Sifətin nə vaxtdır yadımdan çıxıb
Sifətin nə vaxtdır yadımdan çıxıb,Tanıya bilmirəm küçədə səni.Sənin sorağınla keçmişə baxıb,Qaytara bilmərəm ölüb gedəni.
Dilə gəlsə belə hansı məzardan,Soruşa bilərəm necə olmusan?Allah bilir, səsin gələcək hardan,Allah bilir, harda yuva salmısan.
Adam qadir deyil geri dönməyə,Keçmişlə gələcək görüşmür heç vaxt,Keçənə, gələnə hey dəyə-dəyə,Bir günün içində qurdalanır baxt.
Yaddaş qıfıl vurub ötən günlərə,Qapı döyə-döyə olmaz yaşamaq,Gecədən bir parça kəsib səhərəVura bilməz indi şeytan da yamaq...
1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-sifetin-ne-vaxtdir-yadimdan-cixib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Neyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,