Birinci hissə, 16
İbrahim xan iti addımlarla sarayın dəhlizi ilə gedirdi. Axund Mirmöhsün ağa onun ardınca addımlayırdı.
İbrahim xan gedə-gedə deyirdi:
– Eşitdin də, Mirmöhsün ağa, eşitdin, Cavad xanın tənələrini? Eşitdin, məni necə aşkar məzəmmət edirdi? Biz iki divin pusqusunda dayanıb içinə düşdüyümüz bu tilsimi qan tökməklə sındıra bilmərik. Bizim nicat yolumuz qılıncda deyil, tədbirdədir! Mən nə üçün ürəyimin bir parçasını kəsib Tehrana göndərdim? Mən nə üçün o vaxt rus generalı Zubova qiymətli hədiyyələr göndərib rus padşahına öz ixlasımı bəyan etdim? Nə edəcək Cavad xan? Hə?! Qoşun verin, deyir. Özünü divə yem eləyəcək, vəssalam! Cavan-cavan oğullarını itirmiş analar da yerə, göyə lənət oxuyacq!
Axund Mirmöhsün ağa:
– Təki gələcək nəsillər bizə lənət oxumasın!..– dedi.
İbrahim xan başını çevirib yanpörtü Axund Mirmöhsün ağaya baxdı, nəsə demək istədi, amma demədi, sonra qapını açıb otağa girdi.
Xanlar əyləşib onları gözləyirdi və İbrahim xan içəri girən kimi, yenə ayağa qalxdılar.
İbrahim xan:
– Əziyyət çəkməyin, buyurun, əyləşin,– dedi, özü də döşəkcədə oturdu.– Mən qardaşım Cavad xanın bayaq söylədiyi ittihamlara cavab vermək istəmirəm, ona görə yox ki, onları qəbul edirəm, ona görə ki, artıq burada deyildiyi kimi, mübahisəyə girişmək zamanı deyil, vaxt dayanıb bizi gözləmir və bir də, onsuz da ki, tarix hər şeyi yerbəyer edəcək. Siz düz deyirsiniz, ağalar, vəziyyət mürəkkəbdir və getdikcə daha da ağırlaşır. Biz Ağa Məhəmməd şahın yaratdığı dəhşətli günlərdən sonra, yenə fəlakətlərə düçar ola bilərik. İndicə aldığım məlumata görə, qızılbaş qoşunu da Naxçıvan, İrəvan və Qarabağ sərhədlərinə doğru irəliləməkdədir.– Hiss olunurdu ki, İbrahim xan əsəblərini güclə sakitləşdirir.– Qardaşım Cavad xan, söz sizin idi. Buyurun, hazırkı vəziyyətdən çıxmaq üçün siz nə təklif edirsiniz?
Cavad xan dedi:
– Əgər siz və eləcə də, heç olmasa, Şəki, Şirvan, Bakı xanları – hər bir xanlıqdan mənə iki min-üç min nəfər atlı versəniz, ha eləyib, Sisianova əlavə kömək gəlib çatınca, mən onu aşağı Qafqazdan qovub çıxarardım.
İbrahim xan:
– Bəs sonra?– soruşdu.– Sonra nə olacaq? Aleksandr padşah o saat öz qoşununun aqibəti ilə barışacaq və susub oturacaq?
Cavad xan aşkar bir qəzəblə:
– Bilmirəm, – dedi.– Rus padşahı susacaq, ya nə edəcək?! Lakin bütün dünya görəcək ki, biz də varıq, biz də bir qüvvəyik, bizimlə də hesablaşmaq lazımdır!
İbrahim xan:
– Qardaşım, bunlar hamısı sözdür!– dedi.
Kəlbəli xan:
– Bəs, sərhəddimizə gəlib çatan qızılbaş qoşunu ilə neyləyəcəyik?– soruşdu.
Məhəmməd xan İbrahim xana baxdı:
– Mən belə məlum edirəm ki, İbrahim xan tamamilə rusa meyillidi. Ancaq mən, məsələ gəlib bu nöqtəyə çatsa, ağalar, bəyan edirəm, İranı tutacağam.
İbrahim xan:
– Qardaşlar,– dedi,– mən rus padşahlığının himayəsi haqqında danışanda, Azərbaycanın öz istiqlaliyyətindən əl çəkib, sözsüz rusa tabe olması fikrindən çox uzağam. Mən Aleksandrla səmimi dost olmaq fikrindəyəm.
Cavad xan əvvəlki ötkəmliyi ilə:
– Cənab İbrahim xan!– dedi.– Rus generalları Azərbaycanı işğal edəndən sonra, rus padşahı səninlə dostluq mükaliməsinə girməz! Siz özünüz özünüzü aldadırsız! İbrahim xan da get-gedə gözgörəti sərtləşirdi:
– Mən uşaq deyiləm, Cavad xan! O vaxt general Zubovla da rus taxt-tacı ilə belə bir dostluq barədə danışdım. O, mənim fikirlərimi nəinki bəyənmişdi, hətta alqışlamışdı!
Axund Mirmöhsün ağa yavaşdan öskürdü və İbrahim xan ona baxıb bir az narazılıqla:
– Sözün var?– soruşdu.
Axund həmişəki kimi aramla:
– Üzr istəyirəm ki, siz xan əlahəzrətlərinin məşvərətinə müdaxilə edirəm, amma bu gün bu məşvərətdən millətin taleyi asılıdır. Mən uzaq şimalda yaşayan rus xalqı haqqında fəna bir söz deyə bilmərəm. Çünki bütün millətləri bir olan Allah yaradıb. Amma rus padşahının Qafqaza və eləcə də Azərbaycana ağır toplarla, yeni əsləhə ilə silahlanmış qoşunla gəlməsi məgər dostluqdan xəbər verir? Zubov da, Sisianov da ilk növbədə bizim ata-babalarımızın tikdirdikləri qalaların açarlarını tələb edirlər, orada qoşunlarını yerləşdirmək istəyirlər. Belə bir dostluğa inanmaq olar? Üzr istəyirəm, əlahəzrətlər… Bəlkə də başımdan böyük danışdım…
İbrahim xan tərs-tərs Axund Mirmöhsün ağaya baxdı, amma yenə bir söz demədi. Kəlbəli xan:
– Axund ağa düz buyurur…– dedi.
Məhəmməd xan da:
– Mən də Axund ağanın sözlərini doğru hesab edirəm…– dedi.
Cavad xan:
– Yox, ağalar!– dedi.– Mən İbrahim xan, sənə də, xan cənabları, sizlərə də axırıncı dəfə təklif edirəm: təcili surətdə hazır atlılarımızı birləşdirib Sisianovu qovmağa razılıq verirsinizmi? Artıq dərəcədə təveqqe edirəm, son sözünüzü deyəsiniz!
İbrahim xan:
– Mən general Sisianovla görüşüb danışmamış heç bir qərara gələ bilmərəm,– dedi.
Cavad xan Kəlbəli xana və Məhəmməd xana baxdı.
Onlar bir söz demədi.
Cavad xan cəld hərəkətlə ayağa qalxdı:
– İbrahim xan! Mən görürəm ki, məsələnin nə qədər ciddi olduğu nə sizi, nə də bu qardaşlarımızı mənim qədər narahat etmir. Ona görə də mən məclisinizi tərk edirəm və sizi xəbərdar edirəm ki, mən son nəfəsimə qədər rus padşahının qoşunu ilə vuruşacağam. Mən namusumuzu, torpağımızı axırıncı gülləmə qədər müdafiə edəcəyəm!
Və Cavad xan sürətlə otaqdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-16
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
... sonra bir şıdırğı yağış yağdı və birdən-birə bu dağların sal daşları, yamyaşıl döşləri və adda-budda o döşlərdə bitmiş ağacların eləcə yamyaşıl çətirləri, kolların yarpaqları, dibində ağappaq bir köpüklə köpüklənə-köpüklənə çay axan yarğanın üstü ilə uzanıb gedən sıldırım qaya parçalarını tozdan, torpaqdan yuyub tərtəmiz etdi və tərtəmiz bir parıltı ilə də işım-işım işıldatdı və bu dəm bu dağlar, bu yaşıllıq, bu sal daşlar, yarğan boyu uzanan o sıldırım qayalıq dünyanın genişliyindən, əvvəlsizliyindən və axırsızlığından xəbər verdi...... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların, o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı:
Araba(Şairin ölümü haqqında)olduqca...
Proloqİlyas Əfəndiyevin «Hökmdar və qızı»faciəsinin motivləri əsasında yazılmışdır.
Birinci hissə, 16 sentyabr 1802–ci il. Sankt-Peterburq. Qış Sarayı.İmperator I Aleksandr öz iş otağında general və əyanların arasında var-gəl edirdi və imperator bu dəm, elə bil, əsabələri ilə yox, öz-özü ilə danışırdı:
Стихи других поэтов
Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
Daşdan yaza-yaza elə bilməyinDaşdan yaza-yaza elə bilməyinSoyuq daşa dönüb ürəyim mənim.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.