İkinci hissə, ikinci fəsil
Страница 2 из 2 · 50%
– Doğru deyirsən, bala söylədi. —Ancaq mən Şəfi üçün qorxuram, çox qorxuram, oğul. Çünki o bu şerlərdə quruluşun açıq və qatı düşməni kimi çıxış edir. Qorxuram başını yeyərlər şairin oğul, heyfdi.
Bəbir fikrə getdi. Qocanın sözlərində həqiqət çox idi, ancaq bu qayğını ürəyinə yaxın buraxmaq istəmədi: həm də bu an o, Şəfi həbsxanada olarkən xalqın onu necə böyük məhəbbətlə müdafiəyə qalxdığını xatırladı, gülümsündü:
– Əlahəzrət də, naxost-vəzir cənabları da Şəfinin gücünü, qüdrətini gördü, qibləgahım, daha, mənim fikrimcə, ona toxunmağa cəsarət eləməzlər, qibləgahım.
Əziz xan qüssəli-qüssəli köksünü ötürüb:
– Məncə, sən hələ əlahəzrəti yaxşı tanımırsan, bala. — dedi. O, daha nə isə demək istəyirdi ki, Hikmətəli başını içəri uzatdı:
– Ağam ağayi Şəfi təşrif gətirib! —söylədi. Bəbir cəld ayağa qalxdı, qapıya sarı gedə-gedə saatına baxdı—ona işləmişdi. Az sonra Bəbir Şəfi ilə otağa girəndə, qonağa ehtiram naminə general kreslosundan durdu və çeşməyinin altından gözlərini qıyaraq mehribancasına gülümsünərək əlini ona doğru gələn şairə uzatdı:
– Möhtərəm şairimiz xoş gəlib, səfa gətirib, — dedi. Şəfi onun arıq əlini hərarətlə sıxaraq:
– Xoş gününüz olsun, ağa!—söylədi və sifətinə ani olaraq nəzər salıb kişinin kefinin kök olduğunu yəqin etdikdən sonra əlavə etdi: — Sizi şad-xürrəm görməyimə çox şadam.
– Lütf edirsiniz, şair! — deyərək general ona oturmaq üçün yer göstərdi. Şəfi Bəbirin bayaq əyləşdiyi kresloda rahatlanıb gec gəldiyinə görə üzr istədi:
– Qonağım var idi, gecikdiyim üçün məni bağışlayın, — dedi.
General stolun üstündəki qara cildli kitaba işarə ilə:
– Eybi yoxdur, şair, sən çoxdan burdasan,—söylədi və kitabı götürərək:—Bayaqdan mən səninlə tək-tənha oturub söhbət edirdim. Mənə təbliğat aparırdın, ürək sözlərini deyirdin. Sonra dostun gəlib çıxdı və biz ata-bala sənin barəndə danışırdıq, — dedi. — Sizi, kitabınızın çıxmağı münasibətilə təbrik edirəm, şair.
– Sağ olun, ağa. Zəhmət çəkib oxuyursunuz.
– Ən böyük zəhməti siz çəkmisiniz, Şəfi. Belə bir kitab yazıbsınız...
Bəbir söhbətə qoşuldu:
– Qibləgahımın kitab haqqında maraqlı mülahizələri varmış, Şəfi.
– Doğrudan? General həzrətlərinin — qocaman bir hərbçinin fikirlərini dinləmək mənim üçün xoş olardı, — deyərək Şəfi generala sual dolu nəzərlərlə baxıb susduqda Bəbir, atasının dediklərini qısaca Şəfiyə təkrar elədi. Şəfi diqqətlə Bəbiri dinləyib:
– Ümumiyyətlə, general həzrətləri düz buyurur, — dedi. — Ancaq daha susmaq mümkün deyil, ağa. Daha necə deyərlər, bıçaq sümüyə dayanıb. Ürək hökm eləyir ki, susmaq cinayətdir, xəyanətdir, bu torpağa, bu məmləkətə xəyanətdir. Ürək nifrətlə dolu olanda ölüm qorxusu da yox olub gedir, ağa. Ölüm labüd bir şeydir, gec ya tez öləcəyəm. Şərəfli ölüm isə şərəfsiz həyatdan min qat yaxşıdır, — dedi.
General Şəfinin danışığından şairin qəlbinin dolu olduğunu, qəzəb və kin ilə qaynadığını, hələ bax bu kitabda yazdıqlarından da artıq nifrət hissilə yaşadığını anlayıb Şəfinin parıldayan gözlərinə, dizlərinin üstünə qoyduğu əllərinin dırnaqlarına ötəri baxdı və nədənsə ona elə gəldi ki, şairin içinin qırmızı əti çıxan barmaqlarının ucundan damcı-damcı qızıl qan axır. Və o, tez gözlərini dolandırdı, şairin sifətində saxladı baxışlarını:
– Vaxtında ölmək hamısından yaxşıdır, Şəfi,— söylədi. —Siz hələ cavansınız. Görünür, ömrün nə qədər şirin, təkrarolunmaz bir nemət olduğunu hələ yaxşı başa düşmürsünüz, bala. Ox, ömür necə şirin şeymiş, aman allah. Adam istəyir elə hey yaşasın və bu kidi dünyanın axırını görsün, sonra ölsün. Yox, sonra da ölməsin. Elə hey yaşasın, yaşasın...
Şəfi qoca generalın həyat, ömür barədə nə üçün belə yanıqlı danışdığının səbəbini yaxşı başa düşürdü — kişi ömrünün çoxunu yaşamışdı, azı qalırdı. Ölüm qorxusu onun par-par prıl-dayan mundirlərindən də, tapançasından da çəkinməyərək, canına, ürəyinə yol tapmışdı deyəsən, bütün düşüncələrini işğal eləmişdi deyəsən. Bunu Bəbir də hiss elədi və çox istədiyi atasına baxıb onun haçansa öləcəyini düşünərək kədərləndi.
Bu zaman Hikmətəli əlində çay dəsgahı içəri girdi. Güncdəki stolu ortalığa çəkdi, çayı, piyalələri, noğulu üstünə qoydu və baş endirib getdikdə Şəfi döş cibindən bükülü bir vərəq çıxarıb:
– Elməddin təzə bir hekayə yazıb, Bəbir! — dedi. — Bir az bundan əvvəl gəlmişdi bizə. Oxudu. O qədər sevinmişəm ki, Bəbir. Mənim fikrimcə, çox dərin mənalı hekayədir.
Bəbir sevindi.
Əziz xan çayını içməmiş durdu:
– Siz söhbətinizi eləyin, məni bağışlayın. Bir az yorğunam.
– Çayını içəydin, qibləgahım.
– Yox, yatarqarına çay əziyyət verir, bala. Özünüzə baxmayın, siz cavansınız... — Sonra üzünü Şəfiyə tutdu: — Gecəniz xeyrə qalsın, şair. Mənim dediyim odur ki, özünüzü qoruyun, bala.
Şəfi də, Bəbir də qalxıb onu qapıya qədər ötürdü.
Təzədən qayıdıb yerlərində oturduqda Bəbir ah çəkib dedi:
– Kişi yaman qocalıb!
– Hə.. Ömrü uzun olsun. Bəbir piyaləsini götürdü:
– Çayını iç, Şəfi. Soyutma. Şəfi çaydan bir qurtum içib:
– Qulaq as, Bəbir, Elməddinin hekayəsini oxuyum, —dedi.
– Buyur, Şəfican, dinləyirəm. Şəfi vərəqin qatını açıb oxumağa başladı: «Çərəz dükanının qapısı açıq idi. Başına buxara papaq qoymuş, yanaqlarından qan daman, qızıl dişli Dövlət xan taxtın üstündə bardaş qurub əyləşmişdi, əlindəki kəhrəba təsbehi arxayın-arxayın çevirir, dərdsiz-qayğısız halda dodağaltı nə isə zümzümə eləyirdi. Dükanın düz qabağında cavan qələmənin dibində arıq, cırıq köynəynndən çiyni görünən, pırtlaşıq saqqalının tükləri düyün düşmüş bir kişi oturub dərinlikdə dəbərişən ac gözlərini taxta tabaqlardakı çərəzlərə — kişmişə, qoza, fındığa, xurmaya zilləmişdi. Baxışlarından, tez-tez başını yana əyib tüpürməyindən bilinirdi ki, yazıq acdı. Tükü çoxdan tökülüb dərisi ağaran çirkli papağını qabağına qoymuşdu — gəlib-keçən, rəhmi gələn beş üç qran xırda pul atdı bəlkə.
Dövlət xan sarı kəhrəba dənəsi kimi parıldayan xurmadan tənbəl-tənbəl ağzına atır, çərdəyini çıxarıb iki barmağı arasına alır, sıxır, çərdək sapand ağzından qopmuş daş kimi düz ağacın dibində əyləşən dilənçinin açıq, tüksüz başına dəyib yerə düşürdü. Hər dəfə, çərdək kişinii daz təpəsinə dəyərək kənara sıçrayanda o, gözlərini açanda əvvəl yerə düşən çərdəyə, sonra isə Dövlət xana qəribə, anlaşılmaz bir nəzərlə baxıb dodaqaltı nə isə deyirdi. Bunu Dövlət xan maraqlı əyləncə sayıb hər iki-üç dəqiqədən bir həmin hərəkətini təkrar eləyir və göbəyi tərpənə-tərpənə gülürdü. Günortaya yaxın kişi əllərini yerə dayaq verib küclə ayağa qalxdı, papağını götürdü, boşqab kimi ovcunun içində tutaraq yavaş addımlarla dükana girdi. Dövlət xan elə bildi ki, o, yığdığı qəpik-quruşa xurmadan-çərəzdən almaq istəyir. Boylanıb papağının içinə baxanda gördü ki, səhərdən yediyi xurmaların çərdəyi ilə doludur papağın içi. Heyrətləndi... «Nə axmaq adamlar var ey, dünyada. Neynir görəsən bu çərdəkləri?» — deyə düşünən Dövlət xan kişinin boz üzünə baxıb gülümsündü və nə isə demək istəyirdi ki, dilənçi xırıltılı səslə soruşdu:
– Ağa, daş-tərəzin var?
– Hə! —dedi Dövlət xan. —Nə almaq istəyirsən?
– Heç nə, — dilənçi sakitcə cavab verdi, — Heç nə almaq istəmirəm, ağa.
– Bəs daş-tərəzini neyləyirsən onda, kişi? Kişi papağı irəli uzatdı:
– Bu xurma çərdəklərini çəkmək istəyirdim, ağa! Dövlət xan şaqqanaq çəkib bərkdən güldü:
– Çəkib neyləyəcəksən, ay kişi?
– Lazımdı, ağa. Dövlət xan uğuna-uğuna:
– O daş, o da tərəzi, götür çək! — dedi. Kişi piştaxtaya yaxınlaşdı, papağının içindəki xurma çərdəklərini tərəzinin bir gözünə, ovuca yerləşən çaylaq daşını o biri gözünə qoydu. Necə deyərlər, kişi heç yalan danışmamışmış, düppədüz gəldi. O, üzünü Dövlət xana tutub:
– Bu daş nə qədərlikdi, ağa? — deyə soruşduqda o dirsəkləndiyi döşəkcədən dikəlib baxaraq:
Dövlət xan dişlərini ağarda-ağarda:
– Demək, bir paodur, hə? — deyə irişdi — İndi neyləyəcəksən?
Kişinin əli sıxıldı və yuxarı qalxdı:
– İndi bu daşı sənin başına çırpacağam, ağa. Səhərdən mənim başıma vurduğun bu çərdəkləri bir-bir sənin başına qaytarıb çırpmağa məndə hövsələ hardaydı, ay rəhmətliyin oğlu. Sən çərdək-çərdək vurubsan mənim başıma səhərdən, mən birdən çırpacağam, ağa! — deyərək kişi daşı Dövlət xanın kəlləsinə tolazladı. Dövlət xan vəhşi bir səslə bağırdı».
Rəhgüzər vərəqi dizinin üstünə qoydu və bununla da sanki hekayənin bitdiyini bildirdi. Sifətində qəribə bir sevinc ifadəsi gəzib-dolanırdı. Elə bil, deməyə söz tapmırdı. Nəhayət, ayağa qalxdı, əllərini arxasında daraqlayıb otaqda gəzinməyə başladı. Şəfi onun uca boynuna, bəri dönəndə sifətinə baxır və anlaşılmaz nigarançılıq hissi keçirirdi.
Şəfi sükutu pozmaq üçün soruşdu: — Deyəsən xoşuna gəlmədi, hə, Bəbircan?
Bəbir yerində fırlanıb ortalıqda dayandı:
– Yox, nə danışırsan, Şəfi! Mən mətləbi o saat anladım, xüsusilə axırda qəhqəhə çəkib gülmək istədim. Çünki bu hekayədə çox təbii, bir gülüş də var. Axırında. Ancaq mənası o qədər dərin və gözəldi ki, o gülüşü kölgədə qoyur, Şəfi.
– Bəli. Mən də, Məleykə xanım da çox güldük, lakin sonra dərin fikrə getdik.
– Hə, doğrudan, düşündürən hekayədir, Şəfi. Əhsən Elməddin, çox tutarlı hekayədir. Dükançının adını da nahaq yerə Dövlət xan qoymayıb, məncə.
– Əlbəttə. Rəmzdir, Bəbir.
– Eynən bizim dövlətin surətidir — hər gün bu biçarə xalqın başına bir müsibət açır bu dövlət. Xalq da hələ səbirlə, təmkinlə dözür. Elməddin deyən kimi, başına, ürəyinə, vicdanına vurulan zülm daşlarını bir-bir tutub yanına yığır, saxlayır. Gün gələcək ki, daha bu xalq da, o kişi kimi dözməyəcək, hövsələsi tükənəcək, birdən ayağa qalxıb o daşları bu ağayi dövlətin başına çırpacaq. — Elməddin bunu demək istəyir, belə demək istəyir.
– Bəli, Bəbir, mən də elə yozdum və Elməddini bağrıma basıb öpdüm. Çox sağ ol, dedim, qardaş! Gözəl hekayədi, yazan əlin var olsun!!!
– Elməddin bayaq dediyim kimi çox istedadlı adamdır, Şəfi. Onu nəyin bahasına olursa-olsun, qorumaq lazımdır. Şərait yaratmaq gərəkdir ki, işləyə bilsin. Məncə, elə indidən çalışıb onun adına da bir ruznamə çıxarmaq icazəsi almalıyıq, hər ehtimala qarşı. Keçən dəfə sən həbs olunanda ruznaməmiz də «həbs» olundu, bağlandı. Onda biz lap necə deyərlər, əliyalın, silahsız qaldıq. Əgər bir də elə hadisə olarsa, həmin icazəsini aldığımız ruznamə vasitəsilə sözümüzü camaata çatdıra bilərik. Elə deyilmi?
– Tamamilə düz buyurursan, Bəbir. Yaxşı fikirdir.
– Bu işlə günü sabahdan məşğul olun. Kağız, kadr məsələsini mən həll edərəm.
– Yaxşı.
– Elməddinə mənim təşəkkürümü yetirməyini xahiş edirəm. Deyərsən ki bu hekayə onun hələlik şah əsəridir, inanıram ki, gələcəkdə o, bundan da yaxşı əsərlər yaradacaq və bizim mübarizəmizə kömək edəcəkdir. Həqiqətən, Şəfi, bu hekayədə mövcud ictimai dərdimiz, mübarizəmizin gedişi, məğzi və nəticəsi çox düzgün və böyük məharətlə ifadə olunmuşdur, — deyə Bəbir təzədən hekayənin üstünə qayıtdı. — Sənin şerlərində, mənim yazılarımda da elə həmin fikir söylənilir — ancaq, öz aramızdı, ədalət naminə gərək deyək, belə tutarlı nə mən demişəm, nə də sən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elməddin ömründə belə cah-cəlallı imarət görməmişdi. Ucsuzbucaqsız, yamyaşıl bağ içərisində yerləşən ikimərtəbəli ev kənardan adamın gözünü qamaşdırırdı. Alt mərtəbədə altı, üst qatda da altı otaq elə bəzənmişdi ki, deyərdin indicə gəlin gətirəcəklər. Par-par parıldayan mebel Fransadan, pardaxlanmış qəhvəyi rəngli piano Almaniyadan, naxışlı, alışıb-yanan, çəməni xatırladan xalılar İrandan — Kaşandan gətirilmişdi... Orta otağın küncünə qoyulmuş qızıl suyuna çəkilmiş iri vaza adamın diqqətini özünə cəlb edirdi. Bir sözlə, ağayi Nəcməddinin evi, qapısı hər kəsin üzünə açıq olmayan zəngin muzeyi xatırladırdı.Ağayi Nəcməddin tək idi—ondan başqa nə həyətdə, nə otaqlarda bir kəs yox idi. Adama elə gəlirdi ki, bir vaxtlar səsli-küylü, qonaqlı-qaralı olan bu imarətin sakinləri bir-bir harasa çıxıb getmiş və bir daha qayıtmayacaq, ağayi Nəcməddin özü isə buranın axırıncı sakinidir və bu cah-cəlalı qoyub heç yerə getmək istəmir.
Üçüncü hissə, doqquzuncu fəsilSaat birə on dəqiqə qalana qədər ağayi Nəcməddin Elməddinlə söhbət etdi: ona gələcək vəzifəsinin incəlikləri, xüsusi məharət və dəqiqlik tələb eləyən cəhətləri barədə danışdı. Elməddin məsul və ağır bir işə iqdam etdiyini başa düşürdü və bəzən canına gizli vahimə lərzə salırdı. Anlayırdı ki, çətin olacaq. Amma nə etməli? Başqa çarə yox idi — o, bu müşkül vəzifəni boynuna götürməli idi. Ağayi Nəcməddinin fikirlərindən anlaşılırdı ki, onun müəssisələrinin, fabriklərinin cəmləşdiyi ümumi şirkət özü-özlüyündə dövlət içində balaca bir dövlət idi. Ağayi Nəcməddin bu dövlətin başçısı, o isə bu gündən etibarən, ağanın zarafatla dediyi kimi, vəzire-maliyyəsi idi. Ticarət əlaqələrinə, alqı-satqı işinə rəhbərlik etmək ona tapşırılırdı.Ağ xalat geydiyinə görə doktora oxşayan restoran xidmətçisi xüsusi maşında yemək-içmək gətirdi. Ağayi Nəcməddinə baş əyib ehtiramla təzim edəndən sonra işgüzar bir görkəmlə:
Üçüncü hissə, onuncu fəsilAğayi Nəcməddin ayaq üstə zorla dayanırdı. Özünü yaşıl rəngli qapıya birtəhər yetirib şişman-kobud barmağını zəngin düyməsinə basdı. Uzun və cingiltili səs otağı başına götürdü. İçəridən tələmtələsik tərpəniş, çarpayı cırıltısı eşidildi. Ağayi Nəcməddinin fikrincə, qapı gərək tez açılaydı. Dünya xanımın bu qədər ləngidiyi olmamışdı. Ağayi Nəcməddinin ürəyinin lap dərinliyində gizlənmiş şübhə hissi əcaib bir ağrı ilə yenə baş qaldırdı: «Bəlkə içəridə ayrı adam var?!» Gözləri axan kişi sağ əlini dal cibində gəzdirdiyi balaca tapançaya toxundurdu və ayıq, soyuq bir mühakimə ilə pıçıldadı: «İkisini də öldürrəm». Ağayi Nəcməddinin yaşı altmışı haqlamışdı. Özündə cavanlıq gümrahlığı hiss etdiyi, gündə iki-üç məşuqəsinin yanında olduğu və hamısının da, könlünü oxumayıb aldığı vaxtlar arxada qalmışdı. Bədəninin əzaları uzun middət işlənib sürtülmüş maşın hissələri kimi yavaş-yavaş laxlayıb əldən düşürdü; bədən illərin yağışı-qarı altında qalmış əzəmətli divar təkin quzulayıb uçulur və əvvəlki görkəmini, davamlılığını asta-asta itirirdi. Daha onu heç bir mahir usta heç nəyin gücünə öz əvvəlki halına gətirə bilməzdi, təmir edə bilməzdi. Bu acı və soyuq duyğu özünü büruzə verdikcə ağayi Nəcməddinin əli-ayağı buza dönür, cavanlığı, milyonların da kücünə geri qaytarmaq mümkün olmadığını dərk edir və acı təəssüflə qüruba doğrü əyilən taleyinə dərin bir sükut içində baxırdı.Dünya xanım məhz bu zaman — ağayi Nəcməddin öz ürəyində doldurulması mümkün olmayan boşluq hiss etdiyi günlərində ona rast gəlmişdi. Üç il bundan qabağın söhbəti idi. Mötəbər bir qonaqlıqda çoxdan tanıdığı ağayi Siracuddövlə yeyib-içib hallanandan sonra ağayi Nəcməddini kənara çəkib söhbətə tutmuşdu:
Üçüncü hissə, on birinci fəsilElməddin tamam yeni bir aləmə düşmüşdü; cəmi bir neçə həftə bundan irəli az qala əl açıb dilənmək ərəfəsində olan Elməddin indi külli-ixtiyar sahibi idi; demək olar ki, ağayi Nəcməddinin bütün varyoxu, gəliri-çıxarı onun əlində idi. Bəzən özünün gözlənilmədən belə bir məqama gəlib çatdığına özü də inanmaq istəmirdi. Hər şey ona yuxu kimi görünürdü. Böyük binada yerləşən «Nəcməddin dəftər»də xüsusi kabinetdə otururdu. Əlinin altında iki telefon qoyulmuşdu. Kabinetin qapısında dayanmış qulluqçu kişi o, içəri girəndə də, çölə çıxanda da baş əyib təzim eləyirdi: Yanına qonaq—müştəri tacir gələndə həmin kişi ədəblə qapını döyüb icazə alandan sonra limonlu çay gətirib ortalığa qoyurdu.«Dəftər»in bütün işçiləri ona hörmət edirdilər. Çünki ağayi Nəcməddin onu buraya gətirib işçilərə təqdim eləyəndə açıqca demişdi:
Стихи других поэтов
Sifətin nə vaxtdır yadımdan çıxıb,Tanıya bilmirəm küçədə səni.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,