Birinci hissə, 20
29 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.
Knyaz Sisianov hərbi məclis çağırmışdı və hisslərini cilovlaya bilməyib həyəcanla danışırdı:
– Cavad xan imperiyanın düşmənidir! O sağ qaldıqca, biz nüfuzdan düşürük! Öz şəxsində bütün ətraf xanlara nümunə göstərir ki, təkbaşına rus ordusu ilə müharibə aparır. Bunun axırı yaxşı olmayacaq, general Portnyakin! Mən sizə on bir topu olan batalyon vermişəm! Üç eskadron vermişəm! İki kazak yüzlüyü vermişəm! İndi o iki yüzlükdən neçə nəfər qalıb? Cəmi on yeddi nəfər, general, on yeddi nəfər!
General Portnyakin:
– Zat-aliləri,– dedi,– Cavad xan özü üçün əlverişli taktika seçib. Gəncə qalası yeraltı bir labirintdir. Cavad xan gözlənilməz səmtlərdə qaladan çıxır, bir müddət vuruşur, vaxt yetişəndə tamam başqa bir səmtdən təzədən Gəncə qalasına qayıdır. Sisianov:
– Buna dözmək daha mümkün deyil!– dedi.– Mən Gəncə qalasına təcili… və amansız hücuma başlayıram! Bütün qüvvələri səfərbər edirəm! Gəncə erməniləri bizə sifariş göndərməkdən, bizi hücuma çağırmaqdan beziblər! Biz Qafqazda məskunlaşmış erməniləri özümüzdən narazı sala bilmərik! Onlar bu vəhşi diyarda, bu cavad xanlar arasında bizim yeganə müttəfiqlərimizdir! Hücum! Amansız hücum!
General Portnyakin:
– Gəncə qalası çox möhkəmdir, zat-aliləri,– dedi.– Mən artıq sizə məruzə etdim. Gəncə başdan-başa lağımlardır, yeraltı yollardır. Oranı almaq asan olmayacaq!
Knyaz Sisianov:
– Kim asan yol axtarır, kənara çəkilsin, general!– dedi.– Sabah sübh tezdən Gəncəyə hücuma başlayırıq!
Polkovnik Eristavi:
– Zat-aliləri, mən təklif edirəm… hətta… hətta xahiş edirəm ki, Cavad xana sonuncu dəfə məktub göndərəsiniz.
Sisianov:
– Mən bu Asiya yekəxanasına nə qədər məktub göndərə bilərəm?– soruşdu.
– O məktubların tonu çox sərt olur…
– Mən Cavad xana məhəbbət məktubu yazmalıyam? Hə, polkovnik Eristavi?
– Cavad xan, hər halda, hökmdardır… Qacar kimi bir nəsildən çıxıb…
General Portnyakin:
– Mən də polkovnikin təklifinə tərəfdaram, zat-aliləri…– dedi.
Sisianov:
– Yaxşı!– dedi.– Mən sonuncu dəfə ona məktub göndərirəm ki, Gəncə qalasını təslim etsin. Sonuncu dəfə! Təslim şərtlərini qəbul etmək üçün ona iki gün vaxt verirəm! – Knyaz get-gedə daha artıq əsəbiləşirdi.– Gəncə böyük Rusiya imperiyasının tərkib hissəsidir, bir əyalətidir, başqa yer deyil!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-20
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Topxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı atlı çapa-çapa özünü meşəyə verdi.Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.
İkinci hissə, IXŞahnaz xanım pəncərə önündə dayanıb duman içində güclə seçilən Topxana meşəsinə baxırdı və bu dəm qızın üzündə bir qorxu, bir nigarançılıq vardı.Gülgəz otağa girəndə Şahnaz xanım diksinib geri çöndü və vahimə ilə:
İkinci hissə, XValeh hər biri öz işi ilə məşğul olan qızıl əsgərlərin, gəlib-gedən, harda oldu oturub gözləyən yerli camaatın arasından keçib tələsik komissarın otağına girdi.Nicat yazı masasının arxasından başını qaldırıb yuxusuzluqdan, yorğunluqdan qıpqırmızı qızarmış gözlərilə cavan oğlana baxdı və soruşdu:
İkinci hissə, XIQızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.