Gözümdə qalmayıb arzu da, kam da,Həyat, yalnız sənə minnətdaram mən.Uğurlu bir gündə, bir xoş məqamdaMəni bu torpağa oğul etmisən.

Məni yad yurda da ata bilərdin.Övlad da edərdin başqa məkana.Onda həsrətimdən yanıb ölərdimUzaqdan baxanda Azərbaycana.

Həyat, çox sağ ol ki, dillər içindəMənə Azərbaycan dili vermisən.Sərraftək seçmisən ellər içindənMənə bu torpağı, eli vermisən.

Göllərdən baxtıma Göygöl, Maralgöl,Çaylardan payıma Araz, Kür düşüb.Həyat, ürəyimi özün ara, gör –Sənə buna görə təşəkkür düşür.

Nə qədər böyükmüş səndə səxavət,Mənə bu torpaqda çörək vermisən.Odlar ölkəsinin hüsnünə ziynət,Mənə sevmək üçün ürək vermisən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине