Dünyanın bəxtəvəri
Страница 1 из 5
Gəl səninlə həmdəm olaq,
Gəl, dolanaq bağı, bülbül...
Xalq mahnısından
I fəsil
Sonra o cümə günü səhər tezdən qocaya yenə elə gəldi ki, qəfəsdə cəh-cəh vuran o bülbülün səsini də qəfəsə salıblar və o bülbülün səsi də otağa xırdacıq qəfəslərin içində yayılırdı, bülbül özü qəfəsdə dustaq olduğu kimi, səsi də o xırdacıq qəfəslərin içində dustaq idi və o kiçicik səsli qəfəslər qovuqcuqlar kimi, bütün evin içində yüngülcə uçuşurdu və qoca hərdən diksinirdi, elə bil ki, o xırdacıq qəfəslər də sabun qovuqcuqları kimi, indicə partlayacaqdı, səslər də şüşə kimi sınacaqdı.
Qoca qəfəsdəki o bülbülə qulaq asdıqca, bülbülün səsini də eləcə xırda qəfəslərdə təsəvvür etdikcə, nigarançılıqla dolu bu hissləri mizin arxasında əyləşmiş adamlara da söyləmək istəyirdi, amma bir tərəfdən bu adamların kim olduğunu yadına sala bilmirdi, bir tərəfdən də həmin hissləri, həmin görümləri söz ilə ifadə eləyə bilmirdi, bilmirdi ki, hansı sözləri tapıb içindəkiləri danışsın və o məqamlarda qocaya elə gəlirdi ki, həmin hisslər özünün yox, başqa bir adamın hissləridir, başqa bir adamdır görən, duyan ki, bülbülün səsi də xırda-xırda qəfəsciklərə salınıb otaq boyu uçuşur.
O darısqal otağın bir küncündə, köhnə paltar dolabının üstündəki o sarı bülbül isə həmin cümə günü səhər tezdən elə hey ötürdü və bir əlində çaydan, o biri əlində çaynik, doyunca yata bilmədiyinə görə əsnəyə-əsnəyə və əsnədikcə də gözləri sulana-sulana mətbəxdən gələn gəlin:
– Buna nolub, ağəz, bu gün belənçinə? – dedi və hələ rəhmətlik ana babasından qalma girdə mizin arasında qızları, oğlu, əri və qayınatası üçün böyük stəkanlarda bir-bir çay tökməyə başladı:
– Dünya vecinə döyül də!.. – Bunu həmişə dünyadan şikayətli olan əri dedi və get-gedə daha da zəif gördüyü üçün qolunu lap gözlərinin qabağına gətirib hələ məktəbi bitirəndə – Allah bilir, neçə illər bundan əvvəl! – atasının, yəni indi mizin arxasında əyləşmiş bu qocanın hədiyyə aldığı saata baxdı, çayı qabağına çəkdi, stəkanın içinə qənd saldı və qaşıqla qarışdıra-qarışdıra pendir-çörəkdən dişlədi. – Bülbül olmağa nə var e?!
– Hə, bülbül olasan, amma qəfəsdə olmayasan! – Bunu da qoca dedi və qocanın sözləri o darısqal otaqda o qədər gözlənilməz səsləndi ki, hətta, qızlar da ağızlarındakı quru pendir-çörəyi çeynəmələrinə ara verib mat-mat babalarına baxdı və qocanın özünə də elə gəldi ki, bu gözəl kəlamı kimsə, bir başqası dedi, amma kim dedi? – mizin arxasında tanımadığı bu adamlar idi, bir də özü idi; qoca bir-bir və diqqətlə bu adamlara baxdı.
O sarı bülbülün xırdacıq qəfəslərə salınmış səsi sabun qovuqcuqları kimi, bütün otaq boyu elə hey uçuşurdu və qoca gözlərini mizin arxasında oturmuş bu adamlardan çəkib yenə bir müddət qəfəsdəki bülbülün qəfəslərə də salınmış səsinə qulaq asdı, sonra soruşdu:
– Mən bu gün getdim ayaqyoluna?
Oğlu ağzı yana-yana qaynar çaydan bir qurtum içib alnını qırışdırdı və bu adam tez-tez alnını qırışdırdıqca saçı tamam tökülmüş başının dərisi də yığılıb qırış-qırış olurdu və həmin məqamlarda elə bil ki, onun başı da dünyadan şikayət edirdi; atasına yanpörtü nəzər salıb:
– Mən nə bilim? – dedi. – Getmək istəyirsən, yenə get də! Uzaqda döyül ki, həyətdədi də!
– Bilirəm də, yolunu bilmirəm bəyəm? – Qoca bu sözləri deyib, həmişəki kimi, höcətləşməyə hazırlaşdı, amma yadından çıxartdı ki, oranın yolunu bilir, yəni yadından çıxartdı ki, söhbət nədən gedir, sonra yenə o sarı bülbülün xırdacıq qəfəslərə salınmış səsi onu çox uzaqlara aparmaq istəyirdi, özüylə qədim zamanlara çəkirdi, qoca bunu hiss edirdi, amma nə qədər fikrini toplayırdısa da, çalışırdısa da, o uzaqlara, o qədimlərə gedə bilmirdi: o uzaqlarda, o qədimlərdə hansı bir xatirəsə qocanı gözləyirdi, hətta, qoca o xatirənin xoş, mülayim nəfəsini duyurdu, amma vəssalam! – bundan o tərəfə getmək mümkün deyildi; sonra qoca diqqətlə qabağındakı çaya, pendirə, çörəyə baxdı, sonra daha artıq bir diqqətlə mizin arxasındakı o biri adamların qabağındakı çaya, pendirə, çörəyə baxdı ki, görsün hamısı eynidi, yoxsa yox? – Hamısı eyni idi: həmin çörək, həmin pendir, həmin çay
– qoca sifətini turşutdu və səsi də həmişəkindən cır səsləndi: – Yenə pendir-çörək? Bu gün pendir-çörək, dünən pendir-çörək, həmişə pendir-çörək!.. Niyə pendir-çörək?.. Həmişə pendir-çörək...
Oğlu yenə qolunu gözünə yaxınlaşdırıb saatına baxa-baxa və isti çayı içib qurtara-qurtara dedi:
– Sonra da deyirik ki, yaddaşı qalmayıb bunun! Elə yaxşı qalıb ki!.. Gör nə bilir ki, dünən də pendir-çörəyidi, o biri gün də pendir-çörəyidi!..
Gəlin:
– Yaxçı!.. – dedi. – Başlama səhər-səhər!..
O darısqal otaqdakı köhnə girdə mizin (bu miz gəlinin vaxtıyla atası evindən gətirdiyi cehiz idi, əslində isə, bunu anası özüylə cehiz gətirmişdi) arxasında bu ailənin bütün üzvləri, yəni qoca, oğlu, gəlini və oğlu ilə gəlinin övladları: əsgərliyi təzəcə qurtarıb gəlmiş və Tarix İnstitutunda kuryer işləyən böyük oğlan, texnikumda dərzilik oxuyan böyük qız, yəni ikinci uşaq, altıncı sinifdə oxuyan ortancıl qız əyləşmişdi. Hamı pendir-çörək yeyirdi, heç kim danışmırdı və qocanın dediklərini də – təkcə o gözlənilməz bülbül söhbətindən başqa! – elə bil ki, təkcə oğlu eşidirdi; o köhnə paltar dolabının üstündəki o sarı bülbül də həmin payız günü səhərin gözü açılmamış oxu ki, oxuyurdu.
Qoca:
– Yağ da yoxdu!.. – dedi.
Oğlu yerində qurcalanıb yenə nəsə demək istədi, amma gəlin əli ilə ərinin çiynindən basdı, yəni ki, işin olmasın və sakit çörəyini ye.
Qoca:
– Dünən də yağ yox idi!.. – dedi. – Yağ vermirsiz mənə!..
Bu dəfə gəlin cavab verdi, gülümsəyib:
– A-a-a... – dedi. – Kimə yağ verirəm ki, sənə vermirəm?..
Qoca isə, gəlinin sözlərinin fərqinə varmadan qüssə ilə qarşısındakı pendirə, çörəyə baxa-baxa təkrar etdi:
– Yağ da yoxdu!..
– Yağımız qurtarıb də... – Gəlin, elə bil bağça, müəlliməsi idi, uşağı başa salırdı; sonra ürəkdolusu əsnədi və gözlərindən iki gilə yaş süzülüb üzüylə axdı. – Talonu da vermir upravdom hələ, deyir ki, gəlməyib. Bəs, nə vaxt gələcək? Üç gündən sonra ay qurtarır?.. Fırıldaqdı hamısı! Altdan satırlar talonnarı rayonlulara. Rayonda, deyir, yağın kilosu əldə on beş manatdı! – Yenə ürəkdolusu əsnəmək istədi, amma axıracan əsnəyə bilmədi, gözü oğluna sataşdı, əsnəməyi hələ də yaraşığını itirməmiş balaca burnunda ilişib qaldı. – Bircə bunun işi düzəlsəydi!..
Qoca yağ söhbətini ortaya atmışdı, amma daha gəlinin dediklərinə fikir vermirdi, diqqətlə öz əyninə baxırdı: hələ otuz il bundan əvvəl nəşriyyatda kassaçı işlədiyi vaxt (indi tamam yadından çıxartdığı o zamanlar) özünə aldığı boz kostyum (bu boz kostyum o qədər köhnə və eyni zamanda o qədər səliqəliydi ki, elə bil, muzey eksponatı idi!). Elə həmin qədim vaxtlardan – əllinci illərdən qalma miləmil köynək, enli qəhvəyi qalstuk; qoca hər gün səhər yerindən qalxanda boz kostyumu geyirdi, miləmil köynəyin üstündən enli, qəhvəyi qalstukunu taxırdı, elə bil ki, o keçmiş vaxtlardakı kimi, işə gedəcəkdi və hər gün də heç hara getmədiyi, təkcə evdə, ya da ki, həyət qapılarının ağzındakı taxta skamyada hərəkətsiz oturduğu üçün, boz kostyum didilib-sökülmürdü, ayda, iki ayda bir dəfə də, gecə qoca yatandan sonra gəlinin ütüsündən, şotkasından keçirdi.
O payız səhəri qoca diqqətlə öz əyninə baxa-baxa əlini pencəyinin yaxasında gəzdirdi, iki əlini də şalvarın üstündən bir dəri, bir sümük olan dizlərinə sürtdü, elə bil, öz-özünü yoxlayırdı və soruşdu:
– Mən kiməm?
Oğlu qocaya baxdı və birdən-birə qızardı, ərinin beləcə qızarmağı, əlbəttə, gəlinin gözündən yayınmadı, arvad ürək ağrısı ilə fikirləşdi ki, əri hələ də qocanın belə bir vəziyyəti ilə barışa bilmir, kişinin xəcalətini çəkir.
Qoca bu dəfə də diqqətlə oğluna baxdı:
– Bəs... sən kimsən?
– Mən itəm! Pişiyəm! Əbləhin biriyəm! Heç bilirəm ki, kiməm? – Əlindəki boş stəkanı hirslə nəlbəkinin üstünə qoyub ayağa qalxdı, balaca arakəsməyə çıxıb köhnə paltosunu, papağını asılqandan götürdü, əyninə geyməyib, elə-eləcə evdən çıxdı, həyətdəki zibil yeşiyinin yanından ötüb birbaş işə yollandı: iyirmi il idi ki, Statistika İdarəsində təsərrüfat müdiri işləyirdi (işçisi də ancaq özündən ibarət idi).
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-dunyanin-bexteveri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.
V fəsilAğagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub «İsgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı.
VI fəsilZübeydə uzun gecə köynəyini geyib artırmadakı miçətkənin içində uzanmışdı və fikirləşirdi ki, bütün bu gözəl Abşeronun bircə ayıbı vardısa, o da ağcaqanad idi, özü də ağcaqanad burda, bu kənddə belə fironluq eləyirdi, amma bir az yuxarıda, Bilgəhdə, ya o tərəfdə, Nardaranda biri də yox idi.İndi neynəyək, duraq köçək Bilgəhə, ya Nardarana? Yat, atalar deyib ki, hər gözəlin bir eybi var... Bəs, bir gözəlin yüz eybi olanda necə olsun? Əşşi, çor olsun, zəhrimar olsun, yat, vəssalam... Niyə yata bilmirdi, balam? Nə idi axı, bayaqdan yadına sala bilmədiyi, nə idi o? Bu, başqa bir xatirə idi, işıqlı idi, işığı lap zəif də olsa, o uzaq illərdən süzülüb gəlirdi, təmiz idi, özü də elə bil ki, bir az Ağagüllə Nisənin vağzal bağında öpüşməyinə oxşayırdı, nə idi o? Bu xatirədə şampan tıxacının partlaması yox idi, ətir iyi, pudra iyi yox idi, ləzzətli yeməklər, aşiq sağlıqları, vurğun baxışlar yox idi. Çox sadə idi, dama-dama məktəbli dəftərinə oxşayırdı...
VII fəsilAğagül əvvəlcə elə bildi ki, bu toyuq səsini yuxuda eşidir, çünki bütün gecəni qatmaqarışıq yuxular görmüşdü və qırmızı çil toyuq da Nisənin gözlərindən süzülən yaş gilələri kimi yuxudan-yuxuya keçmişdi, amma Ağagül gözünü açanda və külafirəngidən başını qaldırıb həyətə baxanda gördü ki, qırmızı çil toyuq, doğrudan da, həyətdədi, hasarın dibinə düşüb qalıb, bərkdən də qaqqıldayır; sonra qırmızı çil toyuq çırpınıb ayağa qalxdı və hirslə qaqqıldaya-qaqqıldaya ki, bu nə gecə macərasıdı belə mən düşmüşəm, o tərəf-bu tərəfə yeriməyə başladı.Sonra hasarın o biri tərəfindən torbanı da qırmızı çil toyuğun dalınca həyətə atdılar.
Стихи других поэтов
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
DərdsizNalayıq sözləri, ağır sözləri,Heç zaman eşitmək istəməz adam.
Dağlar, sizdə nəyim qaldı, gəncliyimDağlar, sizdə nəyim qaldı, gəncliyim,Gəncliyimi bir də mənə qaytarın.