Yuxunu evdən qovubşeirim keçib yerinə,Səhər yola düşübdür,yazıb-pozuram yenə.Günəş özü görünmür,amma dağlar dalındanqaldırıbdır üfüqəal-əlvan yelpəyini.

Açıram pəncərəmi,avazıdır bir qədərsəpsərin yel beyini.Düşünürəm; mən təkəm,dünya hələ yatıbdır.Otağım tənhalığınDəryasında batıbdır.Yox, bu belə deyildir,hətta mən indi beləbağlıyam yer üzününhər uzaq guşəsilə.Bağlıyam kainatınhər planetiylə mən,Bizi fırladan Yerinmərmi sürətilə mən,Ürəyim yaman vurur,Bəlkə həkimə gedim?Bəlkə dosta gənəşim?Xeyr!Çox güman indiGur maqnit tufanlarıBaşlamışdır Günəşin.Vurur dalğası məni,Vurur dalğası Yeri...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов