Dünən qarın üstündə mənGördüm ayaq izlərimi.Bəs o izlər itdi nədənBu gün günəş doğan kimi?

Üzərində qarlı yerinİz salmaq çox asan olur.Asan düşən o izlərinÖmrü, ey dost, bir an olur!

Çətin olsa belə, çalış –İzin düşsün daş üstünə,Min odlu yay, min qarlı qışPoza bilməz onu yenə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов