Delfinlər
Tufanla, tolatümlə coşubdur qara dərya,Dağ-dağ qabaran dalğaların məqsədi guyaGöylərlə öpüşmək, ora çatmaq... ora ancaq.Azman gəmi girdablara düşmüş bir oyuncaq.Üzlərdə tolaş, çöhrələri vahimə sarmış,Dəryada coşan fırtına dəhşətli olarmış!Torpaq çox uzaqdır bura, sahillər uzaqdır,Gözlər bir ümid şöləsi hardan tapacaqdır?Hər dalğa bir əjdahaya bənzər, neçə əlli,Hardan tapasan burda ümid, qəlbə təsəlli?!Dörd yanda sular qeyzə gəlib, çaxnaşır aləm.Birdən biri heyrətlə dinir: “Delfinə bax bir,Delfinlərə bax, gör nə qədərdir, nə qədərdir!”Coşqun suya şövq ilə baxırkən gəmimizdənBir zərrə nişan qalmadı keçmiş qəmimizdən.Gözlərdə sevinc, bir də ümid şöləsi yandı,Hər dalğası ehram, sulu yollar da uzandı,Zülmət gecə nur gündüzə çevrildi səfərdə:Lal dilli bu qəvvaslara baxdıqca biz hərdənGüldük də, sevindik də, cumub bir ana delfinHeyrətdə qoyan bir nömrə də göstərdi bizimçün.Hərçənd yolumuz sahilə burdan çox uzaqdı,Hərçənd qabaran dalğaların hər biri dağdı,Hərçənd bu səfər qorxulu, dəhşətli səfərdi –Delfinlərə baxdıqca biz ancaqSandıq hərəmiz tapdı uşaqtək bir oyuncaq,Tapdıq da unutduq qəmi-dərdi.
Qara dəniz, 1969
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-delfinler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözümdə qalmayıb arzu da, kam da,Həyat, yalnız sənə minnətdaram mən.
TorpağımHamıdan çox torpağıma inanıram,İstəyirəm hər an onu seyrə çıxım.
Desələr səfərə çıxmaq gərəkdirDesələr səfərə çıxmaq gərəkdirƏn uzaq səfərə məni göndərin.
Bizim elYa qonaq, ya qərib, ya səyyah ol sən,Harda könül açan mahnı eşitsən,