Məzar daşları
Dinləyin, daşlar da dilə gəlibdir:– Deməyin duyğusuz məzar daşıyıq.Bizim taleyimiz belə gəlibdir,Ölü bir aləmin “vətəndaş”ıyıq.
Bizim daş bacımız, daş qardaşımızToylu, təbəssümlü binalardadır.
Bizimsə buzlayıb daş yaddaşımız,Bilmirik səadət, sevinc hardadır.
Bizim əcdadımız, o daş nəslimizQədim qalaların hörgüsündədir.Yalnız matəmlərin şahidiyik biz,Bu dərd boynumuzda ağır kündədir.
Yaraya bilərdik biz də bir işə,Döşənə bilərdik yollara barı.Bu daş sinəmizdən bizim həmişəAdlayıb keçərdi insan qatarı.
Bizdən heç olmasa bir toyuq hini,Bir qoyun qəhəli tikmək olardı.Biləndə nəyəsə gərəkliyiniElə zənn edirsən qış da bahardı.
Bizim yoldaşımız artır ilbəil,Belə qalmalıyıq ömrümüz boyu.İnsan saf daşları binaya deyil,Nədənsə məzarın üstünə qoyur.
Yenə ləyaqətli, təmiz kişininQəbrinə qoyulsan, dərdin yarıdı.Yadına salarsan onun işini,Deyərsən: – Nə olar, haqqı var idi!
El üçün yanardı səməndər kimi,Şərəfdir onunçün başdaşı olmaq.Yaşadı ər kimi, öldü ər kimi,Xoşdur beləsiylə yanaşı olmaq.
Eh, belə olsaydı, nəydi dərdimiz!Deyərdik, lazımıq, burda dururuq.Deyərdik, gələcək nəsillərə bizHörmətli bir adı tanıtdırırıq.
Bəzən tüfeylinin, acgöz zəlininQəbri tapşırılır bu yerdə bizə.Adı yer üzündən silinməlininAdı həkk olunur daş köksümüzə.
Deyirsən, axı, bu, sağlığında daTapdardı kiminsə ləyaqətini.İnsan məzarda da, qılınc qında daHökmən alsın gərək öz qiymətini.
Biz bütün dərdlərdən burda halıyıq,Heç nə yayınmayır daş gözümüzdən.Ancaq beləcə də biz qalmalıyıq,Bezib incisək də öz-özümüzdən.
Bu gün daş qəlbimiz dilə gəlibdir,Deməyin duyğusuz məzar daşıyıq.Bizim taleyimiz belə gəlibdir,Ölü bir aləmin “vətəndaş”ıyıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-mezar-daslari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
که بیک جو درم ناسره را نستانند
İnam öldü, insan öldüİnam öldü, insan öldü,Dönüb oldu bir yığın ət,
Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!Laləvəş sinəmdə dağların şəhadətdir mənə.
Həyatda ümidÜmid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?