Bu günləri bir hikmətə tuş oldum,Adı-sanı hər aləmdə deyilir.Şəriət ətini haram buyurub,Halal olan sümükləri yeyilir.

Müdam ayağından kəsilməz abı,Abını kəsəndə, heç olmaz tabı.Çox əziz yaradıb kərəm sahabı,Toxmaq ilə təpəsinə döyülür.

Ələsgər ərz eylər, ariflər qana,Üç ayda, dörd ayda o gəlir cana.Lətifdi xörəyi, qarışır qana,Dərmanı var cəsədində yayılır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости