İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.

Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

Sonra o cavan və yaraşıqlı (hündürboylu!) oğlan İzabeli Qubanın Qəşrəş meşəsindəki məşhur kababxanada əsl Qafqaz kababı yeməyə dəvət etdi. 32 yaşına çatdığına baxmayaraq, İzabelin indiyə qədər hələ heç bir azərbaycanlı, ümumiyyətlə, heç bir qafqazlı ilə heç bir məhəbbət macərası olmamışdı və Quba, doğrudan da, gözəl bir yer idi, sabah səhər Cenevrəyə yola düşməsinə də hələ bütöv, azad və sərbəst bir gecə qalırdı, ona görə də İzabel Xanukoff o cavan oğlanın dəvətini məmnuniyyətlə qəbul etdi.

XXIV

... çox-çox illər bundan əvvəl Yevlaxdan Bakıya gedən qatar on yeddi yaşlı bir oğlanı işıqlı, hərarətli, sirli-sevincli bir Gələcəyə aparırdı...

... və o qatarın dəmir çarxlarının çakka-çukunu, sədası uzaqlardan gələn bir «Qarabağ şikəstəsi» müşayiət edirdi...

13 avqust 2003.

Zuğulba.

UŞAQ

HEKAYƏLƏRI

SƏLIMIN HEKAYƏLƏRI

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 мин
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 мин
XXI fəsil

O axşam Cümü hələ gəlməmişdi və Cümü evə (otağa) gəlməmiş, əvvəlcə həyətdən tırtırın səsi gəlirdi, tırtırın o səsi həyətdə axırıncı dəfə zilə qalxıb, susurdu, bir-iki dəqiqədən – Cümü Yataqxananın beşinci mərtəbəsinə qalxırdı – sonra, hələ otağın qapısı açılmamış, arağın iyi içəri dolurdu və o arağın iyi daha əvvəlkitək Sonanın ürəyini bulandırmırdı, çünki o günə ki, Şuşadan sonra Cümü düşmüşdü – Şuşanın bir nömrəli taksi sürücüsü Qızıl Diş Cümşüd ki, plov yemirdi, bığım yağa batar, indi hər dəfə tırıltısı dünyanın xəcalətini gətirib bu beşinci mərtəbədəki otağa pərçim edən köhnə motorollerin (tırtırın) lafetində Abşeron kəndlərinə yem satan Cümü olmuşdu – o günü, Sona fikrindən keçirirdi ki, Allah ermənidən başqa, heç kimə göstərməsin və Şuşada ildə-ayda, toyda-düyündə bir az təmiz tut arağından başqa heç nə içməyən Cümü, indi gündə nöyüt kimi arağı dümləyib ürəyini o araq stəkanına boşaldırdısa, nə eləmək olardı, Sona fikirləşirdi ki, qoy içsin və Cümünün arağa verdiyi o pula ki, 300 qram ət almaq olardı, o 300 qram ət də heç lazım deyildi.O axşam Cümü hələ gəlməmişdi, Sona pəncərənin qabağında dayanıb eşiyin qaranlığına baxırdı, Güllü arvad plastmas siniyə (gözəl mis sini Şuşada qalmışdı) düyü töküb (humanitar yardım idi) Cəmiləyə vermişdi ki, arıtlasın və Cəmilə də otaqdakı yeganə çarpayının üstündə oturub, o plastmas sinini də dizlərinin üstünə qoyub haçan qurtaracağını səbrsizliklə gözləyə-gözləyə düyü arıtlayırdı.

2 мин
XXII fəsil

Əhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün dəyaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi,

10 мин

Стихи других поэтов