Yavaş-yavaş gün batırdı və Gündüz Kərimbəyli portfelini götürüb qonaq evinin darvazasından çıxanda Mürşüdlə üzbəüz gəldi.

Mürşüd ayaq saxlayıb qonağa baxdı.

Mühüm işlər müstəntiqi uşağın qarşısında dayandı.

Bir müddət onlar bir-birinə baxdılar.

Gündüz Kərimbəyli:

– Sağ ol, Mürşüd, – dedi.

Mürşüd cavab vermədi.

Onlar yenə bir-birinə baxdılar.

Gündüz Kərimbəyli:

– Kibrit kağızı göndərəcəyəm sənə, – dedi.

Mürşüdün gözləri doldu, dodaqları əsə-əsə:

– Dədəmi buraxdır! – dedi.

Mühüm işlər müstəntiqi gözlərini Mürşüddən çəkmədi; onun baxışları açıq-aşkar belə deyirdi ki, sənin nə təqsirin var, evdəki bacılarının, qardaşının nə təqsiri var ki, bu dünyada atasız böyüyəsiz? Atanıza sizin nə deyim mən!..

Gündüz Kərimbəyli əlini qaldırıb Mürşüdün qıvrım saçlarını qarışdırdı və:

– Böyüyəndə çox şeyi başa düşəcəksən! – dedi. – Məni də başa düşəcəksən. Sonra asta addımlarla uzaqlaşdı...

... Və daha sonra qatar qar basmış meşənin səssizliyini poza-poza getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов