Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.

Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

– Axmaq oğlu axmaq! – dedi. – Bilirdim ki, onun axırı elə belə olacaq!

Balacaxanım Qırmızı xoruzu tapacağına ümidini tamam itirib:

– Heç olmasa, – dedi. – Allah bir yetim-yesirə qismət edəydi onları!..

Ağadadaş:

– O xoruzu ki, mən tanıyıram, o köpəyoğlunun yetim-yesirlə arası yoxdu! – dedi və həmin payız günü birinci dəfə güldü. – Bizi bəyənmədi, bəy axtarır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов