Страница 2 из 3 · 33%

– Siminim, əzizim, — dedi.

Siminbər gözləri yaşla dolmuş halda:

– Xoş gəlmisən, Elmi! — söylədi, — həmişə evində-eşiyində!

– Həmişə sənin yanında, gülüm! — deyə Elməddin gülümsündü.

– Amin, əzizim, amin!

Siminbər də kənara çəkilib ərini başdan-ayağa gözdən keçirdi və ürəyi ağrıdı. Elməddinin saqqalı lap uzanıb sinəsinə düşmüşdü, gözləri əvvəlki kimi parlayırdı, pencəyi-şalvarı əzik-üzük və çirkli idi. Simin onu bu kökdə görüb ah çəkdi.

Sonra onun sağ əlindən yapışıb:

– Burda niyə dayanmışıq, gedək evə! —dedi və elə bu zaman Elməddinin əli ovcunun içində ona qəribə göründü, o qorxu və dəhşətlə onun əlini azca yuxarı qaldırdı.

– Vay, bu nədir, Elməddin? — deyə az qala qışqırmaq istədi. Elməddin əlini onun ovcundan çəkib arxasında gizləməyə çalışdı, ancaq gec idi. Və həm də «bunun nə mənası var,— deyə düşündü. — Gec-tez görəcək, biləcək!». Onu sakitləşdirmək üçün sağ biləyini irəli uzatdı:

– Nə olub ki? Mənim əlim elə əvvəldən belə idi də, — deyə zarafata salmaq istədi. — Görməmişdin?

– Yoox!—deyə Simin çaşbaş qaldı. — Yox, məncə, belə deyildi.

Elməddin Siminin şəklə yəqin arasında qaldığını görüb gülə-gülə:

– Gör sənin gözünü məhəbbət nə qədər tutubmuş ki, əlimin əyri olduğunu da görməyibsən, — söylədi.

Simin onun əlini ovcunun içinə qoyub baxdı, baxdı və birdən-birə nə dəhşətli hadisə baş verdiyini anlayıb hönkürə-hönkürə:

– Bunu onlar eləyiblər, aman allah! — dedi və başını aşağı əyib Elməddinin tərsinə.bitmiş əlindən öpməyə başladı.

Elməddin o biri əlilə onun başını qaldırdı və ciddi bir görkəm alıb:

– Hə, əzizim, — dedi, — onlar elədi. Ancaq sən darıxma, əzizim. Onlar əlimi qırdılar ki, yazmayım, çəkməyim.

– Əlləri qurusun görüm onların! — Sonra üzünü göyə tutdu:

– İlahi, əgər varsansa, bu zülmü yerdə qoyma, bu axşamın sahibi, səndən istəyirəm, bu zülmü yerdə qoyma! — Elməddinə yaşlı gözləri ilə baxdı: — Doğrudan, daha yaza bilməyəcəksən, çəkə bilməyəcəksən, Elmi?

Elməddin sol əlini irəli tutdu:

– Bəs bu nədir, Simin? Onların acığına yazacağam da, çəkəcəyəm də, əzizim. Bir ölümə çarə yoxdur. Sevin ki, sağ-salamat gəlmişəm, Simin! Sevinmirsən?

– Sevinirəm, Elmi. Sevinirəm, əzizim, Bu günü mən səbirsizliklə gözləmişəm, əzizim. Özü də tək mən yox, qızımla birgə gözləmişik, Elmi!

– Səni təbrik eləyirəm, ay mənim körpəmin anası!

– Mən də səni təbrik eləyirəm, ay mənim körpəmin atası! Gedək, gedək, uşağı tək qoymuşam, darıxar!.. — deyə onun şikəst qolundan tutub içəri aparanda Elməddin soruşdu:

– Bəs niyə təksən, qızlar hanı bəs?

– Anamgilə gediblər, axşam gələcəklər!

Simin Elməddini kəllə otağa gətirdi, balaca, taxtadan düzəldilib üstü ağ, qırmızı, yaşıl rənglərlə naxışlanmış yüyürüyü görən kimi ürəyi içəridə nanə yarpağı kimi əsdi, pəncələri üstə ehtiyatla yaxına gəldi. Beşikdə, güllü yorğançanın içində bir körpə başı gördü, əyildi. Əl boyda kiçik sifətdə iki xırda göz işıldayırdı; Elməddin əl vurmağa qorxurmuş kimi kənardan baxdı, baxdı. Gülümsündü. Çağa da ilk dəfə gördüyü bu saqqallı kişiyə baxırdı. Onun baxışında nə sevinc vardı, nə qorxu. Bu vaxt Simin əyilib uşağı qucağına götürdü və:

– Qibləgahın gəlib, qızım, — dedi. — Niyə sevinmirsən? Bu sənin qibləgahındı.

Sonra çağanı Elməddinin qolları arasına qoydu. Elməddin salacağından ehtiyat edirmiş kimi, onu sinəsinə bərk-bərk sıxıb xırdaca alnından öpdü:

– Xoş gördük, qızım.

– Xoş günün olsun, qibləgahım!— deyə Simin uşaq səsi çıxartmağa çalışaraq cavab verdi; guya bu sözləri çağa deyirdi.

Elməddin Siminin bu hərəkətinə güldü və sevinc içində:

– Ay allah, qızım nə yaxşı, danışır! — dedi. Hər ikisi güldü. Sonra Simin uşağı ərindən aldı. Stolun üstündəki saata baxıb:

– Bunun yemək vaxtıdı, qoy əmizdirim! — dedi və çarpayının qırağında əyləşib: — Sən üzünü o yana çevir! — deyə əlavə elədi.

– Niyə ki?

– Görmürsən, əmizdirirəm?

– Hə, başa düşdüm, — deyə Elməddin gülə-gülə gözünü onlardan çəkdi. Evə göz gəzdirdi. Otaqlar tərtəmiz idi. Pəncərə ağzına qoyulmuş dibçəklərdəki çiçəklər evi daha da yaraşıqlı göstərirdi. Birdən Elməddinin gözü mizin üstündəki güldanda qalıb qurumuş qızıl güllərə sataşdı. Bu, o güllər idi ki, həbs olunmamışdan bir gün əvvəl bazardan Simin üçün alıb gətirmişdi. Qurumuşdular, ancaq Simin onları atmamışdı. Elməddinin ürəyi riqqətə gəldi və o, qeyri-iradi geri döndü; Simin sol döşünü köynəyinin yaxasından çıxartmışdı, uşaq marça-marçla ana südü əmirdi. Simin başını qaldıranda Elməddini onun uşaq əmizdirməsinə baxdığını görüb əlilə döşünün üstünü örtməyə çalışdı. Ərinin yanında birinci dəfə uşaq əmizdirdiyindən utanırdı. Bu, nədənsə Elməddinə ləzzət elədi, kövrək bir səslə:

– Bu gülləri niyə atmamısan, Simin? — deyə xəbər aldıqda o:

– Onlar sən alan güllərdi, Elmi. Atmağa qıymadım, — söylədi və onun baxışlarından məmnun olduğunu görüb fərəhləndi. — On ildən sonra da gəlsəydin, yenə saxlayacaqdım. Gəlib o gülləri elə oradaca görəcəkdin, Elmi!

– Sağ ol, əzizim — ona elə gəldi ki, bu məqamda qəlbindəkiləri ifadə edə biləcək başqa söz tapmaq mümkün deyil.

– Qızın qəşəngdi, Elmi?

– Hə. Sənin kimi qəşəngdi, Simin!

– Sənə oxşayır, Elmi. Deyirlər, atasına oxşayan qız xoşbəxt olur. Bu düzdü, Elmi?

—Nə bilim, sınamamışam. Təki sən deyən olsun, Simin. Yaxşı bəs adını nə qoymusan mənim ceyran balamın?

– Adını? — Simin nazik qaşlarını yuxarı qaldırdı,— Adını hələ qoymamışıq, Elmi.

– Necə yəni qoymamışıq? Uşaq iki aydı adsızdı? — dedisə də, burda da Siminin ağıllı tərpəndiyini anlayıb sevindi.

– Hə, Elmi. Səni gözləyirdim. Atam, anam, qızlar — hərəsi bir ad fikirləşmişdi. Dedim yox. Uşağın adını atası gələndən sonra qoyacağıq..

– Bəs sən nə fikirləşmisən, Simin? Hansı addan xoşun gəlir? Sən nə desən o olacaq, Simin. Oğlan olsaydı, ölən qardaşımın adını nəzərdə tutmuşdum. Olmadı. İndi sən nə ad desən o da olacaq!

Simin bic-bic gülümsündü:

– Yenə bir şey fikirləşmiş olarsan!..

Elməddin pəncərənin qabağına gəldi. Həyətə baxdı. Düşündü ki, bəlkə anasının adını qoysun — Səbihə! Ya bəlkə Əfsanənin? Yox, bu Siminin ürəyinə pis gələ bilər! Yaxşısı budur Simin özü qoysun, nə istəyir elə də çağıraq uşağı!

Simin ərinin fikrə getdiyini görüb mehribanlıqla, nəvazişlə:

– Elmi, mən istəyirəm bilirsən qızımın adını nə qoyaq?— deyə soruşdu.

Elməddin ürək çırpıntısı içində ona sarı döndü:

– Nə, Simin?

– Deyirəm, Əfsanə qoyaq qızın adını, Elmi!

– Əfsanə?— Elməddin bu sözü Siminin dilindən eşitdiyinə inanmadı və təzədən soruşdu: — Əfsanə? — Hə, -Elmi, Əfsanə. Əfsanə yaxşı addı, Elmi. Bilirəm, sənin də xoşun gəlir bu addan.

Elməddinin qaşları çatıldı, gözləri dumanlandı, sol əlilə top qara saqqalını didişdirdi, «bu qız adamın ürəyini oxuyur elə bil» — deyə düşünə-düşünə qeyri-iradi ah çəkdi:

– Hm. Nə deyirəm, — dedi. — Düzü, elə indicə ürəyimdən keçirtdim bunu. Ancaq...

– Ancaq nə?

– Dedim bəlkə... heç lazım deyil.

– Yox, Elmi. Uşağın adını elə Əfsanə qoyaq.

– Mən razı, Simin. Sağ ol, əzizim. Qoyaq adını Əfsanə. Qoy onun kimi gözəl, ağıllı olsun, ancaq... ancaq taleyi ona oxşamasın.

—Amin, — dedi Simin. Sonra qucağındakı körpəni döşündən ayırdı, sinəsinə sıxıb yumru yanağından öpdü və Elməddinin qucağına ötürdü. — Al, Əfsanə balamı, adı qoyulmağı münasibətilə maç elə uşağı, qibləgahı.

Elməddin uşağın tüklü alnından öpdü və:

– Xoşbəxt ol, qızım, Əfsanəm, — dedi və sonra Simini də özünə tərəf çəkib ürəyinin başına sıxdı, elə sıxdı ki, bu hərəkətində onun məhəbbəti də, inamı da, minnətdarlığı da ifadə olunmuşdu elə bil.

– Yavaş, Elmi, qabırğalarımı əzərsən. Ədə, yavaş, uşağı salarsan.

Bu hadisə — yəni Siminin uşağa Əfsanənin adını verməsi Elməddinin ürəyindəki məhəbbəti daha da alovlandırdı: onun qəlbinin böyüklüyünə, alicənəblığına heyran oldu. İstər-istəməz yadına Zərrintac xanım düşdü. Bəli, Zərrintac Əfsanənin adını belə dilinə gətirmirdi. Sözü-söhbəti ortalığa gələndə gözlərini qıyaraq, qısqanclığını mümkün qədər gizləməyə çalışaraq, «o qız» — deyərdi. Nə vaxtsa Əfsanənin şəklini çəkib mizin üstünə qoymuşdu — bu, onun acığına gəlmişdi, əvvəl şəklin üzünü divara tərəf çevirmişdi, əri qaytarıb yerinə qoyandan sonra isə, o evdə olmayanda Əfsanənin şəklini cırıb atmışdı. Yox olmuş, taleyi kəm, bəlkə indi sümükləri də çürümüş bir zavallı, nakam gəlinə qısqanmışdı. Amma Simin... Amma Simin gör nə elədi? Eləməddinin ürəyini oxudu, arzusunu başa düşdü, qızına Əfsanənin adını verməyi təklif elədi. Elməddin arvadının alicənəblığı barədə düşünürdü ki, Simin çağanı beşiyinə qoyub ərinə sığındı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 мин
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 мин
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 мин
Üçüncü hissə, dördüncü fəsil

Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:

14 мин

Стихи других поэтов