Qaratoyuqlar
Həyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü.
Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım.
Bir gün gördüm ki, bir ana qaratoyuq, iki də balası – uçub gəlib həmin armud ağacının dibində yerə qondu. Bala qaratoyuqlar böyümüşdü, amma hələ tamam qaralmamışdılar, lələkləri boz idi.
Ana qaratoyuq bayaq həyətin səssizliyi içində qəfil bir tappıltıyla yerə düşmüş armudu dimdikləyib yeməyə başladı və ana qaratoyuq hər dəfə armuda dimdik vuranda böyümüş balaları balaca cücə kimi ağızlarını geniş açırdılar, analarından yemək istəyirdilər. Ana qaratoyuq başını qaldırıb onlara baxırdı, sonra yenə armudu dimdikləyirdi.
Bala qaratoyuqlar ağızlarını eləcə açıb civildəyə-civildəyə analarından yemək istəyirdi, anaları isə, onların ağzına heç nə qoymurdu.
Mən başa düşdüm ki, ana qaratoyuq balalarına yemək dərsi verir, dimdikləmək öyrədirdi.
Ana qaratoyuq bir armud yedi, sonra ikinci armudu yedi, sonra üçüncü armudu yedi, amma balaları armuda dimdik vurmurdu, ağızlarını açıb analarından yemək istəyirdi.
Ana qaratoyuq armudu dimdikləyir, balalarına baxır, təzədən armudu dimdikləyir, təzədən balalarına baxırdı.
Ananın cidd-cəhdindən, açıq-aşkar təhrikindən heç nə çıxmadı, balalar armuda dimdik vurmadı.
Qaratoyuqlar uçub getdi və mən yazı makinasının arxasında yenidən Səfəvilər dövrünə qayıtdım.
Sabahkı gün həmin ana qaratoyuq balaları ilə uçub yenə o armud ağacının dibinə qondu. Ana qaratoyuq yenə armud dimdikləyib yeməyə başladı, bala qaratoyuqlar isə yenə var gücləri ilə ağızlarını geniş açıb haray-həşirlə civildəyə-civildəyə analarından yemək istəyirdilər. Ana qaratoyuq yəqin ki, balalarını şirnikləndirməkdən ötrü hərəsinin ağzına dəymiş armuddan bir dimdik qoydu. Bundan sonra bala qaratoyuqlar az qalırdılar ağızlarını cırsınlar – o qədər yekə açırdılar və daha artıq civildəyə-civildəyə dünyadan şikayət edirdilər. Ana qaratoyuq daha onlara heç nə vermədi və hər dimdikdən sonra balalarına baxa-baxa bu gün də üç armud yedi.
Dörd gün beləcə davam etdi.
Nəhayət, beşinci gün bala qaratoyuqlardan biri yerdəki yetişmiş armuda bir dimdik vurdu. Bundan sonra o biri bala qaratoyuq da diqqətlə gah armuda, gah da ona baxıb armuda dimdik vurdu və ikisi də daha dayanmadı, acgözlüklə armudu dimdikləyə-dimdikləyə yeməyə başladı. Ana qaratoyuq uçub armud ağacının aşağı budağına qondu.
Bala qaratoyuqlar yerdəki armudu dimdikləyir, tez-tez də başlarını qaldırıb budaqdakı analarına baxırdı. Ana qaratoyuq isə başını yana çevirirdi. Yəqin bu üç gündə o qədər armud yemişdi ki, indi armuda tərəf baxa da bilmirdi.
Balalar əvvəlcə ikisi bir armud, sonra da hərəsi bir armud yedi.
Sonra o qaratoyuqlar uçub getdi.
Sonrakı günlər mən daha ana qaratoyuğu görmədim. Hərdənbir bala qaratoyuqlar uçub gəlib armud ağacının dibinə qonurdu və o armuddan doyunca yeyib təzədən uçub gedirdi.
29 iyul 1981.
Talıstan kəndi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-qaratoyuqlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O axşam Cümü hələ gəlməmişdi və Cümü evə (otağa) gəlməmiş, əvvəlcə həyətdən tırtırın səsi gəlirdi, tırtırın o səsi həyətdə axırıncı dəfə zilə qalxıb, susurdu, bir-iki dəqiqədən – Cümü Yataqxananın beşinci mərtəbəsinə qalxırdı – sonra, hələ otağın qapısı açılmamış, arağın iyi içəri dolurdu və o arağın iyi daha əvvəlkitək Sonanın ürəyini bulandırmırdı, çünki o günə ki, Şuşadan sonra Cümü düşmüşdü – Şuşanın bir nömrəli taksi sürücüsü Qızıl Diş Cümşüd ki, plov yemirdi, bığım yağa batar, indi hər dəfə tırıltısı dünyanın xəcalətini gətirib bu beşinci mərtəbədəki otağa pərçim edən köhnə motorollerin (tırtırın) lafetində Abşeron kəndlərinə yem satan Cümü olmuşdu – o günü, Sona fikrindən keçirirdi ki, Allah ermənidən başqa, heç kimə göstərməsin və Şuşada ildə-ayda, toyda-düyündə bir az təmiz tut arağından başqa heç nə içməyən Cümü, indi gündə nöyüt kimi arağı dümləyib ürəyini o araq stəkanına boşaldırdısa, nə eləmək olardı, Sona fikirləşirdi ki, qoy içsin və Cümünün arağa verdiyi o pula ki, 300 qram ət almaq olardı, o 300 qram ət də heç lazım deyildi.O axşam Cümü hələ gəlməmişdi, Sona pəncərənin qabağında dayanıb eşiyin qaranlığına baxırdı, Güllü arvad plastmas siniyə (gözəl mis sini Şuşada qalmışdı) düyü töküb (humanitar yardım idi) Cəmiləyə vermişdi ki, arıtlasın və Cəmilə də otaqdakı yeganə çarpayının üstündə oturub, o plastmas sinini də dizlərinin üstünə qoyub haçan qurtaracağını səbrsizliklə gözləyə-gözləyə düyü arıtlayırdı.
XXII fəsilƏhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün dəyaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi,
XXIII fəsilEysebio (Əbülfət!.. Əbülfət!.. Əbülfət!..) Bakıdan gəlib Yataqxananın o həyətində futbol oynayanda, Cəmiləyə elə gəlirdi ki, həyətin yuxarı başındakı o üç gözəl iydə ağacı da Eysebioya (Əbülfətə!.. Əbülfətə!.. Əbülfətə!..) baxırlar və onlar da Eysebionu (Əbülfəti!.. Əbülfəti!.. Əbülfəti!..) sevirlər...XXIV
I hissə(Gümüşü Furqon)– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən
Стихи других поэтов
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Gəl, bir də sevim səni yupyumru bir eşqiləSevir kimsə kimsənibir kimsənin üstünə,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.