Mərifət bəhrində qəvvasam deyən,Gir dərin dəryaya, çalxan, üz ha üz.Mən aşığam, üz ha üz,Sonam, göldə üz ha üz.Bivəfadan yar olmaz,Ömür üzsən, üz, ha üz.Qarı düşman bir də gəlib dost olmaz,Əlin tutub yalvarasan üz ha üz.

Dərviş olan gedər gəzər dərində,Yerkən açar dayazlarda, dərindəMən aşığam, dərində,Dayazlarda, dərində.Qul olasan, qalasanNazlı yarın dərində.Əl açasan ərənlərin dərində,Calayasan sınıq könül üz ha üz.

Ələsgərim, ağlayasan, güləsən,Bülbül kimi aşiq idin gülə sən.Mən aşığam, güləsən,Danışasan, güləsən.Bağban öldü, bağ soldu,Həsrət qaldın gülə sən.Naşı bağban, əl uzatma gülə sən,Çək əlini qızılgüldən üz ha, üz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви