Başının üstünə bax!– Durna qatarıdımı?– Yoxsa heç nə görmədin?– Uçdumu? Qurtardımı?Gözlə görünmür onlar;Keçir başımız üstdənGünlər...Saatlar...anlar...Qarşılanmamış səhər,Nəfəs dəyməmiş gecəNecəsən, başın üstdənSözsüz, xəbərsiz keçə?

Saçlarında günlərinAyaq tozları qalmış,Görən deyir gənc deyil,Yaşa dolub qocalmış.Nə oldu, nə tutuldunTərlədin puçur-puçur?Başının üstünə bax!Köçəri günlər uçur!Köçəri günlər uçur!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов