Kəndimizə gəldiyim gün
Salam, doğma kəndim, əziz oylaqlar,Görünür, könlümü sıxıb uzaqlar.Ay gümüş söyüdlər, ağcaqovaqlar,Sizsiz köksümü çox ötürmüşəm mən.
Arxamca su atdı kəndin əlləri,Ötdü tufanlarda ömrün illəri.Mənə bəxş etdiyin qara telləriAğardıb qoynuna gətirmişəm mən.
Qayıdıb gəlmişəm könlü pərişan.A kəndim, deyəsən, axı, bir zamanÖmür dastanımın səndə başlayanSonuncu fəslini bitirmişəm mən?!
Deyirlər adətdir hind torpağında:Dağ gövdəli fillər ölüm çağındaGəlib can tapşırır Dekan dağında,Yoxsa fil adəti götürmüşəm mən?
Burda iməkləyib durdum ayağa,Nolar, qoy çevrilim burda torpağa.Dönəndə bir ota, yaşıl yarpağaDeyərəm: bunları bitirmişəm mən!
Ürək öz oduna gərək qızına,Kəndim, istəyirsən yenidən sına –Həmişə toyuna, sənin yasınaÖzümü quş kimi yetirmişəm mən.
Elimin qəzəbi qılıncım olub,Onun məhəbbəti yapıncım olub.Elə nə vermişəm – qazancım olub,Elsiz nə yığmışam – itirmişəm mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-kendimize-geldiyim-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışırBəylər, nə layiqdi xan qulluğuna,Bir kəs atlı gedə, piyadə gələ?
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Qəzəl: Pasiban olmuş qəmər qapında, dərban aftabPasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab