Dilimdə əzbərdir, gözəl əfəndim,Yüz on dörddür gözəl Quran surəsi,Dilimdə əzbərdir, gözəl əfəndim.

Həzrət dərgahda oxudu təhiyyat,Xızr içdi zülmətdə abi-həyat,Altı min altı yüz altmışdır ayat,Dilimdə əzbərdir, gözəl əfəndim.

Məhəmməd şəfaətindən cənnət, Fatimat,Zəbih hörmətiçün oldu zəmzəmədə mat,Doxsan min, doxsan yüz Quranda kəlimat,Dilimdə əzbərdir, gözəl əfəndim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов