Birinci hissə, 17
1 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.
Tiflisə quşbaşı qar yağırdı.
Üstü qarla dolu ağacların əhatəsində, hər tərəfini qar basmış o bina, o qarlı baxça, elə bil, dünyanın ən sakit, ən rahat bir guşəsi idi.
Və o binadakı kabinetində knyaz Sisianov general Portnyakinlə üz-üzə dayanmışdı.
– General Portnyakin! Mən sizə 11 topu olan piyada batalyonu verirəm! Üç eskadron, əlavə olaraq da iki kazak yüzlüyü verirəm! Eşidirsinizmi? İki kazak yüzlüyü! Və bir əsgər kimi sizdən soruşuram: Cavad xanı məğlub edəcəksinizmi? General Portnyakin:
– Zat-aliləri!– dedi.– Cavad xanı məğlub etmək üçün, onu öldürmək lazımdır! Knyaz qışqırdı:
– Mən sizdən nə lazım olduğunu soruşmuram! Mən sizdən soruşuram ki, Cavad xanı məğlub edəcəksiniz, ya yox?! Mən sizdən Gəncəni tələb edirəm! Gəncənin adı xəritədən silinməlidir! Gəncənin adı yaddaşlardan da silinməlidir! Yaddaşlarda Gəncə yox, Yelizavettapol qalmalıdır! Həmişəlik, general, eşidirsinizmi, minilliklər boyu!.. Biz Cavad xana elə divan tutmalıyıq ki, bu yerlərin bütün türk tayfasına dərs olsun! Bütün bu yekəbaş müsəlman ağalarına dərs olsun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-17
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cənubi Qafqazın xəritəsində cürbəcür xətlər çəkilmiş, işarələr qoyulmuşdu.… Fətəli şah hündür qamətini əyib diqqətlə mizin üstündə açılmış xəritəyə baxırdı.
İkinci hissə, 23Dörd-beş rus soldatının, deyəsən, kefi kök idi, gözəl bir rus mahnısı oxuya-oxuya Şuşanın küçələrini gəzirdilər.… Və onlar eləcə gəlib bazara çıxdılar.
İkinci hissə, 24Vanya yüzbaşı Şuşa qarnizonunun yerləşdiyi binaya gələndə rus gözətçilər onu tanıyıb heç nə soruşmadılar:– Proxodite.
İkinci hissə, 25Əmiraslan bəy Xan sarayının həyətində onlara tərəf gələndə İbrahim xan Gövhər ağanı yelləncəkdə yelləyirdi.Gövhər ağa:
Стихи других поэтов
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Əfqan torpağında qalanlarımGetdi cavanlarım, dönmədi geri,Uzaq səhralarda qəbirlər qaldı,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.