Страница 2 из 2 · 50%

Şahin Elməddinin haldan-hala düşdüyünü, nə edəcəyini bilməyən adam kimi çaşdığını görürdü, səbəbini heç cür anlaya bilmirdi. Bəlkə yorğundu? Bəlkə... deyirlər axı şairlər «birtəhər» olurlar? Oğlan tərəddüd içində:

– Ağa... bağışlayın, mən sizi deyəsən narahat elədim!..— dedi və təzədən baş əyib: — üzr istəyirəm! —deyərək çıxıb getmək istəyəndə Elməddin sanki yuxudan ayıldı:

– Dayan, Şahin! Şahin dayandı.

– Sən... o Reyhan arvadın nəvəsi Şahinsən? Elə deyilmi?

– Bəli, ağa!—deyə Şahin sevinc içində dilləndi və ona lap yaxın gəldi. Elməddinin bu sözləriidən dərhal başa düşdü ki, Əfsanə Elməddini tapıb, ona nənəsi haqqında da, Şahin barədə də hər şeyi danışıb. Tapıb — deməli, Əfsanə onun arvadıdı. Tapıb, — deməli, o, Əfsanədən əlini ömürlük üzməlidi. Bu ani fikir Şahinin ürəyini boşaltdı

– Elməddinin dalınca gəlməyinə peşman oldu, çox peşman. Gəlməsəydi, bu həqiqəti bilməzdi, gəlməsəydi, ümidlə, intizarla yaşardı, həsrətlə yaşardı, haçansa tapacağına inana-inana yaşardı. Bundan sonra nə yaşadacaqdı onu? Heç nə! Öldü hamısı... Məktəb də, arzuları da, səadəti də... Yaşa görüm bundan sonra necə yaşayırsan, Şahin!

Elməddin onun qoluna girdi. Neçə addım sakit-sakit getdilər — heç biri hardan, nədən başlayacağını bilmirdi. Axırda, Elməddin ağlına gələn ilk sualı verdi:

– Reyhan xala necədi?

Elməddinin danışmağa söz tapdığına Şahin də sevindi, dərdini unudub:

– Yaxşıdı, ağa. — dedi. — Elə hər dəfə şəhərdən qəryəyə gedəndə məndən soruşur ki, Əfsanəni görə bildinmi? Deyirəm yox, ay nənə. Bugünkü təsadüf olmasaydı, sizi tapa bilməyəcəkdim.

– Şəhərdə yaşayırsan?

– Oxuyuram. Puhəntunda oxuyuram, ağa.

– Hə, lap yaxşı... Deməli, bugünkü müzahirədə sən də iştirak eləmisən.

– Bəli, ağa. Siz çox gözəl şer oxudunuz. Hamının xoşuna gəldi, ağa:

Zalimin qəlbi yox, qulaqları kar!

İnsafdan, mürvətdən uzaqdır zalim!

– Görürsüz, əzbərləmişəm də.

Elməddin mehriban-mehriban gülümsündü:

– Mən səni Puhəntunun həyətindən çıxandan görürdüm. Hiss edirdim ki, bir nəfər naşünas adam gəlir dalımca. Düşündüm yəqin sazmane-əmniyyənin adamlarındandı. Odur ki, yolumu tez-tez dəyişirdim...

– Yox, mən.. siz şer oxuyanda fikirləşdim ki, şairsiz. Elməddini tanımış olarsız. Ona görə yaxın gəldim. Orda öyrəndim ki, ağayi Elməddin elə sizsiniz. Çox sevindim. Dedim sizdən Əfsanəni soruşaram... Odur ki, araxanızca gəlirdim.

– Bəs niyə yaxınlaşmırdın?

– Nə bilim, ağa. Düzü, utanırdım, ürək eləmirdim.

– Nahaq. Kişi də kişidən utanar? Kişi gərək cəsarətli olsun, Şahin. Məqamında, yerində utanıb sözünü deməyən adam sonra çox əzab çəkir, qardaş! Bəzən ömrü boyu əzab çəkməli olur. O, Əfsanənin taleyi həll olunanda — hələ o vaxt qardaşı Yusifin qabağına çıxmamasını, dərdini, qəlbini açmamasını, sonralar isə bu qətiyyətsizliyi üzündən min müsibət çəkməsini nəzərdə tuturdu. Şahin cavab verdi:

– Bəli, düz deyirsiz, ağayi Elməddin. Elə bir iş mənim də başıma gəlib. — Şahin də vaxtında ürəyini Əfsanəyə açmamasını nəzərdə tuturdu: hər ikisi bir-birindən xəbərsiz eyni şeydən üstüörtülü danışırdı. Elməddin Yusifin, Şahin Əfsanənin qabağında susmuşdu bir vaxt.

– Odur ki, qətiyyətli olmaq lazımdı həyatda, ŞaHin!

Elməddinin burnuna kabab iyi gəldi. İndi yadına düşdü ki, səhər yediyinin üstündədir. Yəqnn Şahin də ac olar. O, Şahinin qolundan tutub onu kababxanaya sarı çəkdi:

– Gəl bir şam eləyək, həm də söhbətimizi davam etdirək.

...Onlar kababxanada iki saatdan çox oturdular. Elməddin Şahini danışdırdı. Şahin əhvalat necə olmuşdusa, eynən Əfsanə söyləyən kimi Elməddinə nəql elədi. Və Elməddin inandı ki, Əfsanə təmizdi, həyatında kimsə ilə durub-oturmayıb. Bu onun kefini lap durultdu. Şahin danışığında bircə şeyi — özünün Əfsanəni sevməsini gizləyirdi. Elməddin isə... bunu bildiyini büruzə vermirdi. Bəlkə... uşaqlıq, ilk yeniyetməlik hissi olub, keçib gedib! Təzədən yadına salmağın nə mənası vardı ki? O bunun əvəzinə Reyhan arvadın alicənablığından çox razılıq elədi, minnətdarlığını bildirdi. Özü isə, Əfsanəni necə tapmağını müxtəsərcə söylədi. Kefi yaxşıdır Əfsanənin. Taleyindən razıdır... sizi, xüsusilə Reyhan nənəni tez-tez xatırlayır. Elməddinə gəlincə o da Şahinlə tanış olmağına çox şaddır. Vaxtı, imkanı olanda o, Əfsanəni də götürüb Qarabağ qəryəsinə, o peyğəmbər kimi təmiz, xeyirxah arvadın—Reyhan nənənin ziyarətinə gələcək. Onun da — Şahinin də boş vaxtı olanda Elməddingilə gəlsin. Bu da onun ünvanı...

Hər şeydən danışdılar. Şahin Əfsanəyə salam da göndərdi. Ancaq yazıq yenə bilmədi ki, Əfsanə... Elməddinin arvadıdı ya yox. Çünki Elməddin söhbətində nə Siminin, nə qızının adını çəkdi.

Şahin nigaran ayrıldı Elməddindən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 мин
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 мин
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 мин
Üçüncü hissə, yeddinci fəsil

Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda

11 мин

Стихи других поэтов